Bütün xəbərlər
Vitkoff İsrailə səfər etməyi planlaşdırdığını açıqladı
Tarix: 10-03-2026 20:42 | Bölmə: Dünya


ABŞ Prezidentinin elçisi Stiven Vitkoff gələn həftə İsrailə səfər edə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, amerikalı iş adamı və Prezident Trampın kürəkəni Cared Kuşner də ona yoldaşlıq edə bilər.
Yəqin ki, bu səfəri gələn həftə edəcəyik.Hələ ki, əmin deyilik.
Vitkoff CNN-ə verdiyi müsahibədə bildirib
Daha əvvəl Axios müxbiri Barak Ravid Vitkoff və Kuşnerin Baş nazir Benyamin Netanyahu ilə görüşmək üçün 10 martda İsrailə səfər etməyi planlaşdırdıqlarını bildirmişdi. Lakin sonradan planlaşdırılan səfəri ləğv etdikləri bildirildi. Bu qərarın səbəbləri açıqlanmayıb.




Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər