09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
Yatmış kişini bıçaqlayaraq öldürüb
Tarix: 11-10-2025 17:14 | Bölmə: Cəmiyyət

Soçi sakini partnyorunun qardaşını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasının Krasnodar diyarı üzrə İstintaq Komitəsinin məlumatına görə, müstəntiqlər qadının kişini yatarkən bud sümüyü arteriyasına bıçaqla vurduğunu güman edirlər.
Cinayət oktyabrın 8-də axşam saatlarında Adler rayonunun Kaştanı kəndində baş verib. Zərərçəkmiş qan itkisindən və şokdan hadisə yerində dünyasını dəyişib. Hücuma səbəb münaqişənin olduğu güman edilir.
"Onun partnyoru evdə olmayanda təqsirləndirilən şəxs və onun qardaşı spirtli içki qəbul ediblər. İçki içərkən aralarında mübahisə düşüb", - agentliyin Telegram kanalında yazıb.
Kişinin qışqırtısını eşidən qonşu hüquq-mühafizə orqanlarına müraciət edib.
Təqsirləndirilən şəxs özünü təqsirli bilib, məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər