Bütün xəbərlər
Putin: "Rusiya heç kim üçün təhlükə yaratmır"
Tarix: 04-11-2025 23:32 | Bölmə: Manşet

"Poseidon" sualtı gəmisi və "Burevestnik" raketinin yaradıcılarına dövlət mükafatlarının təqdim edilməsi mərasimində Rusiya Prezidenti Vladimir Putin Rusiyanın heç kim üçün təhlükə yaratmadığını bildirdi.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Putinin qeyd etdiyinə görə, silahlar üzərində bütün işlər çoxdan elan edilib.
"Əziz dostlar, ölkəmiz heç kim üçün təhlükə yaratmır. Rusiya, bütün digər nüvə gücləri kimi, nüvə potensialını inkişaf etdirir, strateji potensialını inkişaf etdirir", - deyə, prezident bildirib.
Sentyabr ayında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Zapad-2025" Rusiya-Belarus hərbi təlimlərini şərh edərkən də bildirib ki, Rusiya heç vaxt Avropa ölkələrini təhdid etməyib və etmir.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər