23:33 / 20-10-2026
Rusiyalı karate hakimi Polşa polisi tərəfindən saxlanılıb
17:55 / 20-10-2026
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
17:46 / 20-10-2026
Rusiya Xarici İşlər Nazirliyi: ABŞ-ın Raul Kastro üçün həbs orderinin verilməsi qəti şəkildə pislənilir
17:39 / 20-10-2026
Ekspert Parisdəki etirazçıların Ukraynadan silah aldığına əmindir
17:37 / 20-10-2026
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçmiş rəhbəri rüşvətxorluğa görə həbs edilib
17:34 / 20-10-2026
Fransanın böhranın öhdəsindən gəlmək üçün Səudiyyə Ərəbistanından kifayət qədər dizel yanacağı olmayacaq
17:28 / 20-10-2026
İran Hava Hücumundan Müdafiə Qüvvələri Hörmüz boğazı üzərində Amerika "MQ-9" PUA-sını məhv etdi
17:23 / 20-10-2026
Təhlükəsizlik Şurası bildirib ki, Rusiya ərazi müdafiəsi məsələsində Omana kömək etməyə hazırdır
17:17 / 20-10-2026
Rubio Trampın Putin və Si Cinpinlə niyə görüşməli olduğunu izah etdi
17:13 / 20-10-2026
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
13:08 / 20-10-2026
“Qardaşım bu günümü görsəydi, mənimlə fəxr edərdi” - Video
12:25 / 20-10-2026
Cənubi Koreya Ukraynadakı bəzi diplomatlarını geri çağırıb
12:22 / 20-10-2026
Qətər Xarici İşlər Nazirliyi bildirib ki, dünya üçüncü dünya müharibəsi ilə üzləşə bilər
12:18 / 20-10-2026
Tələbə cinayətkarların əmri ilə avtomobili yandırıb və saxlanılıb
12:15 / 20-10-2026
Kaşpirovskinin oğluna qarşı 340.000 dollarlıq Kaliforniya evi üçün məhkəmə iddiası qaldırılır
12:12 / 20-10-2026
Finlandiya Prezidenti Aleksandr Stubb Osloda Zelenski ilə görüşəcək
12:09 / 20-10-2026
Knaysl Fransadakı etirazların səbəbini yerli əhalinin çarəsizliyindən görüb
12:03 / 20-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Cənubi Koreyanın münasibətlərin normallaşdırılması ilə bağlı açıqlamalarını qeydə alır
12:00 / 20-10-2026
Medvedev ABŞ Konqres seçkiləri öncəsi Trampın cəsarətini təriflədi
11:57 / 20-10-2026
"Lokomotiv"in keçmiş futbolçusu Qarin 60 yaşında vəfat edib
11:54 / 20-10-2026
Rele şkafını yandırmaqda ittiham olunan üç yeniyetmə saxlanılıb
11:51 / 20-10-2026
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
11:47 / 20-10-2026
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19:21 / 19-10-2026
Pornoqrafiya yaymaqda şübhəli bilinərək saxlanılıb
19:12 / 19-10-2026
Sürücü yol hərəkəti kamerasına ədəbsiz jest etdiyinə görə üç gün müddətinə həbs edilib
19:07 / 19-10-2026
Lavrov Fars körfəzində gərginliyin azaldılması məsələsini Əraqçi ilə müzakirə etmək üçün İrana gəlib
19:03 / 19-10-2026
NATO Rusiya ordusunu təhlükəli və bacarıqlı elan etdi
18:59 / 19-10-2026
Fransadakı etirazlardan dəyən ziyan 1,5 milyard avronu keçib
18:56 / 19-10-2026
II Yekaterinanın abidəsində durğu işarələri səhvi aşkar ediblər
18:52 / 19-10-2026
Ankara Moskva və Kiyevin Qara dənizdə hərbi əməliyyatları dayandırmasını təklif etdi
18:49 / 19-10-2026
Politoloq Makronun taleyini proqnozlaşdırıb
18:46 / 19-10-2026
Soyuducuda tapılan qızın məzarında xaç peyda olub
18:41 / 19-10-2026
Ayı hücumunda yaralanan oğlan neyrocərrahiyyə şöbəsinə köçürülüb
18:38 / 19-10-2026
Yatan arvadını diri-diri yandırmağa cəhddə təqsirli bilinib
18:36 / 19-10-2026
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18:33 / 19-10-2026
Rubio xəbər verir ki, ABŞ şirkətləri Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdəki hücumlarından şikayətlənirlər
18:30 / 19-10-2026
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
“Qurbaşı” dəstəsinin sağ qalan üzvləri - Ombudsman birini şəxsən tanıyır
Tarix: 25-04-2019 11:34 | Bölmə: Cəmiyyət
Oxu.Az kriminal tarixdə dərin iz qoymuş səs-küylü cinayət işləri və kriminal aləmin nümayəndələri barədə silsilə materialların dərcinə başlayır.
Bu dəfə “qanundankənarlar”ın həyatının bəzi gizli aspektlərini işıqlandıracaq, Azərbaycanda cinayətkarlığa qarşı mübarizədən söz açacağıq.
Yəqin ki, çox az adam Qobustan qapalı həbsxanasında hazırda əfsanəvi “Qurbaşı” dəstəsinin üzvləri - Çingiz Paşayev və Əli Quliyevin cəza çəkdiyini bilir. Bu cəzaçəkmə müəssisəsinin divarları arasında zaman olduqca ləng gedir, bir dəqiqə əsrə bərabərdir. Dəmir barmaqlıqlar arxasında keçirilən 30 il bir ömrün yarısına bərabərdir. Paşayevlə Quliyev həbsxanada məhz bu qədər cəza çəkib. İndi onlar cinayət işinə yenidən baxılacağına və cəzalarının yüngülləşdiriləcəyinə ümid edirlər.
Ölüm cəzasına məhkum olunmuş “Qurbaşı” dəstəsinin beş üzvündən yalnız Paşayev və Quliyev sağ qalıb. Dəstənin başçısı Babayev Qurbanəli Bayıl həbsxanasının “edam cəzasına məhkum olunmuşların beşinci korpusu”nda canını tapşırıb. Firudin Rufullayev və Gülağa Məmmədov həbsxananın divarları arasında dünyasını dəyişib.
Azərbaycanın hüquq-müdafiə mərkəzinin direktoru Eldar Zeynalov Oxu.Az-ın əməkdaşı ilə söhbətində “Qurbaşı” işinin Azərbaycanın ədliyyə praktikasının ən qalmaqallı cinayət işlərindən olduğunu söyləyib.
“Qurbaşı” soyğunçulardan ibarət dəstə idi. Onlar Sovet respublikalarında əməkhaqlarının verilməsi vaxtı kassaları soyaraq, sonradan Azərbaycana qayıdır və bir müddət “saya otururdular”. Məhz buna görə Sovet hüquq-mühafizə orqanları uzun müddət cinayətkarların izinə düşə bilməyib.
Ombudsman Elmira Süleymanova “Qurbaşı” dəstəsinin ömürlük azadlıqdan məhrum edilmiş bir üzvünü şəxsən tanıyır.
Maraqlıdır ki, dəstə üzvlərinin beşi də Azərbaycan SSR Milli Elmlər Akademiyasının Neft-Kimya İnstitutunun təcrübə-sənaye zavodunda işləyib. Zeynalov bildirib ki, onlardan birini – Əli Quliyevi ombudsman Elmira Süleymanova şəxsən tanıyır. Bir vaxt Quliyev sifariş əsasında onun elmi işi üçün cihaz hazırlayıb. 11 il ərzində Quliyev kimyəvi məhsulların hazırlanması üzrə qurğuda ən yüksək – beşinci dərəcəli baş əməliyyatçı işləyib, istehsalat müəssisəsinin qabaqcıl işçilərindən olub, onun şəkli zavodun şərəf lövhəsindən asılıb. Heç kimin təsəvvürünə belə gəlməzdi ki, belə nümunəvi insan kassaları yara, insanları qətlə yetirə bilər.
Dövlət ittihamçıları “Qurbaşı” dəstəsinin üzvlərinin yalnız bir neçə ittiham üzrə (onlardan ikisi qətllə bağlı olub) mühakimə olunmasına nail olub, halbuki hüquq-mühafizə orqanları onları onlarla ağır cinayət törətməkdə şübhəli bilirdi.
Dəstə üzvləri yönləndirmə əsasında fəaliyyət göstərib. Onlara maaşların veriləcəyi ərəfədə hansı kassaya nə vaxt pul kütləsinin daxil olduğu ilə bağlı məlumatlar çatdırılıb. Öz mənbələrindən məlumatları aldıqdan sonra dəstə üzvləri işdən bir neçə günlük icazə alaraq maşınla qonşu respublikalardan birinə yollanır, kassaları qarət edir və müqavimətlə rastlaşdıqda ağına-bozuna baxmırdılar. İlk dönəmlərdə hüquq-mühafizə orqanları bu qarətlərin bir-biri ilə əlaqəli olduğunu düşünmürdü. Ancaq bütün sirlər gec-tez açılır.
1989-cu ilin əvvəlində 14 nəfərdən ibarət qrup həbs olunur. Ən son saxlanılan Quliyev və Paşayev olur. 14 müttəhimdən beşi ən ağır cəza – ölüm cəzasına məhkum edilir. Yeri gəlmişkən, dəstə üzvləri üç ayrı SSRİ ərazi subyektinin Cinayət Məcəlləsi əsasında mühakimə olunub. Azərbaycan SSR-nin Cinayət Məcəlləsinə (1984-cü il redaksiyası) əsasən, yuxarıda qeyd olunan şəxslər quldurluqda, iri məbləğli talanda, ağır hallarda dəstə şəklində qəsdən adam öldürmə, qəsdən adam öldürmənin təşkili, həyata keçirilməsi və iştirakda təqsirləndirilib. RSFSR Cinayət Məcəlləsi üzrə onlara quldurluq, qəsdən adam öldürmədə iştirak kimi ittihamlar tövsif olunub. Dəstə üzvləri, bundan başqa, Gürcüstan Respublikasının Cinayət Məcəlləsi əsasında mühakimə olunub.
Cinayət işi materiallarına əsasən, 29 noyabr 1984-cü ildə gecə saatlarında Əli Quliyev onunla əlbir olan üç nəfərlə birlikdə Gürcüstanın Laqodexi rayonunun İnkikori kəndinə yollanıblar. Orada “Drujba” kolxozunun xidməti binasına basqın edərək, linglə seyfi dağıdaraq, içində olan 6086 rublu oğurlayıblar.
Həmin hadisənin üzərindən üç il keçir. 1987-ci il sentyabrın əvvəlində 23:00 radələrində Voronejdə Adəm Məmmədov adlı azərbaycanlı öldürülür. Məmmədov altı nəfərdən ibarət dəstənin növbəti quldurluq əməli zamanı həyatını itirir. Quliyev həmin dəstədə yer alsa da, istintaq zamanı onun qətldə iştirakı sübuta yetirilməyib.
Məmmədovun qətlindən bir neçə gün sonra – sentyabrın 9-da dəstə Gürcüstanın Bolnisi rayonunun Kazareti qəsəbəsinə yola düşüb. Orada silahlı qarət zamanı Koseşvili dövlət qurumunun mühafizəçisi qətlə yetirilir. Ancaq oradan quldurlar əliboş, qanıqara qayıtmalı olurlar, belə ki, kassanı yara bilmirlər.
Noyabrın 4-də (1987) gecə saat 02:00 radələrində Stavropol diyarının Koçubekovski rayonunun Vrevsk kəndinə gəlirlər. Onlar qarovulçu Zabolini ölümlə hədələyərək, iri məbləğdə dövlət əmlakını oğurlayırlar.
1987-ci ilin dekabr ayında isə Binəqədi rayonu ərazisində Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Nəsirov Azər Vəli oğlu silahlı hücuma məruz qalır. Nəsirov səhər tezdən evdən çıxıb işə yollanan zaman maşına mindiyi əsnada ona bir neçə “Naqan” tipli tapançadan atəş açılıb. Cinayətkarlar Nəsirovun öldüyünü güman edərək hadisə yerindən qaçırlar. Ancaq Nəsirov sağ qalır.
Keçmiş rəisin həmkarlarının dediyinə görə, Nəsirov o vaxtlar “QAZ-24” markalı avtomobilini çəkinmədən ora-bura sürən tək-tük cavan polislərdən idi. Sovet dövründə bədxərclik, sui-istifadə halları kəskin şəkildə məzəmmət olunurdu, hətta cəzalandırılırdı. Ancaq Nəsirovda tam fərqli vəziyyət idi. Çünki atası – Vəli Nəsirov tanınmış azərbaycanlı professor idi. Elm sahəsindəki nailiyyətlərinə görə dövlət Nəsirova “QAZ-24” markalı avtomobil bağışlayıb. Bu isə partiyanın rayon komitəsinin diqqətindən kənarda qalmayıb.
1985-ci ildə Orconikidze Suraxanı raykom partiyasının ikinci katibi Vaqif İsgəndərov polis əməkdaşlarının iştirakı ilə iclas keçirir. Orada asayiş keşikçilərinin bahalı avtomobillər sürməsinin başucalıq gətirən hal olmadığını bildirib. Deyib ki, sadə vətəndaşları bu mənzərə qıcıqlandırır, onlar həmin avtomobilin cinayət yolu ilə əldə olunduğu ilə bağlı bədgümana düşür. Ancaq Nəsirov onun bostanına atılmış daşı cavabsız qoymur. Ayağa qalxaraq, işə gəlib-getdiyi avtomobilin onun halal zəhməti ilə qazanmış atasına məxsus olduğunu dilə gətirir. Avtomobili ona sıradan bir məmur yox, respublika rəhbərliyi elmi xidmətlərinə görə hədiyyə edib.
Bu arada, Nəsirova qarşı sui-qəsd cəhdi ilə bağlı istintaq iki il ərzində heç bir nəticə verməyib. İş üzrə əvvəl Nəsirovun həmkarı M.C. şübhəli şəxs qismində saxlanılsa da, sonradan bəraət alıb və sərbəst buraxılıb.
20 dekabr 1988-ci ildə Bakının keçmiş Lenin rayonu (Sabunçu) ərazində yerləşən sənaye binasına basqın olur. Quldurlar zor tətbiq etməklə kassir Korolyovadan içində pulla dolu çantanı oğurlayaraq, hadisə yerini tərk ediblər.
5 sentyabr 1989-cu ildə axşam 20:00 radələrində Bakı-Fatmayı yolunun 15-ci kilometrliyində naməlum şəxslər “Xırdalan” pivə zavodunun direktoru Fazil Şirəliyevi təqib edib və “Naqan” tipli tapançadan dörd əl atəş açmaqla onu qətlə yetiriblər.
Bu, sovet Azərbaycanının ilk sifarişli qətllərindən biri sayılır. Məsələ ondadır ki, zavod rəqiblər arasında mübahisə predmeti olub. Direktoru aradan götürmək üçün kimlərsə “Qurbaşı” dəstəsinə çıxıb və Şirəliyevin qətli üçün iri məbləğdə pul təklif edib.
İstintaqın gedişində kriminalistlər belə bir nəticəyə gəlib ki, Nəsirov və Şirəliyevə eyni tapançadan atəş açılıb. Törədilən sui-qəsddən beş gün sonra izlər müstəntiqləri dəstə üzvlərinə gətirib çıxarıb. Yeri gəlmişkən, Şirəliyevin qətli Quliyevə qarşı irəli sürülmüş əsas ittiham olub. Halbuki sonuncu onu qətlə yetirmədiyinə əmin edir.
İş üzrə materiallara əsasən, Quliyev “KQB” (Dövlət Təhlükəsizlik Komitəsi) əməkdaşı adı altında pivə zavodunun ərazisində olub. O qədər mahiranə şəkildə cildə girib ki, bütün işçilər ona inanıb. O, zavodun bütün giriş-çıxışlarını, iş qrafikini, risk dərəcəsini araşdırıb və başa düşüb ki, planlaşdırılan sui-qəsdi müəssisənin ərazisində həyata keçirmək olmaz. Şirəliyevi özünün bağ evinin yaxınlığında güllələyiblər.
Bir nömrəli “qanqster”, Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədov “Qurbaşı” dəstəsinin üzvünə hücum çəkib, onun qabırğasını sındırmaq üçün masaya qalxdı...
Quliyev 11 sentyabr 1989-cu ildə həbs olunub. Zeynalov istintaq tədbirləri zamanı Quliyevin qətlləri etiraf etməsi üçün ona işgəncələrin verildiyini bildirib. Nəticədə, onun bir qabırğası sınıb, böyrəyinin biri zədələnib. 26 dekabr 1989-cu ildə intihara cəhd edib. Özünü Dövlət Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasında asmağa çalışıb, vaxtında müdaxilə edildiyindən onu xilas etmək mümkün olub.
Maraqlıdır ki, Quliyevə verilən işgəncələrdə bir nömrəli “qanqster”, 10 mart 2005-ci ildə “Qara Kəmər” adlı xüsusi əməliyyatın gedişində saxlanılmış və sonradan ömürlük azadlıqdan məhrum edilmiş (2017-ci ildə kamerada özünü asıb) Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədov da iştirak edib
Eldar Zeynalovun sözlərinə görə, Quliyev ona işgəncə verən Məmmədovu 2005-ci ildə qəzet baş səhifələrində şəkillərinin çıxmasından sonra xatırlayıb. Quliyev bu barədə aidiyyəti strukturlara göndərdiyi şikayətlərdə yazıb, hətta Məmmədovun ona hansı işgəncələr verdiyini göstərib.
“Orada diqqət çəkən bir hal var idi. Quliyevi qandallayaraq döşəməyə uzatmışdılar. Hacı Məmmədov onun üzərinə çıxıb, qabırğasını sındırmaq üçün masanın üzərinə qalxmışdı. Elə alındı ki, həmin an masanın bir ayağı əyildi, nəticədə, Məmmədov yıxıldı və öz ayağı çıxdı. Əməliyyatçı bir neçə gün işə gəlmədi və bu günlər ərzində sistematik işgənclərdən bir qədər dincəldi”, - deyə Zeynalov bildirib.
Quliyevin şikayətinə baxılmasından sonra Hacı Məmmədovun, həqiqətən, Sovet dönəmində “Qurbaşı” dəstəsinin işi üzrə araşdırmanı apardığı ortaya çıxıb. Ancaq onun bütün cinayətləri işgəncələr altında etiraf etməsi ilə bağlı vəsatəti məhkəmə tərəfindən təmin olunmayıb.
P.S. Hazırda Azərbaycanda 280 nəfər ömürlük həbs cəzası çəkir.
Onlardan on ikisi artıq 25 ildən çoxdur ki, dəmir barmaqlıqlar arxasındadır. Aralarında 30 il cəza çəkən Quliyev və Paşayev də var.
Baxış sayı: 899
Bölməyə aid digər xəbərlər

19-10-2026, 19:21
Pornoqrafiya yaymaqda şübhəli bilinərək saxlanılıb
19-10-2026, 18:46
Soyuducuda tapılan qızın məzarında xaç peyda olub
19-10-2026, 18:38
Yatan arvadını diri-diri yandırmağa cəhddə təqsirli bilinib
19-10-2026, 18:02
Tibb bacısının qətli işində təqsirləndirilən şəxs cinayəti etiraf edib
19-10-2026, 17:54
Bir kişinin qətlində şübhəli bilinən həbs edilib
18-10-2026, 21:35
Gözlənilməz qonaqlar bir kişini boğaraq 40.000 rubl oğurlayıblar
18-10-2026, 19:03
Bağça direktoru qurğuşunlu laminatlı keklərə görə ömürlük həbs cəzasına məhkum edildi
18-10-2026, 19:00
Məktəbli qıza təcavüz etməkdə təqsirli biliniblər
18-10-2026, 18:41
Manyakın əl yazısını saxtalaşdırıb və 20 il azadlıqda yaşayıb
15-10-2026, 19:54
Tanışını öldürməkdə ittiham olunub
15-10-2026, 19:23
İnsan qalıqları olan torbalar tapılıb
15-10-2026, 19:17
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
14-10-2026, 21:49
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
14-10-2026, 21:43
Fotoqraf həbs edilib
14-10-2026, 20:59
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
13-10-2026, 20:43
Həyətindəki partlayıcı qurğunun üzərinə ayaq basdıqdan sonra öldü
13-10-2026, 20:22
Polis məmuruna atəş açıb
12-10-2026, 22:15
Yaşlı bir qadının qətli 27 ildən sonra açılıb
12-10-2026, 22:10
Yeniyetmə qıza hücum edən təcavüzkar saxlanılıb
12-10-2026, 21:31
Bir tələbə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini daşıyan avtobusu partlatmağa cəhd edib
11-10-2026, 18:59
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
11-10-2026, 18:45
11 nəfər ölüb, 27 nəfər yaralanıb
11-10-2026, 18:19
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
8-10-2026, 23:13
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
8-10-2026, 23:06
Elvin Mahmudzadə yenə həbs edildi
8-10-2026, 19:41
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
8-10-2026, 19:33
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
8-10-2026, 19:20
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
7-10-2026, 20:17
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
7-10-2026, 20:13
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
6-10-2026, 18:52
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
6-10-2026, 18:43
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
5-10-2026, 15:16
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
4-10-2026, 20:08
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
4-10-2026, 20:02
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
4-10-2026, 18:55
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
4-10-2026, 18:35
Polis məmuru ona kürəklə hücum edən sürücünü ayağından vurub
1-10-2026, 18:48
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
1-10-2026, 17:03
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
1-10-2026, 16:58
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
30-09-2026, 20:42
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib