Bütün xəbərlər
Çexiyalı xizəkçinin Paralimpiya Oyunlarında rusiyalı jurnalistlərlə ünsiyyət qurması qadağan edilib
Tarix: 11-03-2026 19:46 | Bölmə: Karusel


Milli komandanın mətbuat xidməti çexiyalı xizəkçi Simona Bubeníčkovanın İtaliyada keçirilən Paralimpiya Oyunlarında rusiyalı jurnalistlərlə ünsiyyət qurmasını qadağan edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çərşənbə günü rusiyalı Anastasiya Bagiyan Paralimpiya Oyunlarında 10 kilometrlik yarışda qızıl medal qazanıb.Bubeníčková yarışda ikinci yeri tutub.
RİA Novosti-nin məlumatına görə, Çexiya milli komandasının mətbuat attaşesi idmançının Rusiya media nümayəndələri ilə ünsiyyət qurmayacağını bildirib.
2026-cı ildə Milan və Kortina d'Ampezzoda keçiriləcək Paralimpiya Oyunları 15 martda başa çatacaq.




Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər