Bütün xəbərlər
Tramp: "ABŞ hökuməti dərhal fəaliyyətini bərpa etməlidir"
Tarix: 05-11-2025 18:33 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Tramp Respublikaçı senatorlarla səhər yeməyində bildirib ki, ABŞ hökuməti dərhal fəaliyyətini bərpa etməlidir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Trampın sözlərinə görə, bu, hökumətin rekord səviyyədə bağlanmasıdır. Amerika lideri bağlanma bitdikdən sonra "iqtisadi bum" vəd edib.
"Biz hökumətin fəaliyyətini mümkün qədər tez, dərhal bərpa etməliyik", - deyə, ABŞ prezidenti bildirib.
ABŞ hökuməti Konqresin büdcəni vaxtında qəbul etməməsi səbəbindən 1 oktyabrda fəaliyyətini dayandırıb. FTB Assosiasiyası daha sonra bağlanmanın ABŞ vətəndaşlarının təhlükəsizliyinə mənfi təsir göstərə biləcəyini bildirib.
Oktyabrın sonunda ABŞ Energetika Nazirliyi hökumətin bağlanması səbəbindən Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının 1400 işçisini maaşsız məzuniyyətə göndərib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər