09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
Öz əmisi oğlunu öldürməkdə ittiham olunur
Tarix: 11-10-2025 08:54 | Bölmə: Cəmiyyət

Maqdaqaçi Bələdiyyə Dairəsində öz əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxs nəzarətə götürülüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müstəntiqlərin hesab etdiyinə görə, 2025-ci il oktyabrın 8-də 45 yaşlı müttəhim və əmisi oğlu birincinin şəhər tipli Maqdaqaçı qəsəbəsindəki evində spirtli içki qəbul ediblər.
“Müttəhimlə 1983-cü il təvəllüdlü qohumu arasında münaqişə zəminində təqsirləndirilən şəxs onun döş qəfəsinə bıçaqla xəsarət yetirib, ürəyinə və digər daxili orqanlarına xəsarət yetirib, nəticədə zərərçəkmiş hadisə yerində ölüb”, - deyə, mətbuat xidməti qeyd edib.
Həmin şəxs məhkəmənin qərarı ilə tutularaq barəsində həbs-qətimkan tədbiri seçilib. O, növbəti iki ayı istintaq təcridxanasında keçirəcək.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər