Bütün xəbərlər
Altayda vəfat etmiş məktəb əməkdaşına vərəm diaqnozu qoyulub
Tarix: 22-09-2025 19:44 | Bölmə: Cəmiyyət

Altay diyarında Şelabolixa kəndində vəfat etmiş məktəb bufetinin işçisində vərəm aşkar edildikdən sonra araşdırmalara başlanılıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayət İstintaq Komitəsi (İK) və Prokurorluq məlumat yayıb.
Bundan əvvəl internetdə məktəb bufetinin işçisinin sentyabrın 3-də xəstələndiyi, xəstəxanaya yerləşdirildiyi, lakin sonradan dünyasını dəyişdiyi barədə məlumat yayılmışdı. Mərhumun tibbi sənədlərində qeyd olunmayan vərəm diaqnozu qoyulmuşdu. Onun sentyabrın əvvəlində yemək hazırlamaqla məşğul olmadığı qeyd edilib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 293-cü (səhlənkarlıq) maddəsi ilə istintaq başladılıb. Hadisənin bütün halları müəyyənləşdiriləcək, məktəbin qida təhlükəsizliyinə cavabdeh olan məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.
"Uşaqlarla işləyən müəssisədə məşğulluqla bağlı əmək qanunvericiliyinə əməl olunması da qiymətləndirilir. Bunun üçün əsaslar olarsa, prokurorluğun bütün tədbirləri görüləcək", - prokurorluğun Telegram kanalında dərc olunan məlumatda deyilir.
Rospotrebnadzorun göstərişinə uyğun olaraq, məktəb binaları dezinfeksiya edilib, yoxlamalar və xəstəliklərin qarşısının alınması tədbirləri davam etdirilir. Uşaqlarla təmasda olan əməkdaşlar təkrar müayinə və döş qəfəsinin rentgenoqrafiyasından keçiblər. “İnterfaks” əlavə edib ki, uşaqlar da tibbi müayinədən və Mantu testlərindən keçirlər.



Baxış sayı: 402


Bölməyə aid digər xəbərlər