23:58 / 12-03-2026
Avropa Putinin qaz təchizatı ilə bağlı açıqlamalarından sonra panikaya düşdü
23:56 / 12-03-2026
Şagirdlərin kütləvi zəhərlənməsindən sonra cinayət işi açılıb
23:41 / 12-03-2026
Nənə 7 aylıq nəvəsini ikinci mərtəbədən atıb
23:32 / 12-03-2026
Saxta sertifikatlar satdıqlarına görə dörd miqrant məhkəmə qarşısına çıxacaq
23:25 / 12-03-2026
Dağıstan Səhiyyə Nazirliyində axtarışlar aparılıb
23:11 / 12-03-2026
İsrail Müdafiə Qüvvələri (İDQ) ABŞ və İsrail pilotları arasında İran səmasında aparılan danışıqları dərc edib
22:56 / 12-03-2026
İsveçrə məhkəməsi "Qazprom"la mübahisədə Ukraynanın tərəfini tutdu
22:52 / 12-03-2026
Baş verən yanğından yeddi nəfəri xilas etdilər
22:38 / 12-03-2026
İran İsraili tamamilə məhv etməklə hədələyir
22:31 / 12-03-2026
İran Trampa bir neçə sosial media paylaşımı ilə müharibənin qazanıla bilməyəcəyini söylədi
22:28 / 12-03-2026
Zaxarova İsveçin keçmiş baş nazirinin nüvə təhdidlərinə cavab verdi
22:25 / 12-03-2026
Sinaqoqda atışma baş verib
22:18 / 12-03-2026
Yeniyetmələrə benzin satışına qadağa qoyub
15:15 / 12-03-2026
İsrail İranın nüvə mərkəzinə zərbə endirib
15:10 / 12-03-2026
Dubayda vertolyotun dronu vurduğunu göstərdi
15:04 / 12-03-2026
Hava Limanında bir kişi öldü
14:59 / 12-03-2026
İran Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ məktəbi "Tomahawk" raketləri ilə vurub
14:52 / 12-03-2026
FSB Krımda rus hərbçisinə qarşı törədilmiş terror aktının qarşısı alınmış görüntülərini yayımlayıb
14:47 / 12-03-2026
19 "Krokus" terrorçusundan 15-i ömürlük həbs cəzası alacaq
14:43 / 12-03-2026
Banqladeş Rusiyadan neft almaq üçün ABŞ-dan icazə istəyib
14:39 / 12-03-2026
İspaniya Madridin Ukraynaya yardım üçün nə qədər xərclədiyini hesablayıb
13:38 / 12-03-2026
İsrail pilotu İran döyüş başlıqlarından ibarət dəstəni ələ keçirib
13:33 / 12-03-2026
İran cəmiyyəti Xameneinin sui-qəsdindən sonra ABŞ və İsrailə qarşı birləşdi
13:12 / 12-03-2026
Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir-Könül Nurullayeva
01:28 / 12-03-2026
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
22:19 / 11-03-2026
Zelenski Qərb ölkələrindən "PAC-3" raketlərinin alındığını təsdiqlədi
22:14 / 11-03-2026
Məktəblərdə şagirdlərin şəxsi axtarışları tətbiq oluna bilər
22:09 / 11-03-2026
Tramp İranın Hörmüz boğazını minaladığını inkar edib
22:06 / 11-03-2026
Tramp İranda məktəbə edilən hücumda ABŞ-ın iştirakı barədə heç nə bilmədiyini bildirib
22:00 / 11-03-2026
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb
21:56 / 11-03-2026
Makron iddia edir ki, G7 liderləri Rusiyaya qarşı sanksiyaları ləğv etməkdən imtina edirlər
21:53 / 11-03-2026
İİKK: İran Yaxın Şərqdəki bütün ABŞ hərbi bazalarını məhv edib
21:47 / 11-03-2026
İtini qadının üstünə buraxdı; iş açılıb
21:41 / 11-03-2026
Lavrov İrandakı vəziyyəti Oman Xarici İşlər Naziri ilə müzakirə etdi
21:38 / 11-03-2026
Xarici agent Maksim Katz qiyabi olaraq doqquz il müddətinə azadlıqdan məhrum edilib
20:25 / 11-03-2026
Ukrayna Paralimpiya Komitəsi Beynəlxalq Paralimpiya Komitəsini ayrı-seçkilikdə günahlandırdı
20:19 / 11-03-2026
Uğursuz plastik cərrahiyyə əməliyyatı ilə bağlı cinayət işi açılıb
20:14 / 11-03-2026
Quberniyev bildirib ki, Rusiya Dünya Kubokunda İranın yerini tutmalıdır
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
Tarix: 05-03-2025 20:07 | Bölmə: Müsahibə

Müsahibimiz Milli Məclisin deputatı, Parlamentin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayevadır.
-5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür. Bu günün əhəmiyyəti barədə nə deyə bilərsiniz?
-Öncə onu qeyd edim ki, Bədən tərbiyəsi və İdman günü idmanın və fiziki fəaliyyətin insanların həyatında oynadığı mühüm rolu vurğulamaq imkanı verir. Məlumdur ki, Cənab Prezident 2005-ci il “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu tarix də təsadüfi seçilməyib. Belə ki, 5 mart Azərbaycan idmanı üçün xüsusilə əlamətdar gündür. 1995-ci ilin həmin günü Ulu öndər Heydər Əliyev dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, İdman Fondunu təsis etmiş, bədən tərbiyəsi və idmanın inkişafının yeni istiqamətlərinin təməlini qoymuşdur. Azərbaycanda 1998-ci ildə “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib. Eyni zamanda 2012-ci il ölkəmizdə “İdman ili” elan edildi. Azərbaycan bu illər ərzində nüfuzlu idman ölkəsinə çevrilib.
Təsadüfi deyil ki, ölkədə uğurla reallaşan gənclər siyasəti idman sahəsindəki uğurların davamlı olmasını təmin edir. Prezident İlham Əliyevin də söylədiyi kimi, idmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. “Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman qədər hərbi və fiziki hazırlıq da vacibdir”.
Ali baş komandan Azərbaycan gəncini vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli görmək istəyir. Cənab Prezident eyni zamanda idman mütəxəssislərinə işğaldan azad olunmuş ərazilərə səfər etməyi, gənc idman istedadlarının seleksiyasını aparmağı tövsiyə edib. Hesab edirəm ki, bu çağırış Qarabağ və Şərqi Zəngəzurda da idmanın inkişafına təkan olacaq, həmçinin bu ərazilərə qayıdan xüsusilə gənc soydaşlarımızın idmana marağını daha da artıracaq.
Aydındır ki, idman sosial əlaqələri gücləndirmək və davamlı inkişafı, həmçinin həmrəyliyi təşviq etmək üçün güclü vasitədir. Həqiqətən də dünyada idmanın gücü və universallığı əvəzedilməzdir.
-Azərbaycanda həyata keçirilən idman siyasətinin üstünlükləri nələrdir?
-Azərbaycan həqiqətən də son illər ən nüfuzlu idman ölkələrindən birinə çevrilib. Ölkəmiz bütün dünyada idmansevərlərin izlədiyi populyar idman yarışlarına ev sahibliyi edir. Cənab Prezidentin rəhbərlik etdiyi uğurlu idman siyasəti, olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Qeyd edim ki, vaxtilə Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəhbəri kimi Azərbaycan nümayəndə heyəti ilə xarici ölkələrə səfərlərimiz, eyni zamanda Bakıda keçirdiyimiz görüşlər zamanı beynəlxalq idman təşkilatlarının rəhbərləri yarışlarda nümunəvi təşkilatçılığa görə respublikamıza heyranlıqlarını bildirir, razılıqlarını ifadə edirdilər. 2015-ci ildə ilk Avropa Oyunlarının ev sahibliyinin Azərbaycana həvalə edilməsi çox böyük tarixi hadisə idi. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsi hazırlıq işlərini ən mükəmməl səviyyədə həyata keçirdi. Bütün Avropa və dünya Azərbaycanın timsalında beynəlxalq idman yarışına mükəmməl ev sahibliyinin nümunəsini gördü. Bu mötəbər idman yarışını yüksək səviyyədə təşkil etməklə Azərbaycan Avropanın idman tarixinə öz imzasını qoydu. Mükəmməl və çoxnövlü idman infrastrukturu ilk Avropa Oyunlarında olduğu kimi IV İslam Həmrəyliyi Oyunlarında da Azərbaycana yüksək səviyyədə ev sahibliyi etmək imkanı qazandırdı. Bütün müsəlman aləminin təmsil olunduğu bu beynəlxalq idman yarışına da Azərbaycanın ev sahibliyi etməsi ölkəmizə göstərilən böyük etimadın təcəssümü idi. Bu etimadı doğrultmaq üçün mən də birinci xanım Mehriban Əliyevanın müdrik rəhbərliyi altında uzun müddət beynəlxalq layihələrdə çalışmışam. Avropa Oyunları və İslam Həmrəylik Oyunları kimi bir sıra mötəbər beynəlxalq idman tədbirlərinin reallaşmasında vəzifə öhdəliklərimi yerinə yetirmişəm. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin, eləcə də Koordinasiya Şurasının üzvü, Əməliyyat Komitəsində MOK-lararası Əlaqələr İdarəsinin rəhbəri kimi Oyunlar zamanı ölkəmizin gücü ilə qürur hissi keçirmişəm. Cənab Prezidentin xüsusi diqqəti, birinci xanımın bilavasitə rəhbərliyi ilə həyata keçirilən hazırlıq işlərinin nəticəsi olaraq IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın növbəti uğuru kimi tarixə həkk olundu. “Bakı-2015”-də qazanılan təcrübə və sərgilənən təşkilatçılıq işi IV İslam Həmrəyliyi Oyunlarında da mükəmməl şəkildə təmin olundu. Ən əsası, bir daha sübut olundu ki, iradə və qətiyyət olan yerdə hər şey mümkündür. Eyni zamanda tamaşaçı auditoriyası bütün qitələri əhatə edən "Formula-1"yarışlarına da ölkəmiz uğurla ev sahibliyi edir.
İdman sahəsində əldə edilən uğurların davamlı olması indi əsas priortetdir və dövlət bundan sonra da bütün lazımi addımları atacaq. Federasiyalar, klublar və idman qurumları vahid strategiya əsasında fəaliyyətlərini davam etdirəcəklər. Ənənəvi idman növləri ilə yanaşı, yeni sahələrdə də inkişafın təmin edilməsi planlaşdırılır. Bu barədə cənab Prezident ilin idman yekunlarına həsr olunmuş görüşdə də bildirdi.
-Yeri gəlmişkən, dövlət başçısının idman ictimaiyyətilə ənənəvi görüşünün bədən tərbiyəsi və idmanın inkişafına təsirləri barədə nə deyə bilrəsiniz?
-Əlbəttə. İlin idman yekunları çərçivəsində Prezident İlham Əliyevlə görüş, təltif və mükafatlandırmalar idmançılarımız üçün böyük stimuldur. Belə ki, Prezident İlham Əliyevin də söylədiyi kimi, dövlət dəstəyi idmanın inkişafı ilə vəhdət təşkil edir. 27 ildir davam edən bu proses ölkəmizdə uğurlu nəticələr verməkdədir.
-Bu arada, ötən il də idmanda uğurlarla yadda qaldı. 2025-ci ildən gözləntiləriniz nədir?
-Bəli. 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu oldu. 1700-ə yaxın medal qazanan idmançılarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil ediblər. Təbii ki, ilin ən böyük yarışı - Yay Olimpiya Oyunlarında komanda hesabında Azərbaycanın 30-cu yerdə qərarlaşması əsas uğurlarımızdan biridir. Bu il - Azərbaycanın növbəti böyük idman yarışı - MDB Oyunlarına ev sahibliyi etməsi də idman ölkəsi kimi əldə etdiyimiz etimadın nəticəsidir. Gəncə şəhəri də MDB Oyunlarının mərkəzi kimi bu tədbirlərə xüsusi hazırlaşır. 40 min kv. km ərazisi olan Gəncə İdman Sarayı bütövlükdə Qafqazda nadir idman kompleksi hesab olunur. Burada beynəlxalq standartlara uyğun basketbol, voleybol, həndbol, minifutbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. Eyni zamanda İdman Sarayındakı üzgüçülük hovuzu da Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına cavab verir. Gəncə İdman Sarayının əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Burada 160 idmançının qalması və istirahəti üçün hər cür imkan var. Ümumiyyətlə, belə nəhəng idman qurğularının yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana marağının artırılması və idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. III MDB oyunlarına ev sahibliyi ərəfəsində bu unikal idman kompleksinin qurulması olduqca vacibdir.
Ötən il dövlət başçımızın səfəri zamanı Gəncədə yeni stadionun da təməli qoyuldu. 10 hektara yaxın əraziyə malik stadionun istifadəyə verilməsi həm yerli, həm də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq. Tarixi Azərbaycan şəhəri olan Gəncənin artıq idman şəhəri kimi də nüfuzu artacaq. Bütövlükdə isə Gəncənin timasalında Azərbaycan mədəniyyətini, tarixini, ölkəmizin idman təcrübəsini təqdim etmək üçün fürsət yaranmış olacaq.
Təbii ki, bütün uğurların təməlində ölkədə uğurla həyata keçirilən idman siyasəti dayanır. Bu siyasət nəticəsində bu gün həm idmançılarımız bizi qələbələrlə sevindirirlər, həm də Azərbaycanda müasir standartlara uyğun idman infrastrukturu yaradılır. Hazırda bölgələrdə 44 Olimpiya İdman Kompleksi qurulub. Eyni zamanda azad olunmuş ərazilərdə də yeni idman infrastrukturu yaradılır. Dövlət başçımızın da söylədiyi kimi, xüsusilə azad olunmuş ərazilərdə yaradılan idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Ağdamın İmarəti, Xankəndi stadionu, Füzulinin Olimpiya İdman Kompleksi, Suqovuşan və Köndələnçayda avarçəkmə yarışlarının keçirilməsi, eyni zamanda Şuşada bir neçə idman yarışının təşkili ölkənin dörd bir yanında idmanın inkişafının göstəricisidir.
-Üstəlik, nəzərə alsaq ki, artıq son 5 ildir, biz qalib dövlətin, qalib xalqın nümayəndələri kimi çıxış edirik. Bunun artırdığı məsuliyyət də var yəqin...
-Bəli, son 5 ildə idmançılarımız beynəlxalq arenalarda qalib ölkənin, ərazi bütövlüyü və suverenliyini bərpa etmiş dövlətin nümayəndələri kimi çıxış edir. Bu, bizim məsuliyyətimizi daha da artırır. Beləliklə, döyüş meydanında əldə olunan Zəfərə idman qələbələrinin də əlavə olunması Azərbaycanın mövqeyini daha da möhkəmləndirir. Dövlət başçımızın da söylədiyi kimi, idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir. Bu mənada Azərbaycan öz gücünə əsaslanan, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, ləyaqətlə, vicdanla irəliyə gedən ölkə kimi nümunə sərgiləyir.
-Könül xanım, iş qrafikiniz çox gərgindir. Siz özünüz idmana vaxt ayıra bilirsinizmi? Ümumiyyətlə, siz özünüzü idman həvəskarı hesab edirsiniz?
-Bəli, bacardıqca daha çox fiziki fəaliyyətlə məşğul oluram. 8 ilə yaxın üzgüçülüyə getmişəm. Əsl peşəkar kimi üzməyi bacarıram. Məqsədim hansısa yarışa qatılmaq olmayıb, sadəcə, üzgüçülüyə marağım olub. Həmçinin, stolüstü tennisə də getmişəm və bu idman növündə yerli turnirlər, universitetlərarası yarışlara qatılmışam. Hətta bütün dəst medallar qazanmışam.
-Siz ötən il həmçinin "Ər-Riyad 2025" İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Komissiyasının sədri seçilmisiniz. Azərbaycan nümayəndəsinin bu yüksək posta seçilməsi bizə nə qazandırır?
-Bəli, ötən il 16-18 dekabr tarixlərində Albaniyanın paytaxtı Tirana şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) 13-cü Baş Assambleyasının iclasında "Ər-Riyad 2025" İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Komissiyasının sədri seçildim. Hesab edirəm ki, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Komissiyasına Azərbaycan təmsilçisinin rəhbər seçilməsi ilk növbədə ölkəmizə olan etimadın göstəricisidir. İslam dünyasında böyük nüfuza malik olan Azərbaycan bu gün həm də idman sahəsində öz təcrübəsini bölüşür. Təbii ki, bu, Azərbaycanın İslam həmrəyliyinə töhfəsi, ölkəmizdə uğurla reallaşan idman siyasətinin nəticəsidir.
-Könül xanım, sonuncu sual - sizcə, əsl idmançı necə olmalıdır?
-Öncə onu qeyd edim ki, yüksək performanslı idman həmişə çox güclü stimul olub. Bədən tərbiyəsi ilə məşğul olan insan özünü inkişaf etdirir. Yeri gəlmişkən, bu, təkcə bədənə deyil, həm də ruha aiddir. İdman isə, daha geniş mənada baxsaq, insanın həm fiziki, həm də digər qabiliyyətlərinin müqayisəsidir. Buna görə də futbolla, güləşlə, gimnastika ilə, boksla yanaşı şahmat da idmandır, yəni bir növ intellektlərin döyüşüdür. İdman həm də öz ölkəsinin maraqlarını müdafiə etməyə hazır olan insanlar yetişdirir.
Mənim fikrimcə, əsl idmançı fiziki və mənəvi baxımdan güclü, dəmir iradəli, məsuliyyətli, peşəkar olmalıdır. Sevindirici haldır ki, Azərbaycan idmançıları da bu yüksək keyfiyyətləri özündə birləşdirir.
Bir daha 5 mart - Bədən tərbiyəsi və İdman günü münasibəti ilə bütün idman ictimaiyyətini təbrik edir, möhkəm cansağlığı, yeni-yeni uğurlar, stabil inkişaf, ənənəmizə, qalib ölkənin tarixinə sadiq qalmağı arzulayıram.

Baxış sayı: 2 631
Bölməyə aid digər xəbərlər

13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video