Bütün xəbərlər
Qadınlar şəhid tibb bacısı Mehriban Qarayevanın məzarını ziyarət ediblər-VİDEO+FOTOLAR
Tarix: 10-03-2026 00:19 | Bölmə: Gündəm

Bir qrup qadınlar 8 mart ərəfəsində Sumqayıt şəhərinin ilk şəhid qadını Mehriban Qarayevanın məzarını ziyarət ediblər.Onlar Sumqayıt qadınları adından şəhidin məzarına əklil və gül dəstələri qoyublar. 26 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Zəhra Babayeva şəhid tibb bacısı Mehriban Qarayeva haqqda məlumat verib.Tədbirin təşəbbüskarı Təranə Qurbanova isə şəhid haqqında ürək sözlərini danışıb və ona həsr etdiyi şeiri söyləyib.Təranə müəllimə qeyd edib ki, qadınlar hər il bu vaxt şəhidin məzarını ziyarət edəcəklər.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az
                
                



Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər