Bütün xəbərlər
Ərini qətlə yetirdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 25-09-2025 06:44 | Bölmə: Cəmiyyət

Saxalin vilayətinin Uqleqorsk sakini ehtiyatsızlıqdan zərərçəkənin ölümü ilə nəticələnən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə mətbuat xidməti Telegram kanalında 41 yaşlı qadın ərini bıçaqlaması barədə məlumat yayıb.
Hadisə bu il iyunun 14-də Uqleqorsk rayonunun Şaxtyorsk şəhər tipli qəsəbəsinin Mira küçəsindəki yaşayış binasında baş verib. Cütlük spirtli içki qəbul edib və bir anda mübahisə edib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs ən azı bir dəfə kişiyə sol bud nahiyəsindən bıçaq zərbəsi vurub, nəticədə o, hadisə yerində ölüb”, - mətbuat xidməti qeyd edib.
Müstəntiqlər kifayət qədər dəlil toplayıb, Uqleqorsk Şəhər Məhkəməsi qadını təqsirli bilib, onu ümumi rejimli cəzaçəkmə müəssisəsində 6 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin hökmü hələ qanuni qüvvəyə minməyib.



Baxış sayı: 301


Bölməyə aid digər xəbərlər