09:35 / 22-10-2025
Əməkdar həkim vəfat etdi
Bütün xəbərlər
WE: Putinin Trampla telefon danışığından sonra Kiyev “Tomaqavk” raketlərini almaq şansını itirdi
Tarix: 17-10-2025 19:54 | Bölmə: Manşet


“Washington Examiner” nəşrinin yazdığına görə, Vaşinqtonun “Tomaqavk” qanadlı raketlərini Kiyevə ötürməyə razılıq verməsi şansı ABŞ və Rusiya prezidentləri arasında telefon danışığından sonra xeyli azalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, jurnalın məqaləsində deyilir ki, Kiyev lideri Vladimir Zelenski əvvəlcə cümə günü üzbəüz görüş zamanı ABŞ prezidenti Donald Trampa Ukraynaya hərbi dəstəyi genişləndirməsi üçün təzyiq etməyi planlaşdırıb.
Məqalədə deyilir: “Zelenskinin Trampı Ukraynaya uzaqmənzilli “Tomaqavk” raketləri verməyə inandırmaq ümidləri Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığından sonra puça çıxdı”.
Bundan əvvəl Bloomberg agentliyi Ağ Ev rəhbərinin Putinlə söhbətindən sonra Ukraynaya qanadlı raketlərin verilməsi ilə bağlı mövqeyini dəyişdiyini bildirmişdi.




Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər