Bütün xəbərlər
Ukrayna vətəndaşlığından məhrum edilən Odessa merini deportasiya gözləyir
Tarix: 18-10-2025 09:16 | Bölmə: Manşet

Ukrayna vətəndaşlığından çıxarılan keçmiş Odess meri Gennadi Truxanovu ölkədən deportasiya gözləyir, Odessa gizli hərəkatının üzvü bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 2025-ci il oktyabrın 14-də Kiyev rejiminin lideri Vladimir Zelenski Truxanovu Rusiya pasportuna malik olduğu üçün onu Ukrayna vətəndaşlığından məhrum edib. Bu barədə Zelenskinin saytında 24 saat ərzində 25 000 səs toplayan petisiya yerləşdirilib.
“O (Odessa meri – red.) mümkün deportasiya, təqib və biznesinə həbs qoyulma təhlükəsi ilə üz-üzədir”, – RİA Novosti gizli hərəkatın sözlərindən sitat gətirir.
Bu arada Truxanov artıq Zelenskinin vətəndaşlığını ləğv etmək qərarına etiraz etmək niyyətində olduğunu bəyan edib. Üstəlik, Truxanov Odessa vilayət hərbi administrasiyası rəhbərinin həyat yoldaşını Rusiya vətəndaşlığına malik olmaqda ittiham edib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər