Bütün xəbərlər
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTOLAR
Tarix: 05-03-2026 13:30 | Bölmə: Sosial


milli-meclisin-deputati-vuqar-rehimzade-ordubadda-sechicileri-ile-novbeti-gorushunu-kechirib-fotolar


Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Unus kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.
Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılovun da iştirak etdiyi görüşdə Unus kəndindən olan seçicilərlə yanaşı, Kələki və Pəzməri  kəndlərindən olan seçicilər də iştirak ediblər.



Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
Milli Məclisin deputatı Unus kəndində şəhid Quluzudə Nihat Qasım oğlunun və şəhid Yusifov Vüsal Nizami oğlunun məzarlarını da ziyarət edib.


















Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər
16-02-2026, 15:19 10 canavar qeydə alınıb