Bütün xəbərlər
Sahibi ilə birlikdə evi yandırmağa cəhd edən qadına 8 il həbs cəzası verilib
Tarix: 16-10-2025 19:29 | Bölmə: Cəmiyyət

Krasnodar diyarının Pavlovski rayonunda 32 yaşlı yerli sakin ümumi təhlükəli vasitə ilə adam öldürməyə cəhddə təqsirli bilinib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə vilayət prokurorluğu öz Telegram kanalında məlumat yayıb.
Məhkəmə müəyyən edib ki, qadın 2024-cü ilin iyununda ərinin 47 yaşlı dostunun qaldığı evi yandırmağa cəhd edib. İş materiallarına görə, təqsirləndirilən şəxs şəxsi kin zəminində zərərçəkmiş içəridə yatarkən evin qapı-pəncərəsini yandıraraq onun təxliyyəsinə mane olub.
Cinayət təkcə ona görə başa çatmayıb ki, kişi binanı tərk edərək yanğını öz gücü ilə söndürə bilib.
Məhkəmə dövlət ittihamının irəli sürülməsi ilə razılaşaraq ona 8 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməyə hökm edib. Hökm Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsinin “e” bəndi (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) əsasında verilib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər