Bütün xəbərlər
Bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib
Tarix: 06-10-2025 16:03 | Bölmə: Cəmiyyət

Moskvanın Arbat küçəsindəki Tsoy divarı yaxınlığında yoldan keçən iki nəfəri bıçaqlayan şəxsi polis saxlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsi məlumat yayıb.
İdarənin məlumatına görə, 49 yaşlı hücumçu iki kişi ilə mübahisə zamanı bıçağı çıxarıb. Onlardan birinə çoxsaylı yaralar, digərinə isə bir neçə kəsik vurub. Hadisə şahidi polisə məlumat verib.
"Dərhal hadisə yerinə gələn polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı Moskva sakinini saxlayıb. Ondan bıçaq götürülüb", - Daxili İşlər Nazirliyindən bildirilib.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Polis qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açıb. Şübhəli şəxs həbs edilib.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər