Bütün xəbərlər
Tanışını balta ilə öldürən şəxs saxlanılıb
Tarix: 06-10-2025 15:59 | Bölmə: Cəmiyyət

Moskva vilayətinin Solneçnoqorsk şəhərində polis tanışını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarına Pervıy Andreevski rayonundakı binada mənzildə 1982-ci il təvəllüdlü kişi meyitinin aşkarlanması barədə məlumat daxil olub.
"İlkin sübutlar göstərir ki, kişilər arasında münaqişə baş verib və bu zaman biri digərini balta ilə vurub", - deyə, idarənin Telegram kanalında dərc olunmuş bəyanatda deyilir.
Cinayət işi üzrə müstəntiqlər artıq qətldə şübhəli bilinən şəxsi saxlayıblar. O, 1990-cı il təvəllüdlü Moskva sakinidir. İstintaq orqanlarına təhvil verilib.



Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər