Bütün xəbərlər
Yanğında iki nəfər ölüb, bir nəfər yaralanıb
Tarix: 06-11-2025 10:16 | Bölmə: Digər

Yakutsk Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Yakutskda taxta yaşayış binasında baş verən yanğında iki nəfər ölüb, bir nəfər yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğın Xalturin küçəsindəki ikimərtəbəli binanın birinci mərtəbəsində baş verib.
"Axtarış zamanı yanğınsöndürənlər iki cəsəd və bir yaralı tapıblar; onların şəxsiyyətləri müəyyən edilir", - deyə, idarənin açıqlamasında bildirilir.
Hadisə yerində əlli dörd mütəxəssis və 13 ədəd texnika işləyir.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər