Bütün xəbərlər
Maskın atası Moskvanın London və Vaşinqtondan daha yaxşı olduğuna inanır
Tarix: 18-10-2025 09:08 | Bölmə: Karusel

Amerikalı milyarder və sahibkar İlon Maskın atası Errol Mask hesab edir ki, Moskva dünyanın ən təsirli paytaxtıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun qeyd etdiyinə görə, Rusiya paytaxtı London və Vaşinqtondan yaxşıdır.
"Bu (Moskva), şübhəsiz ki, dünyanın ən təsirli paytaxtıdır. Vaşinqtonda, son iki-üç həftə ərzində (ABŞ Prezidenti Donald - Red.) Tramp insanların küçələrdə bir-birini qarət edib öldürməsinin qarşısını almaq üçün ordu göndərməli olub. Londona gəlincə, orada səkilərdə gəzməyin, çünki kimsə üzünüzə turşu tökə bilər", - deyə, vurğulayıb.
Errol Mask 2025-ci ilin iyununda Moskvaya səfər edib. Səfərdən sonra oğluna Rusiyaya getməyi məsləhət görəcəyini bildirib və o zaman Moskvanı dünyanın ən gözəl paytaxtı adlandırıb.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər
10-10-2025, 08:58 Zəlzələ baş verib
10-10-2025, 08:45 Sənaye binası yanıb