Bütün xəbərlər
Putin İran Prezidenti Pezeşkyanla telefonda danışdı
Tarix: 10-03-2026 20:49 | Bölmə: Karusel


 Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkyanla telefonda danışıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, tərəflər ABŞ və İsrailin İran ərazisinə hücumu ilə əlaqədar Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Bu barədə Kreml məlumat verib.
Qeyd olunur ki, Rusiya lideri Moskvanın münaqişənin tez bir zamanda gərginliyin azaldılması, eləcə də onun siyasi yolla həlli lehinə prinsipial mövqeyini bir daha təsdiqləyib.
Pezeşkyan öz növbəsində Rusiyanın Tehrana verdiyi dəstəyə, xüsusən də humanitar yardımın göstərilməsinə görə Putinə minnətdarlığını bildirib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər