Bütün xəbərlər
Putin: "Yeni nüvə enerjisi ilə işləyən qanadlı raketlərin hazırlanmasına başlanılıb"
Tarix: 04-11-2025 23:23 | Bölmə: Manşet

Rusiya Prezidenti Vladimir Putin "Burevestnik" nüvə enerjisi ilə işləyən qanadlı raketinin və "Poseydon" sualtı gəmisinin yaradıcıları üçün keçirilən mükafatlandırma mərasimində Rusiyanın yeni nüvə enerjisi ilə işləyən raketlərin hazırlanmasına başladığını elan etdi.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mərasim "Rossiya 24" televiziya kanalında yayımlanıb.
Rusiya lideri əlavə edib ki, Rusiya NATO-nun kəşfiyyat gəmisinin "Burevestnik" sınaqlarını müşahidə etməsinə mane olmayıb, çünki Moskva alyansın yeni silahın imkanlarını birbaşa görməsinin əleyhinə deyil.
"Xüsusilə raketlərin güclü, ultra kiçik nüvə reaktorlarının unikal performansını qeyd etmək istərdim. Başlatma saniyələr çəkir, adi reaktorlar isə saatlarla və hətta günlərlə vaxt aparır. Artıq bu cür elektrik stansiyaları əsasında yeni nəsil silahlar hazırlanır. Üstəlik, növbəti nəsil nüvə enerjisi ilə işləyən qanadlı raketlərin hazırlanmasına başlanılıb", - deyə, Vladimir Putin bildirib.
Daha əvvəl Vladimir Putin bildirib ki, "Poseydon" və "Burevestnik" raketlərinin hazırlanması 21-ci əsrdə Rusiya üçün tarixi əhəmiyyət kəsb edir.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər