22:23 / 06-07-2026
Dünyanın ilk süni intellekt aktrisası bədii filmdə baş rolu canlandıracaq
22:16 / 06-07-2026
Ukraynaya məxsus "Mi-8" helikopteri Poltava bölgəsində qəzaya uğrayıb
22:13 / 06-07-2026
Kiyev dronlarını Polşa "MiQ-29" qırıcı təyyarələri ilə dəyişdirməyə razılıq verdi
22:10 / 06-07-2026
Keçmiş müstəntiqinin cəsədi mənzillərdən birində tapılıb
20:21 / 06-07-2026
Paşinyan: "Ermənistan Rusiya ilə münasibətləri inkişaf etdirmək və Avrasiya İqtisadi Birliyində iştirak etmək niyyətindədir"
20:17 / 06-07-2026
Rusiya bildirib ki, MAQATE Zaporojye AES-ə hücumlara kimin cavabdeh olması məsələsinə məhəl qoymur
20:14 / 06-07-2026
Rusiya Ermənistana bir-iki enerji bloku olan nüvə elektrik stansiyası tikmək imkanı təklif edib
19:57 / 06-07-2026
Rusiya İranın nüvə məsələsinin həllində iştirak etmək niyyətindədir
19:53 / 06-07-2026
Rusiya İsveçdən Vyana Konvensiyasına riayət etməyi tələb etdi
19:50 / 06-07-2026
Alixanov Rusiya ilə İndoneziya arasında ticarət perspektivlərindən danışdı
19:42 / 06-07-2026
Ukraynaya gecə zərbəsi Trampa bir siqnal idi
19:37 / 06-07-2026
Raftinq səfəri zamanı itkin düşən uşaq xilasetmə jileti geyinməyib
19:32 / 06-07-2026
Tramp və Meloni NATO görüşündən əvvəl sərt ifadələr işlədiblər
19:30 / 06-07-2026
NATO sammitindən əvvəl Zelenskinin planlaşdırdığı böyük bir hücumun qarşısı alındı
19:25 / 06-07-2026
Mişustin və Paşinyan təxminən 90 dəqiqəlik görüş keçiriblər
19:22 / 06-07-2026
Vitkov və Kuşnerin Rusiyaya səfəri ilə bağlı açıqlama verdi
19:17 / 06-07-2026
Rusiyanın Bakıdakı səfiri Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən çağırılıb
19:14 / 06-07-2026
Tramp hesab edir ki, Ukraynada sülh hazırda düşünüldüyündən "daha yaxındır"
19:10 / 06-07-2026
Estoniya rus və belarusluların yarışa qatılmaması səbəbindən Avropa Atıcılıq Çempionatından məhrum edilib
19:04 / 06-07-2026
Polis əməkdaşını təhqir etməkdə şübhəli bilinən şəxs saxlanılıb
19:00 / 06-07-2026
İngiltərə - Norveç Dünya Kuboku matçının bileti 8 milyon dollara satışa çıxarılıb
21:28 / 05-07-2026
Azərbaycanın sülh diplomatiyası
21:20 / 05-07-2026
2,5 milyon rubl dəyərində mal oğurlayıb yenidən satıb
21:16 / 05-07-2026
Politoloq Rusiya-ABŞ danışıqlarının sürətini Rusiyanın hərbi uğurları ilə əlaqələndirdi
21:13 / 05-07-2026
Filippot AB dəyərlərinin Ukrayna neonazistlərini dəstəkləməyə çevrildiyini bildirdi
21:10 / 05-07-2026
Paşinyan Ermənistan seçkilərindən sonra ilk dəfə Rusiyaya səfər edəcək
21:06 / 05-07-2026
Könüllülər itkin düşmüş qızlardan birinə məxsus terlik tapdılar
21:03 / 05-07-2026
Xameneinin oğulları mərhum İran lideri ilə vidalaşdılar
20:59 / 05-07-2026
Bir qızın qətlində şübhəli bilinən şəxs ölkədən qaçmağa cəhd edib
20:50 / 05-07-2026
Rusiya milli xokkey komandasının keçmiş kapitanı ABŞ-da ev almaq üçün ipoteka götürüb
19:02 / 05-07-2026
Ana öz oğlunu bıçaqlayıb
18:57 / 05-07-2026
Çoxmərtəbəli binada baş verən yanğında bir nəfər ölüb
18:54 / 05-07-2026
Lixaçev amerikalıları mikroreaktorlarının istifadəyə verilməsi münasibətilə təbrik etdi
18:52 / 05-07-2026
Zelenski yenidən Qərbdən "Patriot" tutucu raketləri tələb edir
18:48 / 05-07-2026
Kiyev Kostyantinivkada həlak olan Ukrayna Silahlı Qüvvələri əsgərlərinin cəsədlərini qaytarmaqdan imtina etdi
18:40 / 05-07-2026
Uşaq oğurluğu işi açılıb
ABAD CƏBRAYILDA GÖRÜŞƏK-TARİYEL ABBASLI
Tarix: 08-07-2022 02:15 | Bölmə: Ədəbiyyat

02 iyul 2022-ci il Cəbrayıla gedirik. Təxminən 3 həftəyə yaxındır ki, bu səfəri gözləyirik. ATV kanalı Bakı-Media ilə Cəbrayıl haqqında sənədli film çəkəcək. Saat 5 radələrində Bakıdan çıxırıq. Mənim maşınımda rayonumuzun ağsaqqal ziyalılarından biri Yaqub Məmmədov, uzun müddət C.Əhmədov adına məktəbdə riyaziyyat müəllimi işləmiş Qətibə Nəcəfova və Cəbrayıl Tarix-Diyarşünaslıq muzeyinin direktoru Aytən Fətullayeva. Ölçüyəgəlməz bir sevinc içərisindəyik. Artıq Horadizi və Cocuq Mərcanlını keçmişik. Birdən yadıma görkəmli şairimiz İsmayıl İmanzadənin "Tamaşa" şeirinin misraları düşdü:
Bu torpağı qəribsəsən çıx yola,
Cəbrayılda çınarlarım qol-qola,
Tumas ata yaranışdan bir qala,
Diridağım, Qala dağım tamaşa.
Şeirin misraları deyildiyi anlarda artıq biz Böyük Mərcanlı kəndinin bərabərində son vaxtlarda asfaltın sağ tərəfində salınmış və "Düzoba" adlanan ərazidən keçirdik. Necə illərdi belə mənzərəni şəkillərdə, videolarda çox görmüşük. Amma üzbəüz yaxından bu mənzərələri görmək dəhşət idi. Sökülmüş, dağıdılmış, uçuq çökük divarları qalmış tikililər sanki xəcalət çəkirmiş kimi başını aşağı salmışdı. Bir zamanlar elə bu aradakı asfalt yolun üzərində o tay bu taydan bir-birinə sarı əyilib çətir kimi birləşmiş ağaclar da yox idi. Hər şey quru, insafsız və cansıxıcı düzənliklər və boz-bulanıq yastı təpələr idi. Bir az getdikdən sonra yolun sağında Karxulu kəndinin qədim qəbiristanlığında 19 əsr Azərbaycan qadın aşıq sənətinin banisi Maralyanlı Aşıq Pərinin kiçik məqbərəsinin- belə demək olarsa- skeletini gördük. 1991-ci ildə bu məqbərəni o vaxt rayonda kiçik bir tikinti firması yaratmış Fikrət Quliyev tikdirmişdi. Və onu deyim ki, bu qəbirüstü abidənin hazırlanmasında mənim də az cox əməyim olmuşdu. Yolboyu elə kəndlərin yerləri var idi ki, onların nə vaxtsa mövcud olmağını tanımayan onları heç təsəvvürünə gətirə bilməzdi. Yolboyu nə vaxtsa mövcud olmuş kəndləri görərkən isə insanın sanki damarında qanı quruyurdu. Bəli 41 il qoynunda böyüdüyüm, 29 il həsrətini çəkdiyim Cəbrayıl şəhərinə ağır bir kədərlə daxil olurduq. Əvvəldə qeyd eləmişdim ki, Bakıdan çıxanda sevinc içərisindəydik...
Artıq Cəbrayıldayıq. Aşağı tərəfdən şəhərə daxil oluruq. İşə bax ki, doğma şəhərimizin içərisinə gedəcəyimiz yolu bizə "kino çəkənlər" göstərir.Kinoçəkənlər demişkən bu işin ağırlığını boynuna götürən 20 ildən cox mənimlə bir yerdə Aztv də çalışmış istedadlı jurnalist Aygün Diridağlı , istedadlı rejissor olduğunu eşitdiyim Fariz Əhmədov və bu kollektivə ümumi rəhbərlik edən Fəxri müəllim və operatorlarla görüşdük. Çəkilişə xeyli adam dəvət olunmuşdu. Bunlar hamısı buraya və çəkilişə gəlməyə haqqı olan insanlar idi. Cəbrayılın müdafiəsi zamanı oddan alovdan keçmiş polis rəisi ,polkovnik, rayon ağsaqqallar şurasının sədri Vaqif Məhərrəmov, Qarabağ qaziləri İxtiyar Hüseynov, Mais Səfərov,neçə illərdi fb səhifələrində Cəbrayıllı günlərin xatirələrini bölüşən Vidadi Hümmətov- bunların hər birinin deməyə sözü, danışmağa xatirəsi var idi. Əvvəlcədən planlaşdırıldığı kimi hərə bir məkanda çəkilirdi. Ancaq bu məkanları fərqləndirmək olurdumu? Əsla yox. Bütün məkanlar bir-birinə oxşayırdı, sarı tikanlıqlar, qanqallıqlar, qurumuş otlar kol-koslar bütün bu mənzərə vaxtilə bura gələn insanların "kiçik Soçi" adlandırdıqları Cəbrayıl şəhərinin mənzərəsi idi. Gələn adamlar elə yay kinoteatrının uçulub dağılmış həndəvərində bir az yaşıllıq olan kiçik ağacların ətrafında fırlanırdılar. Vaxtilə çinarlar şəhəri olan Cəbrayıldaki nə o məşhur çinarlar, nə hündür qovaq ağacları, nə də bütün həyət və bağlarda olan nəhəng qoz ağacları yox idi. Bunlara baxıb fikriləşdikcə insan dəli olmaq dərəcəsinə gəlir. Görəsən Allah bizi niyə belə namərd, qaniçən, rəzil və şərəfsiz insanlarla- ermənilərlə qonşu edib. Nə isə Allahın işinə qarışmayaq. Çünkü hələ 19-cu əsrdə böyük rus şairi Puşkin deyirdi ki, sən qorxaqsan, sən köləsən çünkü sən ermənisən. Karl Marks yazırdı: "Ermənilər sağ qalmaq üçün öz qadınlarını başqa xalqlara satan ilk millətdir". Erməni şairi Yegişe Çarens isə yazırdı ki, bizdə ikiüzlülük ananın bətnində yaranır". Nə isə mətləbdən uzaqlaşmayaq. "Kinoçəkənlər" başladı nə başladı. Mənim vəzifəm tarix-diyarşünaslıq muzeyinin son yerləşmə məkanınıtapmaq və orada çəkilişi qəbul eləmək. Buranı muzeyimizə 1992-ci ildə o vaxt rayon partiya komitəsinin birinci katiblərinin yaşadığı geniş hasarlı, axar-baxarlı, ikimərtəbəli xidməti binanı vermişdilər. Bu bina " Çinar" kinoteatrının yanında idi. 1992-ci ilin yayında şəhər "qrad" atəşlərinə tutularkən həmin bina da ciddi zədələnmiş, binanın həyətinə açılan dəmir darvaza bir növ binanı dağılmaqdan xilas etmişdi. Əslində biz fikirləşirdik ki, o dəmir darvaza düşmən mərmilərindən ziyan çəkmiş, deşik deşik olmuş bir əyani əşya kimi gələcəkdə elə muzeyin girişində saxlanılsın. Ancaq məlum işğal hadisəsi hər şeyi alt-üst elədi. Yeri bilinməyən "Çinar" kinoteatrı ile 8 illik məktəbin arasında olmuş muzeyin yerini xeyli axtardım. Heç bir tikilinin yeri bilinmirdi. Şəhərin yamac hissələrində olan evlərin, binaların yarıuçuq divarlarından buranın hara olmasını, kimin evi olmasını bəlkə də aydınlaşdırmaq olardı. Mən dediyim mərkəzi hissədə heç nəyin dəqiq yeri bilinmirdi, hətta heç bir daş qalığı da yox idi. Bu da onunla bağlı idi ki, rayon partiya komitəsinin binası, kino-teatrı, məişət xidməti kombinatı, "Detmir.." mağazası və mərkəzdə olan bir neçə yaşayış binaları Mişar daşından tikildiyinə görə bunlar büsbütün daşınmışdı, yerdə bir kubik görünmürdü. Üstəlik bu əraziləri basmış qurumuş, axıb-tökülməkdə olan qanqal kolları da hərəkəti çətinləşdirirdi. O vaxt kino-teatrın qarşısında muzeyə məxsus orta əsərləri 8-13-cü əsrləri əhatə eləyən qəbirüstü abidə-heykəllər, daş qoç və at heykəlləri sərgiləmişdik. Bu arada mən o heykəlləri də arayırdım. Bir az kənarda ağ iri bir daş görəndə yıxıla-dura özümüzü çatdırdıq ora. Amma nə fayda.
Beləliklə ,elə bu yerdə muzeyin yaranması, Cəbrayıldakı 13 illik fəaliyyəti, muzeyi düşmən işğalından necə azad etməyim barədə və sonradan onun 29 illik fəaliyyəti haqqında yan-yana, ürək ağrısı ilə danışırdım. Nə gizlədim danışdıqca gözlərimdən axan qanlı yaş məni bir az da hövsələsiz edir ,həyəcanlandırırdı. Bir vaxtlar sovet dövründə Təbrizi arzulayırdıq, ona arzularımızın şəhəri deyirdik. İndi arzularımızın şəhəri bir az öncə dediyim kimi 41 il qoynundayaşadığım, 29 il həsrətini çəkdiyim Cəbrayıl idi. "Kinoçəkənlər" də mütəəssir olmuşdular. Hamının nəzəri məndə idi. İlahi görəsən niyə başımıza bu müsibətlər gəldi bizim? Bir az çətinə düşəndə, əsəbiləşəndə əşi Allah kəssin buranı, Allah xaraba qoysun deyirdik. Buyurun, bu da xaraba. Heyif sənə Cəbrayıl, heyif sənə neçə minillik tariximizin müəyyən bir dövrünün yadigarı, yaddaşı Qoca Çinar...Amma onu da deyim ki, gedəndən gələnə qədər doyunca Çinar kəhrizinin suyundan içdim. Doyunca dedim- amma doymadım. Sağ olsun Azərişığın Cəbrayıl şöbəsinin işçiləri. Süleymanlı balası Zaur bəy mənə bir 20 litrlik qab gətirdi ki, heç olmasa Bakıya su gətirim gətirdim də.
Elə bir şərait yaranmadı ki, mən "Universamın" beş addımlığında olan ata evinə, ata ocağına baş çəkəm. Ssenarinin süjetlərindən biri 1- ci Qarabağ Müharibəsinin şəhidi Nureddin Fətullayevin məzarı üstündə muzeyin direktoru şəhidin başçısı Aytən xanım Fətullayevanı çəkmək idi. Bakıdan çıxanda fikirləşmişdim ki, atamın, qardaşım Avtandilin və dostum İsağın qardaşı Ramiz Ağayevin məzarlarını ziyarət edim. Bunların heç birinə vaxt çatmadı və bizi mina təhlukəsinə görə heç yerə buraxmadılar. Sonda-artıq hava qaralırd-16 N-li PMK deyilən ərazidə yerləşən evimizə baş çəkmək istədim. Buradakı ikimərtəbəli yaraşıqlı bina çox gözəl görünürdü və mənim evim orada idi. Evə getdim, qapısı bağlı idi. Dedilər burada polis işçiləri yaşayır, onlar da bir az öncə harasa getdilər. Bu arzuma da çatmadım. Ən böyük arzuma isə çatmışdım. Dərdli yaralı torpağımı ziyarət etmişdim. Atamın qəbrinə catmasam da bir az Cəbrayıl torpağı gətirib daim Cəbrayıl həsrəti ilə yaşayıb, bu həsrətlə də dünyadan köçmüş anamın qəbri üstünə səpdim...
İstər Cəbrayılda olarkən, istərsə də yolboyu Cəbrayıl döyüşleri ilə bağlı maraqlı və unudulmaz məqamlar haqqında polkovnik Vaqif Məhərrəmov söhbətlər edirdi. Yol yoldaşımız Vidadi müəllim Cəbrayılın baməzə adamlarını yada salıb sınıq qəlblərə bir az da su səpirdi.Beləliklə, biz Cəbrayıla tərəf yol aldıq. "Kinoçəkənlər" isə hələ qalırdılar. Onlar üç gün burada qalıb arxadan gələn qrupları qarşılayacaqdılar. Çox əziyyət çəkdilər onların hər birinə Ulu Tanrıdan can sağlığı diləyərək ayrılırıq və deyirik gün o gün olsun abad Cəbrayılda filmlərinizi cəkəsiniz.
TARİYEL ABBASLI,
Cəbrayıl şəhər ağsaqqallar şurası sədrinin müavini,
filologiya üzrə fəlsəfə doktoru

Baxış sayı: 1 161
Bölməyə aid digər xəbərlər

29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ