Bütün xəbərlər
Sinaqoqda terror aktı planlaşdıran iki miqrant həbs edilib
Tarix: 06-10-2025 14:27 | Bölmə: Cəmiyyət

“RİA Novosti” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, Krasnoyarskda sinaqoqda terror aktı planlaşdıran iki Mərkəzi Asiya vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qərar şəhərin Mərkəzi Rayon Məhkəməsi tərəfindən qəbul edilib.
“Krasnoyarsk məhkəməsi onların barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib”, - deyə, məlumatda bildirilir.
Bundan əvvəl FSB iki Mərkəzi Asiya vətəndaşının Krasnoyarskda sinaqoqun ərazisində əldəqayırma bomba partlatmağı planlaşdırdığını bildirmişdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları gizli kupedə partlayıcı materiallar və qəlpələr aşkar ediblər.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər