Bütün xəbərlər
Qanuni oğru “Vasya Bandit” 8 il müddətinə xüsusi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkəcək
Tarix: 16-09-2025 17:58 | Bölmə: Cəmiyyət

Moskva Vilayət Məhkəməsi kriminal aləmdə "Vasya Bandit" kimi tanınan 60 yaşlı İqor Kokunova hökm çıxarıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, 8 il 2 ay müddətinə xüsusi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkəcək.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi öz Telegram kanalında məlumat yayıb. Qeyd olunur ki, Kokunov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci ("Cinayət ierarxiyasında yüksək vəzifə tutma") maddəsi ilə təqsirli bilinib.
İstintaq müəyyən edib ki, o, 1993-cü ildən Moskva vilayətinin Podolsk, Serqiyev Posad və Çexov rayonlarında mütəşəkkil qrupların hərəkətlərini əlaqələndirərək cinayət iyerarxiyasında yüksək vəzifə tutub. O, “oğru yığıncaqlarında”, təsir dairələrinin bölünməsində və qanunsuz biznes şəbəkələrinin yaradılmasında iştirak edib.
2020-ci ildə Kokunova qarşı cinayət işi açılıb. O, ev dustaqlığına buraxıldıqdan sonra elektron qolbaqı çıxara bilib və ölkədən qaçıb, lakin sonradan beynəlxalq axtarışın səyləri nəticəsində Rusiyaya ekstradisiya edilib.
Kokunov həyatının çox hissəsini - 30 ildən çoxunu oğurluq, soyğunçuluq, hücum və qəsb kimi çoxsaylı cinayətlərə görə həbsxanada keçirib.
Hökm hələ qanuni qüvvəyə minməyib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər
23-08-2025, 22:26 Yeniyetmələr saxlanılıb