Bütün xəbərlər
Polis çoxmərtəbəli binanın eyvanından asılmış kişini xilas etdi
Tarix: 04-11-2025 23:28 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqda polis Primorski rayonundakı çoxmərtəbəli binanın eyvanından asılmış yaşlı kişini xilas etdi.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin şəhər və Leninqrad vilayəti üzrə Baş İdarəsi məlumat verib.
Hadisə 4 noyabr çərşənbə axşamı səhəri Verbnaya küçəsində baş verib. Şahidlər 65 yaşlı yerli sakinin yeddinci mərtəbədə asılı vəziyyətdə olduğunu gördükdən sonra hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıblar.
"Şahidlərdən Verbnaya küçəsi 18 saylı binanın girişlərindən birinin yeddinci mərtəbəsindəki ümumi eyvanın xaricində bir kişinin asılı vəziyyətdə olduğu barədə məlumat aldıq.Polisin səriştəli və bacarıqlı hərəkətləri sayəsində faciənin qarşısı alınıb", - deyə, idarənin Telegram kanalında bildirilib.
Hadisədən sonra təqaüdçü tibb işçilərinə təhvil verilib. Onun vəziyyəti ilə bağlı təfərrüatlar açıqlanmayıb.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər