Bütün xəbərlər
Yelləncəkdə yellenən məktəbli ölüb
Tarix: 10-03-2026 20:57 | Bölmə: Digər


 Müstəntiqlər Nalçikdə yelləncəkdə yellənən 10 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi açıblar. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Kabardin-Balkar Respublikası üzrə İstintaq Komitəsi məlumat verib.
Qəza 5 martda Orexovaya Roşça Parkında baş verib.Müstəntiqlərin sözlərinə görə, oğlan dostu ilə yelləncəkdə yellənərkən yıxılıb və xəsarət alıb,xəstəxanada ölüb.
Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsi (səhlənkarlıqdan ölümə səbəb olma) ilə azyaşlı uşağın ölümü ilə bağlı cinayət işi açılıb.
MƏLUMATDA DEYİLİR.
Hadisənin şərtləri araşdırılır.




Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər