Bütün xəbərlər
İİKK: İran Yaxın Şərqdəki bütün ABŞ hərbi bazalarını məhv edib
Tarix: 11-03-2026 21:53 | Bölmə: Dünya


İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandan müavini Əli Sərdar Fədəvi bildirib.
O qeyd edib ki, ABŞ vətəndaşları hökumətin vergi pullarının nə qədərini Yaxın Şərqdə hərbi bazaların tikintisinə xərclədiyini bilsəydilər, üsyan qaldıracaqdılar.
Bütün bu bazalar bu gün məhv edilib.
İİKK NÜMAYƏNDƏSİ BUNU İRAN TELEVİZİYASINDA BİLDİRİB.
"Bloomberg" əvvəllər ABŞ-ın ilk dəfə İran kimi layiqli bir düşmənlə qarşılaşdığını bildirmişdi.Qeyd olunub ki, Amerika-İsrail əməliyyatı əvvəlcə standart ABŞ hərbi kampaniyası kimi görünürdü. Mənbə yazır ki, Tehranın hərbi büdcəsi "Vermont ÜDM-indən" daha kiçikdir, lakin ABŞ tarixində misli görünməmiş raket və dron arsenalına malikdir.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər