18:25 / 29-09-2026
ABŞ Ukraynanın təslim olması üçün vaxt çərçivəsini müzakirə edir
18:22 / 29-09-2026
Hərbi məhkəmə qətldə ittiham olunan general Ospanovu həbsdə saxlayıb
18:20 / 29-09-2026
Roskomnadzor Rusiya milli futbol komandasının keçmiş oyunçusu Smolova qarşı 300.000 rubl məbləğində iddia qaldırıb
18:03 / 29-09-2026
Kanye Uest-in Sankt-Peterburqdakı konserti baş tutmayacaq
17:56 / 29-09-2026
FIFA UEFA-nı İnfantino haqqında yalan məlumat yaymaqda ittiham edir
17:53 / 29-09-2026
Kreml bildirib ki, Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəməyəcək
17:51 / 29-09-2026
Müğənni Potap Ukraynanın Əməkdar artisti titulundan məhrum edilə bilər
17:46 / 29-09-2026
Lukaşenko: "Çoxvektorlu siyasət Belarusu Rusiyadan uzaqlaşdırmır"
17:42 / 29-09-2026
Putin Serb Respublikası rəhbərliyinin nümayəndələri ilə görüşəcək
17:39 / 29-09-2026
Lavrov: "ABŞ Trampın dövründə diplomatik əmlakla bağlı heç bir ümidverici şərh verməyib"
17:36 / 29-09-2026
Pakistan Avrasiya İqtisadi Birliyi ilə azad ticarət danışıqlarına 1 yanvar 2027-ci ildə başlayacaq
17:33 / 29-09-2026
Lavrov bildirib ki, ABŞ ilə qıcıqlandırıcı amillərlə bağlı əlaqələrin vaxtı razılaşdırılır
17:28 / 29-09-2026
Fövqəladə Hallar Nazirliyi: Qırmızı mağarada turistləri xilas etmək üçün 28 mütəxəssis səfərbər edilib
17:23 / 29-09-2026
Keçmiş çinli məmur 39 milyon dollar rüşvətə görə edama məhkum edildi
14:46 / 29-09-2026
Yeddi regional qubernator parlament mandatlarından imtina edib
14:44 / 29-09-2026
İspaniyaya viza haqqı 1500 rubl artıb
14:42 / 29-09-2026
Bir ayı qəbiristanlığa yaxınlaşaraq məzar qazıb
14:36 / 29-09-2026
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
01:39 / 29-09-2026
37 yaşlı yeni başçının - Dosyesi
01:34 / 29-09-2026
Yeni təyin olunan icra başçısı onun müavini imiş
21:49 / 28-09-2026
Fransada şirin suda yaşayan bir mosasaur aşkar edilib
21:46 / 28-09-2026
Dodik Rusiyaya səfəri zamanı Putinlə görüşməyə ümid edir
21:43 / 28-09-2026
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
21:41 / 28-09-2026
Rusiyanın Serbiyadakı səfiri: "Vuçiç milli lider statusu qazanıb"
21:02 / 28-09-2026
WSJ: Kanada Trampa görə enerji nəhəngi ola bilər
20:59 / 28-09-2026
Səfir Botsan-Xarçenko: "Rusiya ilə münasibətlər Serbiyanın iqtisadiyyatına təsir edib"
20:56 / 28-09-2026
Venesueladan ABŞ-a ixrac edilən qızıl alıcı tapa bilmir
20:50 / 28-09-2026
Yəmən husilərlə mübarizə üçün ümumi səfərbərlik elan etdi
20:45 / 28-09-2026
Rusiyalı millət vəkili AB müdafiə nazirlərinin görüşü ilə bağlı şərh verdi
20:42 / 28-09-2026
Terrorizmdə ittiham olunan keçmiş model Xodorkovskinin qızından vəsait alıb
17:55 / 28-09-2026
Peskov Putinin Ukrayna təklifləri ilə bağlı mövqeyini tam adlandırdı
17:46 / 28-09-2026
FSB: Britaniyada yaradılan RDS Rusiyada hakimiyyəti ələ keçirmək istəyənlər tərəfindən istifadə olunur
17:43 / 28-09-2026
AB-nin ən dəyərli şirkətinin baş direktoru: "Həddindən artıq məhdudiyyətlər ümidsizliyə səbəb olur"
17:39 / 28-09-2026
Çində keçirilən tennis turnirinin finalına vəsiqə qazandı
17:34 / 28-09-2026
Ukrayna Baş naziri ölkənin internet xidmətindən məhrum edilə biləcəyini etiraf etdi
17:29 / 28-09-2026
Ekspert: "Ukraynanın çökən iqtisadiyyatı Qərbə getdikcə daha çox xərc çəkir"
17:25 / 28-09-2026
Səudiyyə Ərəbistanı pilotsuz təyyarə hücumlarından sonra boru kəməri vasitəsilə neft ixracını bərpa etdi
16:47 / 28-09-2026
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
16:43 / 28-09-2026
Üç xəstə və bir mühafizəçi dron hücumunda yaralanıb
Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi istiqamətində işlər davam etdirilir
Tarix: 12-06-2021 11:08 | Bölmə: Müsahibə

Naxçıvan Muxtar Respublikası şəraitində dənli, paxlali və texniki bitkilərin genofondunun toplanılması,innovativ becərmə texnologiyalarının elmi əsaslarla öyrənilməsi, kompleks qiymətləndirilməsi və seleksiyada istifadəsi ilə bağlı işlər diqqət mərkəzində saxlanılır.
Çoxsahəli kənd təsərrüfatının Naxçıvan Muxtar Respublikası iqtisadiyyatında önəmi nəzərə alınmaqla həyati və iqtisadi əhəmiyyətli bitkilərin muxtar respublikanın yerli torpaq-iqlim şəraitinə uyğun yeni, ekoloji cəhətdən uyumlu, xarici mühitin əlverişsiz amillərinə qarşı davamlı və daha məhsuldar sortların yaradılması seleksiyaçı alimlərin icra etdiyi mühüm vəzifələrdəndir. AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Dənli, paxlalı və texniki bitkilər laboratoriyasında 2004-cü ildən başlayaraq bitkilər üzərində seleksiya işləri aparılır. Bu ardıcıl işlərin vəziyyəti və yerinə yetirilmə səviyyəsi ilə tanış olmaq üçün laboratoriyanın rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev ilə həmsöhbət olduq. Həmin müsahibəni təqdim edirik.
-Pərviz müəllim, Dənli, paxlalı və texniki bitkilər laboratoriyasında aparılan tədqiqatlar haqqında məlumat almaq istərdik.
-AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Dənli, paxlalı və texniki bitkilər laboratoriyası2004-cü ildən fəaliyyət göstərir. Fəaliyyətimiz dövründə bir çox bitki sortları üzərində tədqiqatlar aparılıb. Bu bitkilər arasında yumşaq buğda, arpa, noxud, soya, mərcimək, qarğıdalı, yonca və ətirli tütün sortları ilə bağlı əldə olunmuş bir sıra elmi nəticələr, xüsusilə əhəmiyyətlidir. Tədqiqatlar zamanı hər bir bitkinin aqrotexniki qulluq xüsusiyyətləri öyrənilmiş, məhsuldar sortlarla bağlı təsərrüfat sahiblərinə tövsiyələr verilmişdir.
-Məlumdur ki, Bölmənin Nəbatat bağının təcrübə sahəsində hibridləşdirmə işləri ilə məşğulsunuz.Hansı bitkilər üzərində çalışırsınız və bu əhəmiyyətli fəaliyyət zamanı nələrə diqqət yetirilməlidir?
-Buğda strateji məhsul olub ən mühüm ərzaq bitkisidir. Arpa isə həm ərzaq, həm də yem və texniki məqsədlərlə istifadə olunan dəyərli dənli taxıl bitkisidir. Bu bitkilər istər əkin sahələrinin genişliyinə, istərsə də istehsalına görə respublikamızda, eləcə də muxtar respublikada becərilən digər kənd təsərrüfatı bitkiləri arasında önəmli yer tutur. Sözügedən bitkilərin əhəmiyyətini nəzərə alaraq uzun müddətdir ki, buğda və arpa bitkiləri üzərində hibridləşdirmə işləri aparırıq. Hibridləşdirmənin müvəffəqiyyəti bir sıra şərtlərdən asılıdır. Valideyn formaların seçimində ilkin materialın zənginliyi olduqca vacib amildir. Bu zaman seçim düzgün yerinə yetirilərsə, məqsədəuyğun nümunələrin alınma ehtimalı daha da yüksək olur. Bununla yanaşı, nümunələrin yerli və müxtəlif mənşəli olması da mütləq nəzərə alınmalıdır, çünki nümunələrdə arzu olunan əlamətlərin müəyyənləşdirilməsi – bitkinin şaxtaya, quraqlığa, xəstəlik və ziyanvericilərə qarşı davamlığının, sort nümunələrinin vegetasiya müddəti, yerə yatmaya meyilliyinin öyrənilməsi işlərin asanlaşmasına zəmin yaradır.
Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu və Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutundan çoxlu sayda arpa,bərk və yumşaq buğda sort və hibridləri alınmışdır. Alınmış kolleksiya nümunələrinin Naxçıvan Muxtar Respublikası şəraitində kompleks qiymətləndirilməsi və onlardan seleksiya işlərində istifadə edilməsi üçün ötən ilin noyabr ayında Nəbatat bağının təcrübə sahəsində 715 müxtəlif mənşəli sort və hibridlərin səpini aparılmış, bunlardan 111 yumşaq buğda nümunəsi 1 m2 əkin sahəsində, 124 arpa nümunəsi 1 m2 əkin sahəsində, 130 yumşaq və bərk buğda hibridi 3 m2 əkin sahəsində və 350 nümunə isə hər biri 1 paqonometr olmaqla əkilmişdir. Hal-hazırda arpa nümunələri texniki yetişmə fazasında, buğda nümunələri isə mum yetişmə fazasının sonundadır.
-Bəs paxlalı və texniki bitkilər üzərində aparılan tədqiqatlar haqqında nə deyə bilərsiniz?
-Laboratoriyamızın əməkdaşları tərəfindən kartof, soya, noxud vəmərcimək bitkiləri üzərindətədqiqat işləri davam etdirilir. Qeyd etdiyimiz bitkilərin hər birinin həm qida, həm də texniki istifadə imkanlarına malik olması, əhalinin bu bitkilərə tələbatının çoxluğu ilə fərqlənir. Burada kartof bitkisini, xüsusilə qeyd etmək lazımdır. Bütün dünyada kifayət qədər çox istehlak olunan bitki çoxsahəli istifadə imkanlarına malikdir. Qida və yem bitkisi olmaqla yanaşı, həm də texniki bitki olub, spirt, nişasta, qlükoza və başqa məhsullar üçün xammaldır.
Hazırda təcrübə sahəmizdə AMEA-nın Genetik Ehtiyatlar İnstitutundan və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən alınmış müxtəlif mənşəli kartof sortlarının 2 variantda, 4 təkrarda təcrübələri qoyulmuşdur. Bitkilər çiçəkləmə fazasındadır.
AMEA Genetik Ehtiyatlar İnstitutu və Azərbaycan ETƏİ-dən gətirilmiş 6 mərcimək və 31 soya bitki sortları üzərində də tədqiqatları davam etdiririk. Kartof, mərcimək və soya bitkiləri üzərində aparılan tədqiqat işlərinin əsas məqsədi onların Naxçıvan Muxtar Respublikası şəraitində optimal əkin müddətinin və perspektivli sortlarının öyrənilməsidir. Bu məqsədlə qeyd olunan sort nümunələrinin əkini müxtəlif vaxtlarda hər sort üçün 4 təkrarda aparılmış, bütün nümunələrdə normal çıxış alınmışdır. Hal-hazırda soya nümunələri çiçəkləmə fazasının əvvəlində, mərcimək bitkisi isə çiçəkləmə fazasındadır.
Bütün sort nümunələrinə muxtar respublika üçün qəbul edilmiş qaydada aqrotexniki qulluq edilir və bu sortlar üzərində tədqiqat işləri davam etdirilir.
-Laboratoriya əməkdaşlarının qazandığı əsas elmi uğurlar hansılardır? Bu uğurların əhəmiyyəti nədən ibarətdir?
-Dənli, paxlalı və texniki bitkilər laboratoriyası tərəfindən aparılan tədqiqat işləri içərisində ən böyük uğurlarımız 00278 patent nömrəli “Uqu nənə” noxud sortu, 00171 patent nömrəli “Qaraca 85” noxud sortu və 00169 patent nömrəli “Qılçıqlı 85” arpa sortlarıdır. Bu sortlarAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrində qeydiyyatdan keçmişdir. 00278 patent nömrəli “Uqu nənə” yeni noxud sortuna müəlliflik şəhadətnaməsi alınmışdır.
Müxtəlif kombinasiyalı buğda hibridləri içərisində öz müsbət göstəricilərinə görə fərqlənən bir bərk buğda (Əlincə-84 X Zatino) hibridi, bir yumşaq buğda hibridi (Eskina-8 X 6507- Türkiyə) və bir ikicərgəli arpa (“Arpaçay”) seçilərək artırma pitomnikində artırılmış və sort-sınaq məntəqələrinə sınaqdan çıxarılması üçün hər birindən 64 kq olmaqla toxum materialı götürülmüşdür.
-Söhbətimizin əvvəlində qeyd etdiniz ki, bir sıra elmi nəticələr əldə olunub. Bu nəticələrin elmi dövriyyəyə daxil edilməsi istiqamətində hansı işlər görürsünüz?
-Aparılan tədqiqatların nəticələri həm yerli, həm də xarici elmi jurnallarda müntəzəm olaraq işıqlandırılır.Bununla yanaşı, əməkdaşlarımız müxtəlif konfranslarda fəal iştirak edərək əldə olunan yenilikləri dünya elmi ictimaiyyətinə təqdim edirlər. Qeyd etmək istərdim ki, noxud və arpa sortlarına verilən patentlər, müəlliflik şəhadətnaməsi də məhz bu istiqamətdə görülən işlərin bir hissəsidir. Aparılan tədqiqatların nəticələrinə əsasən deyə bilərik ki, qarşıda bizi yeni-yeni uğurlar gözləyir.
-Maraqlı müsahibə üçün təşəkkür edirik.
Səkinə Cümşüdova,
AMEA Naxçıvan Bölməsi,
Beynəlxalq əlaqələr və informasiya şöbəsinin əməkdaşı
Baxış sayı: 776
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə