17:00 / 19-08-2026
Turistin ölümündən sonra yeni ayı ovçuluq lisenziyaları verildi
16:56 / 19-08-2026
Tələbə etirazlarından sonra dövlət imtahanlarının nəticələri ləğv edildi
16:52 / 19-08-2026
Ali Rada Yevgen Xmaranı Ukraynanın müdafiə naziri təyin edib
16:48 / 19-08-2026
Təcili yardım maşınının iştirakı ilə baş verən qəzada bir xəstə ölüb
16:45 / 19-08-2026
Fransız siyasətçisi Filippot Fyodorovun çıxışını Zelenski üçün fəlakət adlandırdı
16:41 / 19-08-2026
Əsirlikdən azad edilmiş əsgərin həyat yoldaşı və qızı onun səsini eşidəndə göz yaşlarına boğuldu
16:39 / 19-08-2026
Macarıstanın yeni prezidenti oldu
16:35 / 19-08-2026
Telegram daha 3,8 milyon rubl cərimə aldı
16:31 / 19-08-2026
İki qız xəsarət alıb
16:27 / 19-08-2026
İİKK-nın müşaviri İranla münaqişədə ABŞ-ın böyük itkilərini açıqladı
16:23 / 19-08-2026
Vatikanın yüksək vəzifəli diplomatı 25 avqustda Rusiyaya səfər edəcək
16:20 / 19-08-2026
Tramp bal zalının tikintisini sürətləndirmək üçün 250 işçi işə götürdü
10:05 / 19-08-2026
Ögey atasını öldürməkdə təqsirli bilinib
10:02 / 19-08-2026
Qanunsuz omul ovladığına görə məhkum edilib
08:30 / 19-08-2026
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
08:27 / 19-08-2026
Dövlət katibi Rubio və Şeyx Əl-Nəhyan Hörmüz boğazındakı vəziyyəti müzakirə etdilər
08:21 / 19-08-2026
Tramp Kanada mallarına tarifləri üç gün təxirə saldı
08:19 / 19-08-2026
Tibb bacıları yeni vəzifələrə uyğun olacaqlar
08:15 / 19-08-2026
Politoloq Atayev Ermənistanın əməkdaşlıq üçün yeni tərəfdaşlar axtarmasının səbəbini izah etdi
22:41 / 18-08-2026
Taksi sürücüsünün zorla səfərbər edilməsi cinayət işi ilə nəticələndi
22:38 / 18-08-2026
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
22:35 / 18-08-2026
Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini elan etdi
22:31 / 18-08-2026
Beş əcnəbi Rusiyadan deportasiya olunmaqla üzləşəcək
22:28 / 18-08-2026
Polşada Ukraynalı uşaqlara hücumda şübhəli bilinənlər saxlanılıb
22:25 / 18-08-2026
Saxta Ağ Ev rəsmisi ilə yazışdığını etiraf etdi
22:19 / 18-08-2026
Xəzinə ovçuları sirli şəraitdə həlak olublar
22:15 / 18-08-2026
Boqdanov ABŞ siyasətində zorakılığı normal hesab edən insanların sayının artdığını qeyd etdi
22:11 / 18-08-2026
Xinşteyn Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsini vurmağa cəhd edən ovçunu dəstəklədi
22:07 / 18-08-2026
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
22:03 / 18-08-2026
Merz ən populyar olmayan Almaniya kansleri oldu
21:58 / 18-08-2026
Lavrov: "Rusiyaya zərbələrdə iştirak müharibədə iştirak hesab ediləcək"
21:51 / 18-08-2026
Avtobusa daş atan uşağa hücum etdi
21:48 / 18-08-2026
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
21:44 / 18-08-2026
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti və hakiminə qarşı sanksiyalar tətbiq edib
12:44 / 18-08-2026
Fabrikə basqın zamanı 130-dan çox qanunsuz immiqrant saxlanılıb
12:41 / 18-08-2026
Mülk üstündə oğullarını güllələyərək öldürüb
12:38 / 18-08-2026
Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya ilə sülh müqaviləsinin ilin sonuna qədər əldə olunmayacağını bildirib
12:35 / 18-08-2026
Bir kişi uşaq mağazasında qiymət fərqinə görə kassaya yumruq vurub
12:33 / 18-08-2026
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
Millətin ən böyük sərvəti-Fəxriyyə CƏFƏROVA
Tarix: 19-02-2021 12:01 | Bölmə: Sosial

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Çünki 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Bu günün qeyd edilməsində başlıca məqsəd dilimizi qoruyub saxlamaqdır.
Belə ki, 1952-ci il 21-22 fevral tarixlərində Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 tələbə şəhid olur. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət edirlər. Beləliklə, YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunur.
Hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu yad təsirlərdən qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha yada salır. Çünki hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə dildir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunda söylədiyi “Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, milli ənənələrimizi sevməlidir” – sözlərində dilimizə verilən yüksək qiymət öz parlaq ifadəsini tapmışdır.
Dilimizin saflığını və müqəddəsliyini qorumaq, yad təsirlərdən qurtarmaq bizim borcumuzdur. Bu mənada, Azərbaycanın böyük şairi Süleyman Rüstəmin bu misralarını xatırlamamaq mümkün deyil:
Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə,
Sənin də bağın var, gülün var, çəkin,
Bağıma əkdiyim gülümə dəymə!
Bu misralar böyük şairin vətəndaş etirazı idi.
Bu gün bu dildə nə qədər gözəl əsərlər yaranmış, nə qədər hikmətli fikirlər söyləmişdir. Azərbaycan dili haqqında yazıçı Mirzə İbrahimovun fikrini xatırlamaq yerinə düşər. O yazırdı: “Azərbaycan dili qanadlı xəyalları, coşqun ehtirasları, dərin fikirləri ifadə edə bilir. Eyni zamanda, bu dil gözəldir, cazibədardır, şerlə, ahənglə, musiqi ilə doludur”. Doğrudanda, Azərbaycan dili gözəl dildir, musiqili dildir, ən incə fikirlərin ifadəsinə xidmət edən dildir. Elə buna görədir ki, çağdaş Azərbaycan ədəbiyyatımızın aparıcı simalarından olan Zəlimxan Yaqub da ruhumuza işləyən, qanımıza hopan dilimizi vəsf edərək yazırdı:
Füzuli zirvəli, Vaqif arxalı,
Mənim qoşqar dilim, Ələsgər dilim.
Ömrümün naxışı, bəxtimin xalı,
Dadda, şirinlikdə bal, şəkər dilim.
Deməli,milləti tanıdan,yaşadan onun dilidir. Bu gün millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Dil millətin millət olaraq təsdiqidir. Dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən bir tarixi hadisədir. Azərbaycan dili də məhz bu tarixi hadisəni yaşayıb və öz hüquqlarını bərpa edə bilib.
Danılmaz faktdır ki, bu gun Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dili səviyyəsinə qalxması, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Bu siyasətin əsası isə ən cətin bir vaxtda-“vahid dil” siyasətinin daha geniş şəkildə təbliğ edildiyi, milli dillərin sıxışdırıldığı bir vaxtda qoyuldu. Halbuki belə çətin bir vaxtda ana dili məsələsi ilə məşğul olmaq olduqca qorxulu idi. Ona görə qorxulu idi ki, dil məsələsini qabardanlar, bu barədə fikir söyləyənlər ağır cəza ilə cəzalandırılırdı. Bu cür təzyiq və təqiblərə baxmayaraq, Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə ifadə edə bildi. Hətta ulu öndərin bu cəsarətli addımı nəticəsində 1978-ci il konstitusiyasında ilk dəfə Azərbaycan dili dövlət dili kimi qəbul edildi.1978-ci il martın 14-də Azərbaycan Konstitusiyasını hazırlayan komissiyanın iclası keçirildi. Bu iclasın sədri Heydər Əliyev idi. Amma bu konstitusiya layihəsində Azərbaycan dilinin hansı status daşıması məsələsi yer almamışdı. Lakin ümumxalq müzakirəsinə verilən Azərbaycan Konstitusiyası layihəsinin 73-cü maddəsində yazılmışdı: “SSRİ qanunları Azərbaycan SSR ərazisində məcburidir”. Bu məsələ o dövrün dövlət rəhbərlərini narahat etməsə də, milli ruhlu ziyalıları narahat etməyə başladı. Xüsusilə, Heydər Əliyev bu məsələdən narahat olaraq sovet rəhbərləri ilə danışıqlar apardı. Nəticədə, ulu öndər ana dili məsələsini həll etməklə bərabər, eyni zamanda, layihədəki 73-cü maddənin ləğv edilməsinə də nail oldu.
1978-ci il aprelin ikisində IX çağırış Azərbaycan SSR ALİ Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr edilmiş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyaya vermək təklif olunmuşdu: “Azərbaycan Sovet Sosialist Respublikasının dili Azərbaycan dilidir”. Əlbəttə, o dövrdə belə cəsarətli addımı Heydər Əliyev kimi dahi bir insan ata bilərdi. Bu, ulu öndərin öz xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri idi.
1978-ci ildə qəbul edilmiş Konstitusiya haqqında danışarkən ulu öndər o günləri belə xatırlayırdı: “Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım xatirimdədir. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda, gərək biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, heç kəs sizə mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin xüsusi çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsininz. Ancaq siz nə üçün bizə mane olursunuz...Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində böyük hadisə oldu”.
Heydər Əliyev bilirdi ki, dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən izsiz olaraq silmək üçün onun dilini, mədəniyyətini, tarixini əlindən almaq kifayətdir.
XXI əsr Azərbaycan dilinin inkişafında əlamətdar hadisələrlə zəngindir. Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, ana dilimizin inkişafı, təsir dairələrinin genişlənməsi ilə bağlı ulu öndərimizin verdiyi fərmanları, sərəncamları, qanunlar dilimizin daha da inkişafı üçün əlverişli şərait yaratdı. 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında (21-ci maddə) Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bütün bunların həyata keçirilməsində Böyük öndərimiz Heydər Əliyevin apardığı dil siyasətinin çox mühüm önəmi, əhəmiyyəti vardır. Mədəniyyətimizə, incəsənətimizə, dilimizə qayğı hər bir vətəndaşdan milli təəssübkeşlik mövqeyini nümayiş etdirməyi tələb edir. Dil məsələlərinə gəldikdə isə onu demək lazımdır ki, dilçiliyimizin Azərbaycan dilinin dəyərini, rolunu, zənginliklərini, incəliklərini və s. məsələləri üzə çıxarması üşün olduqca əlverişli şərait yaranmışdır.
Konstitusiya komissiyasının noyabrın sonlarında keçirilən iclasında Heydər Əliyev bu məsələyə öz münasibətini bildirərək deyirdi: “Biz ən doğru, düzgün və ən əsaslı bir qərar qəbul etdik ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Bu, Azərbaycan xalqı üçün, onun mənəviyyatı, dilinin inkişafı üçün çox əhəmiyyətli qərardır. Bu, Azərbaycanda bütün Azərbaycan xalqının tərkibini təşkil edən xalqların hamısının özlərinə bu dili qəbul etməsi üçün çox əsaslı bir qərardır və hesab edirəm ki, həm keçmişimizə böyük hörmət, həm də gələcək nəsillər üçün böyük bir sənətdir”.
Müstəqillik illərində Heydər Əliyevin qayğısı nəticəsində ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Bu gün dilimizin özünəməxsus kamil qrammatik quruluşu, zəngin fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” böyük öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanında deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir”.
2003-cü il yanvarın 2-də isə ulu öndərin fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Öz doğma ana dilini sevən lider deyirdi: “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqının dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.
Ulu öndər Heydər Əliyev dövlət dilimiz olan ana dilimizə böyük üstünlük verir və tövsiyə edirdi ki, hər bir azərbaycanlı başqa dilləri də mükəmməl öyrənsin, onlardan yeri gəldikcə istifadə etsin. Lakin heç kəs öz doğma Azərbaycan dilinə diqqət, hörmət və məhəbbəti azaltmamalıdır.
Ona görə də Heydər Əliyev hər bir çıxışında qətiyyətlə dil məsələsinə toxunur, dilə belə qiymət verirdi: “Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. Inkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalarımızdan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun vətəndaşlıq borcudur”.
Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin dil siyasətini uğurla davam etdirir. Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirmişdir.
Azərbaycanda elmin, təhsilin elə bir sahəsi yoxdur ki, dövlət dilinin işlənməsi və fəaliyyəti konkret maddələr əsasında öz əksini tapmamış olsun. Müasir dövrdə Azərbaycan dili elə bir inkişaf mərhələsinə çatmışdır ki, elmi-texniki inkişaf nəticəsində yaranmış müxtəlif fikirləri, sözləri, anlayışları, xüsusi elmi və texniki terminləri çox asanlıqla ifadə etmək olar. Bu onu göstərir ki, Azərbaycan dili ictimai, siyasi, mədəni inkişafla bağlı olaraq tərəqqi edir, onun publisist, bədii, elmi və siyasi üslubları daha da inkişaf edir və zənginləşir.
Ölkə başçısının 2013-cü il 9 aprel tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncamı Azərbaycan dilinə göstərilən qayğının ifadəsi olmaqla yanaşı, həm də ana dilimizin saflığının və zənginliyinin qorunması yolunda mühüm tarixi hadisədir.
Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Ölkə rəhbəri müxtəlif çıxışlarında, insanlarla söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq onun fəzilətlərindən söz açmışdır.
Ana dilinin dövlət dili statusuna yüksəlməsi, haqlı olaraq, tarixi hadisə, milli dövlətçiliyimizin tarixinin önəmli səhifəsi sayılır. Bu, milli yetkinliyin təsdiqi, xalqın öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin parlaq ifadəsidir. Bu gün Azərbaycan dili, sözün həqiqi mənasında, müstəqil bir dövlətin dilidir. İndi Azərbaycan dili dünyanın müxtəlif dilləri ilə birbaşa əlaqəyə girmək imkanı qazanıb. Əgər bir vaxtlar dünya dilləri ilə Azərbaycan dili yalnız rus dili vasitəsilə əlaqəyə girirdisə, indi birbaşa əlaqə imkanları var. Bu mənada Azərbaycan dilinin inkişafı göz qabağındadır.
Prezident İlham Əliyev 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində də dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini qeyd etmiş, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirmişdir. Azərbaycan Prezidenti dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir.
2018-ci il iyulun 18-də isə Prezident İlham Əliyev Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayır.
Prezident İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 1 noyabr tarixli Fərmanı əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dil siyasətinin və bu gün dilimizin saflığının qorunması və inkişafı ilə bağlı dövlətimizin başçısının həyata keçirdiyi səmərəli və geniş miqyaslı işlərin məntiqi davamıdır.
Bir sözlə, dilin qoruyucusu və daşıyıcısı xalqdır, buna görə də dilin keşiyində durmaq, onun hərtərəfli inkişafına nail olmaq hər kəsin vətəndaşlıq borcu olmalıdır.
Mənim ana dilim-ürəyim,odum,
Ey tarım, kamanım, qopuzum, udum,
Vaqifim, Füzulim, Dədə Qorqudum,
“Şur”umun, “Cəngi”min mayası dilim!.
Mənim ana dilim-keçmişim, ulum,
Sonsuz gələcəyə uzanan yolum,
Sən adlı Vətənin qurbanı olum,
Ana Vətənimin anası dilim!
Fəxriyyə CƏFƏROVA,
filologiya üzrə fəlsəfə doktoru, dosent,
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi
Baxış sayı: 1 215
Bölməyə aid digər xəbərlər

Dünən, 08:19
Tibb bacıları yeni vəzifələrə uyğun olacaqlar
14-08-2026, 23:56
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
14-08-2026, 17:48
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
14-08-2026, 17:28
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
12-08-2026, 10:42
Bir neçə nəfər fast food restoranında zəhərlənib
12-08-2026, 10:22
Rusların Türkiyədə Şengen vizası alması getdikcə çətinləşir
12-08-2026, 10:00
Təhsil Nazirliyi məktəblərdə fasilələrin nə qədər davam etməli olduğunu aydınlaşdırdı
11-08-2026, 19:00
Məhkəmə Ukrayna Milli Bankının sədri Pışnıyın diplomunun etibarlılığının yoxlanılmasını əmr etdi
11-08-2026, 09:24
Fırıldaqçılar saxta məktəb söhbətləri yarada bilərlər
10-08-2026, 19:20
Bir qadın on beşinci uşağını dünyaya gətirib
10-08-2026, 18:46
Kiyev qışa hazırlaşmaq üçün bank krediti götürdü
6-08-2026, 20:24
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
6-08-2026, 19:46
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
5-08-2026, 19:41
"Hər qələbə xoşbəxtlikdir": sinxron üzgüçü Kossova Parisdə keçirilən Avropa Çempionatında qızıl medal qazanması haqqında
4-08-2026, 20:22
Avropa Çempionatındakı nəticəsini "rüsvayçılıq" adlandırdı
4-08-2026, 18:45
Avropa Komissiyası Rusiyadan enerji məhsullarına tam qadağa qoyulmasını tələb edəcək
3-08-2026, 18:16
Putin "Böyük dəyişiklik" mərasimində gənc aparıcı ilə futbol oynadı
3-08-2026, 01:04
Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
1-08-2026, 11:57
MİQ nəticələri açıqlandı
30-07-2026, 18:10
Pulsuz turist avtobusu istifadəyə veriləcək
29-07-2026, 19:24
Fırtına və cərəyanlar səbəbindən dənizdə üzmək qadağan edilib
29-07-2026, 18:17
Yataqxana binasında yanğın baş verib
28-07-2026, 19:54
Dünyada filiz hasilatı üçün ilk tunel qazma maşını işə salınıb
28-07-2026, 18:30
Əlil sərnişin hava limanında təyyarəyə sürünərək çıxdı
27-07-2026, 17:05
10 milyon rubl dəyərində saat və zinət əşyalarının oğurlanması ilə bağlı cinayət işi açılıb
23-07-2026, 22:30
Dron hücumundan sonra yanacaq-enerji kompleksi obyektində baş verən yanğını 279 nəfər söndürür
22-07-2026, 13:00
"The Wall Street Journal", Ukrayna "Magura" pilotsuz qayıqlarının ABŞ-da istehsal ediləcəyini açıqladı
22-07-2026, 12:51
Rusiya qadın komandası Su Polosu üzrə Dünya Kubokunun dörddəbir finalında Hollandiyanı məğlub etdi
21-07-2026, 20:49
Təbiət Qoruğu Norveç maralının vurduğu ziyanı qiymətləndirir
20-07-2026, 23:13
Azərbaycanda ilk “Müyəssərlik Xəritəsi” yaradıldı
20-07-2026, 20:29
Ermənistanda fermerlər pomidor satışına görə magistral yolu bağlayırlar
20-07-2026, 18:46
Ermənistan AB-yə balıq ixrac etmək hüququ əldə edib
20-07-2026, 18:43
Alimlər Yerə yaxınlaşan maqnit fırtınası barədə xəbərdarlıq edirlər
19-07-2026, 20:02
Süni intellekt səbəbindən gözlənilməz qiyamət ssenarisi aşkar edilib
15-07-2026, 20:18
Dünya birincisi adına layiq görülən 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Adil Əliyevlə görüşüblər
14-07-2026, 10:14
Olimpiya biatlon çempionu 53 yaşında vəfat etdi
13-07-2026, 19:57
Avropanın hərəkətləri onun Rusiya qazına ehtiyacı olduğunu göstərir
13-07-2026, 19:52
İsveçrəli futbolçunun Dünya Kubokunda meydandan qovulması ilə bağlı mübahisəli məsələni izah etdi
13-07-2026, 19:32
İnsan boyda tuna balığı tutuldu
12-07-2026, 20:34
ABŞ-dan Rusiyaya qadın geyimləri göndərilməsi üç dəfə artıb
12-07-2026, 20:24
Putini toyuna dəvət edən jurnalist evləndi
11-07-2026, 16:20
İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub
11-07-2026, 16:06
Millət vəkilinin növbəti vətəndaş qəbulu