Bütün xəbərlər
Peskov: "Rusiya Venesuela ilə müntəzəm işgüzar əlaqələr saxlayır"
Tarix: 04-11-2025 20:35 | Bölmə: Manşet

Moskva və Karakas müntəzəm işgüzar əlaqələr saxlayır.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Rusiyanın Venesuelaya köməyi ilə bağlı suallarını belə cavablandırıb.
Peskov bu əlaqələrin təfərrüatlarının hazırda açıqlanmayacağını vurğulayıb.
"Venesuela ilə müntəzəm işgüzar əlaqələrimiz var", - deyə, Rusiya liderinin mətbuat katibi bildirib.
27 oktyabrda Moskva Karakasla strateji tərəfdaşlıq müqaviləsini təsdiqləyib. Daha sonra "The Washington Post" qəzeti Venesuela prezidenti Nikolas Maduronun ABŞ-ın ölkəyə zərbə endirmək təhdidləri fonunda guya Rusiya, Çin və İrandan kömək istədiyini bildirib.
Rusiya prezidentinin mətbuat katibi WP nəşri ilə bağlı şərh verməkdən imtina edib və qeyd edib ki, Rusiya Venesueladakı vəziyyəti yaxından izləyir və Vaşinqtonla Karakas arasındakı münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Bundan sonra Maduro ölkənin Moskva ilə daim əlaqədə olduğunu bildirib.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər