Bütün xəbərlər
REN TV: Teleaparıcı təcili xəstəxanaya yerləşdirilib
Tarix: 04-11-2025 15:28 | Bölmə: Karusel

REN TV Telegram kanalının məlumatına görə, məşhur teleaparıcı və aktyor Yuri Nikolayev Moskvada xəstəxanaya yerləşdirilib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mənbələrə görə, Rusiya Federasiyasının Xalq Artisti 4 noyabr səhəri özünü pis hiss etməyə başlayıb.
"Həkimlər onu tibb müəssisəsinə aparıblar. Yuri Aleksandroviç uzun müddətdir xərçənglə mübarizə aparır", - deyə, məlumatda bildirilir.
Hazırda aktyorun səhhəti ilə bağlı rəsmi məlumat yoxdur.
Yuri Nikolayev "Səhər Poçtu", "Səhər Ulduzu", "Mavi İşıq" televiziya proqramlarının, eləcə də "Buzda Rəqs" və "Ulduzlarla Rəqs" şoularının aparıcısı kimi geniş tanınır.
2025-ci ilin oktyabr ayında "Mash" Telegram kanalı Yuri Nikolayevin xroniki ağciyər problemlərinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirib.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər