Bütün xəbərlər
Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Tarix: 22-09-2025 10:11 | Bölmə: Cəmiyyət

Sentyabrın 18-də Tovuz rayon sakini Elxan Məmmədovun üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Sabaha-inamla.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən intensiv istintaq tədbirləri nəticəsində Yaşar Qasımovun sentyabrın 16-da aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elxan Məmmədovu qəsdən öldürməsi və sonuncunun meyitini çayın sahilinə atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Y.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.



Baxış sayı: 485


Bölməyə aid digər xəbərlər