01:39 / 29-09-2026
37 yaşlı yeni başçının - Dosyesi
01:34 / 29-09-2026
Yeni təyin olunan icra başçısı onun müavini imiş
21:49 / 28-09-2026
Fransada şirin suda yaşayan bir mosasaur aşkar edilib
21:46 / 28-09-2026
Dodik Rusiyaya səfəri zamanı Putinlə görüşməyə ümid edir
21:43 / 28-09-2026
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
21:41 / 28-09-2026
Rusiyanın Serbiyadakı səfiri: "Vuçiç milli lider statusu qazanıb"
21:02 / 28-09-2026
WSJ: Kanada Trampa görə enerji nəhəngi ola bilər
20:59 / 28-09-2026
Səfir Botsan-Xarçenko: "Rusiya ilə münasibətlər Serbiyanın iqtisadiyyatına təsir edib"
20:56 / 28-09-2026
Venesueladan ABŞ-a ixrac edilən qızıl alıcı tapa bilmir
20:50 / 28-09-2026
Yəmən husilərlə mübarizə üçün ümumi səfərbərlik elan etdi
20:45 / 28-09-2026
Rusiyalı millət vəkili AB müdafiə nazirlərinin görüşü ilə bağlı şərh verdi
20:42 / 28-09-2026
Terrorizmdə ittiham olunan keçmiş model Xodorkovskinin qızından vəsait alıb
17:55 / 28-09-2026
Peskov Putinin Ukrayna təklifləri ilə bağlı mövqeyini tam adlandırdı
17:46 / 28-09-2026
FSB: Britaniyada yaradılan RDS Rusiyada hakimiyyəti ələ keçirmək istəyənlər tərəfindən istifadə olunur
17:43 / 28-09-2026
AB-nin ən dəyərli şirkətinin baş direktoru: "Həddindən artıq məhdudiyyətlər ümidsizliyə səbəb olur"
17:39 / 28-09-2026
Çində keçirilən tennis turnirinin finalına vəsiqə qazandı
17:34 / 28-09-2026
Ukrayna Baş naziri ölkənin internet xidmətindən məhrum edilə biləcəyini etiraf etdi
17:29 / 28-09-2026
Ekspert: "Ukraynanın çökən iqtisadiyyatı Qərbə getdikcə daha çox xərc çəkir"
17:25 / 28-09-2026
Səudiyyə Ərəbistanı pilotsuz təyyarə hücumlarından sonra boru kəməri vasitəsilə neft ixracını bərpa etdi
16:47 / 28-09-2026
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
16:43 / 28-09-2026
Üç xəstə və bir mühafizəçi dron hücumunda yaralanıb
16:40 / 28-09-2026
Usmanov və Fridman Litvada arzuolunmaz şəxslər elan edilib
16:35 / 28-09-2026
2100 il əvvəl batan gəminin yerində minlərlə boşqab və qab tapılıb
16:31 / 28-09-2026
AB Ukraynadakı hərbi missiyasını 2028-ci ilə qədər uzadıb
22:22 / 27-09-2026
Zaxarova Uspenskaya ilə Reznik arasındakı barışığa öz rolundan danışdı
22:19 / 27-09-2026
Vuçiç Serbiyadakı uğursuz "rəngli inqilab"ın əsl səbəblərini açıqladı
22:15 / 27-09-2026
İnsanlar üçün təhlükə yaradan dörd ayı məhv edilib
22:10 / 27-09-2026
Çaydan kişi cəsədi tapılıb
22:07 / 27-09-2026
Əlil arabasında olan qadına bara giriş icazəsi verilməyib
21:28 / 27-09-2026
Evin həyətində atəş açmaqda şübhəli bilinən kişilər saxlanılıb
21:24 / 27-09-2026
Yanğında üç nəfər həlak olub
21:22 / 27-09-2026
Zaxarova Lavrovun BMT Baş Assambleyasındakı görüşlərinin sayından danışdı
21:19 / 27-09-2026
Zaxarova: "Almaniya xarici işlər naziri Merzin reytinqini xilas etmək üçün Lavrovla görüşdü"
21:15 / 27-09-2026
Turist itkin düşüb
21:08 / 27-09-2026
Ana ayı və balaları yay bağçası icmasına gəldilər
21:06 / 27-09-2026
AB nazirləri miqrantlarla birgə mübarizə aparmaq barədə razılığa gəliblər
21:02 / 27-09-2026
27 heyvanın xilas edildiyi böyük yanğın söndürülüb
21:00 / 27-09-2026
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
Mediada ədəbi dil normalarının pozulması: mövcud vəziyyət və müdafiə mexanizmləri-Əlisafa Mehdi
Tarix: 10-06-2025 23:49 | Bölmə: Sosial
Giriş
Dilin istənilən xalqın təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda milli kimliyinin daşıyıcısı, toplumun tarixi yaddaşının, mənəvi dünyasının və ideoloji bütövlüyünün fundamental dayaqlarından biri olduğu qavranılmış gerçəklikdir. Beləliklə, dil milli mənsubiyyətin başlıca ifadəsi olduğuna görə vətəndaş cavabdehliyimizi və öhdəliklərimizi də qavramağımızı gərəkləndirir.
Erkin (bağımsız) dövlətçilik sürəsində dilin qorunması və qalxınması başlıca yönəldicilik kimi alqılansa da, mediada və rəqəmsal platformalarda, reklam daşıyıcılarında ədəbi, publisistik, elmi dil normalarının leksik, qrammatik və üslubi baxımdan pozuntularla ifadə edilməsi halları ciddi görünən dərəcədə çoxdur.
Həmin pozuntuların təhlili, səbəbləri və bu sayaq savadsızlığın, yaxud biganəliyin aradan qalxızılması istiqamətində sistemləşdirilmiş tövsiyələr zaman-zaman ortaya qoyulsa da problemin aradan qalxızılması üçün yetənəkli üsullar düşünülməmişdir. Dilimizin işlənmə durumunu mediada görüb də bunları yazmamaq olmur.
Baxmayaraq ki, sosial ifadə müstəvilərində (KİV-də, internet resurslarında, reklam daşıyıcılarında) ədəbi dil normalarının pozulması halları, dilimizdən istifadə ilə bağlı durum, pozuntuların açığa çıxardılması, bu yöndən dilin qorunması və zənginləşməsi, düzgün istifadəsi üçün tövsiyələrin verilməsi barədə dönə-dönə toplantılar olub, dəyərli təkliflər verilib.
Üstəlik, Ölkədə qos-qoca AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda, BDU-da və Pedoqoji universitetlərdə Azərbaycan dili akademik səviyyədə araşdırılaıb, üslublaşdırılıb. Yüzlərlə filoloq dil mövzusunda alimlik dərəcəsi alıb.
Ayrıca 2001-ci il iyunun 18-də rəhbəri ölkə prezidenti olmaqla Dövlət Dil Komissiyası yaradılıb. “Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul edilib, Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı sərəncam verilib, həmçinin Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılıb. “Məqsəd dövlət dilinin mövqeyinin möhkəmləndirilməsinə, norma və qaydalarına əməl olunmasına, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılmasına, zənginləşməsinə, qorunmasına dövlət siyasətini yürütməkdir”.
Hələ üstəlik, 2018-ci ildən 2024-cü ilin noyabrınacan işləmiş Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi mediada dil nöqsanlarının olmaması ilə bağlı xeyli layihələr gerçəkləşdirib.
Dilçi alimlərin, ekspertlərin, KİV-lərin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə dəfələrlə ictimai müzakirələr təşkil olunub. Bu sürədə “Azərbaycan dilinin milli dəyər” anlayışı müdafiə oluub. O sıradan ayrıca TV veriliş yayımlanıb.
Ancaq, amma, lakin... Problem istəklərimiz qatında həll edilməmiş qalır.
Azərbaycan dilinin adi leksik və qrammatik qaydalarının pozulması, əcnəbi dillərdə olan söz və ifadələrin işlədilməsi vəziyyəti necə, hansı üsullarla izlənməlidir? Azərbaycandilli mətbuatın vəziyyəti hansı prinsiplərlə təhlil və monitorinq edilməlidir? İçində olduğumuz MEDİA yükümlülərinə hansı ismarışlar verilməlidir? Ya dilin düzəni üçün belə dirənişlər etmək gərəksizdir, faydasızdır? Bəlkə problemin aradan qalxızılması üçün yetənəkli üsullar yoxdur?
Bu suallar daim açıq qalmalıdır. Çünki, qloballaşan dünyada, internetin mədəniyyətləri və dilləri çulğaşdırdığı məkanda dilin daim sahmanda olması hər bir doğma dil daşıyıcısının haqqı və məsuliyyətidir.
Sezdiyimiz faktlardan doğan problemlər zamanla həll edilən işdir.
Azərbaycandilli mediada, xüsusilə də sosial şəbəkələr və onlayn xəbər portallarında ədəbi dil normalarına əməl edilməməsi halları çoxalmaqdadır. Bu pozuntular əsasən aşağıdakı formalarda özünü göstərir:
Azərbaycan dilinin istifadəsinə nəzarət üzrə Monitorinq Mərkəzinin yayımladığı illik hesabatlarda aşağıdakı xətalı vərdişlər qeyd olunur:
Anlamaq gərəkdir ki, dilin qorunması ilə yanaşı genişləndirilməsi təkcə texniki dil normativləri çərçivəsində deyil, ideoloji və mədəni dəyər kimi qəbul edilməlidir. Bu yanaşma şüar deyil, strateji konsepsiyadır. Milli dəyər sistemində dil:
“Azərbaycan dili milli dəyərdir” anlayışı yalnız şüar yox, ictimai davranış normalarında özünü göstərməlidir. Dilin informasiya cəmiyyətində rolu yalnız kommunikasiya deyil, həm də milli dəyərin ideoloji daşıyıcısı kimi qəbul edilməlidir.
KİV-in dili cəmiyyətin dili deməkdir. Bu səbəbdən, mediada ədəbi dilin qorunması – gələcək nəsillərə sağlam dil mühiti miras qoymaq üçün strateji vəzifədir. Dilin təmizliyi – millətin şəxsiyyətidir.
Azərbaycan dili bizim milli ruhumuzun, mədəniyyətimizin səsidir. Dil qorumaq təkcə filoloqların və dilçilərin yox, cəmiyyətin bütün təbəqələrinin ortaq məsuliyyəti kimi qəbul edilməlidir, jurnalistlərin, müəllimlərin, dizaynerlərin, siyasətçilərin, sosial ekspertlərin və sıravi vətəndaşların da borcudur. Mediada hər düzgün işlədilən söz, gələcək nəsillərə örnək olacaq bir addımdır.

Əlisafa Mehdi,
BDU-nun jurnalistika fakültəsinin müəllimi, konflikt jurnalistikası üzrə mütəxəssis
Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” adlı layihəsi çərçivəsində çap olunur.
Baxış sayı: 544
Bölməyə aid digər xəbərlər

- Morfoloji pozuntular, cümlədə təyin və tamamlığın yerinin yanlış yazılması,– çoxlu redaksiyanın işlədiyi Nəşriyyatın girişinə pandemiya zamanı xəbərdarlıq yazıb yapışdırmışdılar: “Maskasız binaya girmək qadağandır!” Düzgün yazılışın “Binaya maskasız girmək qadağandır!” olmasına heç kim etina etmirdi.
- Sərbəst danışıq üslubunun normativ yazı dilində işlənməsi – Məsələn, “heç kim görmür də” kimi şifahi danışıq formaları yazılı mediada yer almaqdadır.
- Şifahi ünsiyyət elementlərinin reklam və afişalarda orfoqrafik, leksik, üslub pozuntuları ilə işlədilməsi – “Ən dadlısı bizdədi!”, “Gəlin baxın, görəcəksiz”, "O nədi elə?", "Lap əla keçdi tədbir", "Kimdi günahkar?", “Gəl biznən ol”.
- Yersiz sensasiyalarda dilin eybəcərləşdirilməsi – Bəzi xəbər başlıqları: “Azərbaycan partladı – medal qız yağışı”, “Bu görüntü sizi şoka salacaq!” – informasiya yox, emosional manipulasiyalarla sensasiya oyunu qurmaqdır.
- Ən qorxulusu isə, əcnəbi söz və ifadələrin tərcüməsiz işlədilməsidir – “start verildi”, “menecment komandası”, “event keçirildi”, "feedback aldıq", "PR kampaniyası başladı" kimi ifadələrin öz dilimizdə qarşılığı olsa da yersiz.
- Bu sayaq çoxlu faktlar sıralamaq olar. Ölkə mediasında hər gün bu və buna bənzər xeyli qüsurlu misallar toplaya bilərik.
- Redaktə institutunun zəifliyi: Bir çox onlayn media orqanlarında ixtisaslaşmış redaktor heyətinin olmaması;
- Peşəkar jurnalist hazırlığının keyfiyyəti: Jurnalistika sahəsində çalışanların ədəbi, rəsmi, elmi dil biliklərinin istifadədə loru ifadələrdən ayırım təcrübəsinin zəifliyi;
- Dil siyasətində tənzimləyici mexanizmlərin yetərsizliyi: Qanunvericilikdə məsuliyyət müəyyən edilsə də tətbiq və nəzarətin, demək olar ki, olmaması;
- Reytinq və tıklama dalınca qaçan medianın və sosial şəbəkələrin təsiri: Qısa, emosional və tıklama yönümlü mövzunun dilinin keyfiyyətindən çox, diqqətçəkiciliyini önə çıxarmaqla normativ və estetik dəyərlərin arxa plana keçirilməsi;
- Xarici dillərin (xüsusilə də ingiliscənin) təsiri. Ekspertlərin əcnəbi terminləri yerli-yersiz işlətmələri;
- Ən başlıcası, TV-lərdə, radiolarda düzgün danışıq mövzusunda təlim-verilıişlərin olmaması. Zamanla cəhd edilsə də dilin öyrədilməsi ilə bağlı tutarlı modelin tapılmaması.
Azərbaycan dilinin istifadəsinə nəzarət üzrə Monitorinq Mərkəzinin yayımladığı illik hesabatlarda aşağıdakı xətalı vərdişlər qeyd olunur:
- Elektron KİV-də dil pozuntusu ilə müşahidə olunan başlıqların ümumi xəbərlərə nisbəti: təxminən 35-45%;
- Reklam və afişalarda sintaktik və morfoloji səhvlərin payı: təqribən 60%;
- Sosial media kontentində ən çox pozulan norma: şəxs və zaman şəkilçilərinin istifadəsi, loru ifadələrin yazıya daşınması, durğu işarələrinin işlənmə qaydalarını bilməmə.
Anlamaq gərəkdir ki, dilin qorunması ilə yanaşı genişləndirilməsi təkcə texniki dil normativləri çərçivəsində deyil, ideoloji və mədəni dəyər kimi qəbul edilməlidir. Bu yanaşma şüar deyil, strateji konsepsiyadır. Milli dəyər sistemində dil:
- Mədəni özünütəsdiqin göstəricisi;
- Dövlətin suveren atributu;
- Təhsilə və ictimai rəyə ən başlıca təsir mexanizmidir. Bunun da ifadə meydanı əsaslı olaraq mediadır.
- KİV üçün yazılmış normativ dil bələdçisinin mütəmadi yenilənməsi və yenidən çaplanması;
- Jurnalist və kontent istehsalçıları üçün dil bilikləri üzrə illik təkmilləşdirmə, redaktə və korrektə kurslarının təşkili;
- Media qurumlarında məcburi redaktə heyətinin saxlanılması barədə hüquqi mexanizmlərin hazırlanması;
- Jurnalistika və PR ixtisasları üzrə ədəbi dil və stilistika fənlərinin təkmilləşdirilməsi;
- Ədəbi dilə həsr olunmuş ictimai müzakirələrin – debat, forum, konfrans formatında keçirilməsi;
- Reklam daşıyıcılarında və sosial mediada dil pozuntularına məsuliyyətin artırılması üçün xəbərdarlıq və cərimə mexanizmlərinin tətbiqi, Mədəniyyət Nazirliyi ilə birgə monitorinqlərin təşkili;
- İctimai TV-də “Niyə belə deyirik” adlı daimi studiyanın qurulması;
- Ədəbi dilin normativ istifadəsini təşviq edən sosial layihə və kampaniyaların həyata keçirilməsi.
“Azərbaycan dili milli dəyərdir” anlayışı yalnız şüar yox, ictimai davranış normalarında özünü göstərməlidir. Dilin informasiya cəmiyyətində rolu yalnız kommunikasiya deyil, həm də milli dəyərin ideoloji daşıyıcısı kimi qəbul edilməlidir.
KİV-in dili cəmiyyətin dili deməkdir. Bu səbəbdən, mediada ədəbi dilin qorunması – gələcək nəsillərə sağlam dil mühiti miras qoymaq üçün strateji vəzifədir. Dilin təmizliyi – millətin şəxsiyyətidir.
Azərbaycan dili bizim milli ruhumuzun, mədəniyyətimizin səsidir. Dil qorumaq təkcə filoloqların və dilçilərin yox, cəmiyyətin bütün təbəqələrinin ortaq məsuliyyəti kimi qəbul edilməlidir, jurnalistlərin, müəllimlərin, dizaynerlərin, siyasətçilərin, sosial ekspertlərin və sıravi vətəndaşların da borcudur. Mediada hər düzgün işlədilən söz, gələcək nəsillərə örnək olacaq bir addımdır.
Oxunmalı ədəbiyyat:
- Azərbaycan Respublikasının “Dövlət dili haqqında” Qanunu, 2002
- Dövlət Dil Komissiyasının Monitorinq Mərkəzi – İllik hesabatlar (2022–2024)
- Qasımova S. “Müasir Azərbaycan mətbuatında dilin durumu” – Bakı Universiteti nəşriyyatı, 2020
- Məmmədov A. “Jurnalistikanın dil mədəniyyəti” – ADPU, Bakı, 2019
- Əliyev R. “Mediada ədəbi dilin qorunması problemləri” // Jurnalistika və Kommunikasiya Elmi Jurnalı, №2, 2023
- UNESCO. “Linguistic Diversity and Media Freedom” – Regional Report, 2021
- AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu – “Azərbaycan dilinin orfoqrafiya qaydaları”, 2021

Əlisafa Mehdi,
BDU-nun jurnalistika fakültəsinin müəllimi, konflikt jurnalistikası üzrə mütəxəssis
Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” adlı layihəsi çərçivəsində çap olunur.
Baxış sayı: 544
Bölməyə aid digər xəbərlər
Bu gün, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil
6-09-2026, 20:12
150-dən çox insan keçiddə qatarla yük maşınının toqquşmasının nəticələrinin aradan qaldırılması üzərində işləyir
3-09-2026, 18:25
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
3-09-2026, 18:13
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi
3-09-2026, 17:54
Xəsarət alan tələbəyə tibbi yardımın göstərilməsini izləyir
3-09-2026, 13:13
Ayı hücumundan möcüzəvi şəkildə xilas olub
3-09-2026, 13:10
Putin pələnglə görüşünü bəyan edib
1-09-2026, 22:06
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
1-09-2026, 20:10
Yeni Dehlinin mərkəzində iki qüllə əldə etdi