Bütün xəbərlər
Qazaxıstan Prezidenti Tokayev Vaşinqtona gəlib
Tarix: 06-11-2025 10:03 | Bölmə: Siyasət

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Vaşinqtona gəlib. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçinin ABŞ-a səfəri onun iştirak edəcəyi Mərkəzi Asiya-ABŞ sammiti ilə bağlıdır. Tokayev həmçinin Ağ Ev prezidenti Donald Trampla danışıqlar aparacaq.
"Qazaxıstan Prezidenti Vaşinqtona gəlib. Dövlətimizin başçısını ABŞ Dövlət katibinin müavini Kristofer Landau qarşılayıb", - deyə, prezidentin mətbuat xidmətinin Telegram kanalında dərc olunmuş açıqlamada bildirilir.
C5+1 formatı ABŞ və beş Orta Asiya ölkəsini birləşdirir. O, 2015-ci ildə yaradılıb.
Daha əvvəl Amerika lideri Vaşinqtonun Qazaxıstanla strateji tərəfdaşlığını gücləndirməyi gözlədiyini bildirmişdi.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər