Bütün xəbərlər
ABŞ hökumətinin bağlanması səbəbindən nüvə işçiləri məzuniyyətə buraxılacaq
Tarix: 17-10-2025 18:23 | Bölmə: Karusel

Davam edən hökumətin bağlanması ABŞ Energetika Nazirliyini ABŞ nüvə arsenalının modernləşdirilməsində iştirak edən minlərlə mütəxəssisi ixtisar etməyə və ya işdən çıxarmağa məcbur edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu vəziyyət ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı layihələrə mənfi təsir göstərə bilər. Departamentin katibi Kris Rayt bu barədə özünün X sosial media səhifəsində yazıb.
“Gələn həftədən etibarən biz fəlakətli dayanma səbəbindən nüvə arsenalını modernləşdirən minlərlə işçini məzuniyyətə buraxmağa və bəzi hallarda ixtisar etməyə məcbur olacağıq”, - bəyanatda deyilir.
Daha əvvəl bildirilmişdi ki, dayanmadan ABŞ iqtisadiyyatına dəymiş gündəlik zərər təxminən 15 milyard dollar qiymətləndirilir.



Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər