Bütün xəbərlər
ABŞ iranlıları limanların yaxınlığında olma təhlükəsi ilə bağlı xəbərdar etdi
Tarix: 11-03-2026 21:49 | Bölmə: Dünya


Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığı (CENTCOM) İran əhalisini hərbi personalın fəaliyyət göstərdiyi limanlardan uzaq durmağa çağırdı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə X sosial media platformasında dərc olunmuş bəyanatda bildirilib.
Mərkəzi Komandanlıq İranın Hörmüz boğazı boyunca mülki limanlardan hərbi əməliyyatlar aparmaq üçün istifadə etdiyi iddiası ilə bağlı ictimaiyyətə xəbərdarlıq etdi.
CENTCOM İran mülki vətəndaşlarını İran dəniz qüvvələrinin fəaliyyət göstərdiyi bütün liman obyektlərini dərhal təxliyə etməyə çağırır.
BƏYANATDA DELİR.
Bundan əlavə, ABŞ tərəfi İran dok işçilərini, inzibati personalı və ticarət gəmilərinin heyət üzvlərini İran hərbi gəmilərindən çəkinməyə çağırdı.




Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər