Bütün xəbərlər
"Reuters": Missisipi kimya zavodunda partlayışdan sonra ammonyak sızması
Tarix: 06-11-2025 10:14 | Bölmə: Sosial

"Reuters" xəbər verir ki, ABŞ-ın Missisipi ştatındakı bir kimya zavodunda partlayış baş verib və havaya zəhərli kimyəvi maddələr buraxılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şahidlərin yayımladığı görüntülərdə zavoddan narıncı rəngli buxar buludunun qalxdığı görünür.
Missisipi qubernatoru Teyt Rivzin sözlərinə görə, gözləri və ağciyərləri qıcıqlandıra bilən zəhərli maddə olan susuz ammonyak havaya buraxılıb.
Zavodun sahibi olan gübrə istehsalçısı CF Industries şirkəti zavodun bütün işçilərinin hadisə yerindən təhlükəsiz şəkildə təxliyə edildiyini bildirib. Hazırda xəsarət alanlar barədə məlumat yoxdur.
Missisipi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları hadisə yerinə gəliblər. Yaxınlıqdakı iki küçənin sakinləri təxliyə olunacaq.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər