21:43 / 06-08-2026
Media: Yevgeniya Qutsul qadın həbsxanasına köçürülüb
21:39 / 06-08-2026
Ukraynanın keçmiş prezidenti Yuşşenko yeni vəzifəyə təyin edilib
21:35 / 06-08-2026
Litva Baltikyanı ölkələrə mümkün Ukrayna pilotsuz təyyarələrinin hücumunu elan edib
21:32 / 06-08-2026
Bir qız attraksiondan yıxıldı
21:15 / 06-08-2026
Keçmiş ÇSKA və "Spartak Moskva" futbolçusu Zabolotnı altı ay müddətinə diskvalifikasiya edildi
21:11 / 06-08-2026
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
21:05 / 06-08-2026
Zoopark işçisi ayının ona niyə hücum etdiyini izah etdi
21:00 / 06-08-2026
Xirosima merini ABŞ-dan bəhs etmədiyinə görə tənqid etdi
20:49 / 06-08-2026
Keçmiş Ali Rada üzvü Oleinik Umerovu ABŞ casusu adlandırır
20:42 / 06-08-2026
Stüardessanın baqajından 2 milyon rubl dəyərində 15 şüşə elit şərab tapılıb
20:36 / 06-08-2026
Xarici İşlər Nazirliyi Yerevanın Rusiyanı şantaj etmək cəhdlərinə münasibət bildirib
20:33 / 06-08-2026
Politoloq Hörmüz boğazında güzəştə gedəcəyi təqdirdə İran üçün riskləri qeyd edir
20:29 / 06-08-2026
Rusiya Xarici İşlər Nazirliyi: Yaponiya ABŞ-ın atom bombalamalarına görə məsuliyyətini etiraf etməli olacaq
20:24 / 06-08-2026
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
20:21 / 06-08-2026
Polis təqaüdçüyə hücum edən kişini saxlayıb
20:19 / 06-08-2026
Ermənistan Parlamentinin sədri Rusiyaya mal ixracı məsələsini qaldırdı
20:16 / 06-08-2026
Pit Heqsetin Siyasi İşlər üzrə Katibinin müavini Çinə dəvət ala bilmir
20:03 / 06-08-2026
Lavrov Rubioya bildirib ki, Kiyev Qərb olmadan terror hücumları həyata keçirə bilməzdi
20:00 / 06-08-2026
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
19:57 / 06-08-2026
NYT: Qərb müttəfiqləri Kiyevə raket təhvil verməkdə tərəddüd edirlər
19:53 / 06-08-2026
İrakli Kobaxidze Gürcüstanda rus turistlərin təhlükəsizliyinə zəmanət verdi
19:46 / 06-08-2026
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
21:09 / 05-08-2026
Nyu-York ölümcül xəstə sakinlər üçün evtanaziyanı qanuniləşdirib
21:06 / 05-08-2026
İtkin düşmüş təyyarənin pilotları ilə əlaqə saxlanılıb
21:02 / 05-08-2026
Cənubi Koreyada istidən 20-dən çox insan ölüb
20:56 / 05-08-2026
Roskosmos baş institutunda yanğın baş verib
20:53 / 05-08-2026
İspaniya 2030-cu il Dünya Kubokuna Mərakeşlə birgə ev sahibliyi etməkdən imtina edə bilər
20:51 / 05-08-2026
BMT: El-Ninyo 2027-ci ilin sonuna qədər daha 49 milyon insanı aclığa sürükləyə bilər
20:48 / 05-08-2026
Ölüm hökmünün Rusiyaya qaytarılmasını tələb etdi
20:35 / 05-08-2026
Sərxoş ata azyaşlı qızını döyüb
20:32 / 05-08-2026
DHL yük təyyarəsi Leypsiq üzərində naməlum əşya ilə toqquşub
20:22 / 05-08-2026
Taylandda oyun zamanı ildırım futbolçunu öldürdü
20:17 / 05-08-2026
Nasist döyməsi göstərdiyinə görə doqquz ay həbs cəzasına məhkum edilib
20:11 / 05-08-2026
FTB direktoru Rusiya və Çinlə əməkdaşlıqdan danışdı
20:06 / 05-08-2026
Kiyev kameraları 11 "İskəndər" raket zərbəsini qeydə alıb
20:04 / 05-08-2026
NYT: Rusiya ABŞ-ın "Patriot" raketləri üçün istehsal etdiyindən daha çox ballistik raketdən istifadə edir
MÜDRİKLİYİN ƏKS-SƏDASI-İSMAYIL İMANZADƏ
Tarix: 05-05-2022 21:48 | Bölmə: Ədəbiyyat

Ədəbi aləmdə istedadlı-məhsuldar söz adamı, xoşsimalı və müdrik şəxs qismində dəyər qazanan yazıçı-publisist Məhərrəm Şəmkirlinin imzası çoxlarına tanışdır. Ulu dədələrimizin təbirincə desək, bu laydivar kişiylə ilk dəfə səkkiz il qabaq AYB-nin Natəvan klubunda keçirilən bir tədbirdə tanış olmuşam. Uzun illərdən bəri çeşidli adlar altında nəşr olunan qəzet-jurnallarda, və onlayn mətbuatda yer alan mənsur şeir, lətifə, deyimlər və publisistik yazıları məni də bir oxucu kimi məmnun edib.
İllər uzunu köçkünlüyün ağrı-acıları ilə sızlayanda Məhərrəm müəllimin Qarabağ nisgilimizi əks etdirən publististik yazılarını oxuduqca, onun adı təkcə özümün yox, mənim kimi doğma yurd-yuvalarından perik düşən yüz minlərlə insanın dərdinə-nisgilinə ortaq olmağı bacaran bir yaradıcı ziyalı kimi yaddaşımda is salıb...

Məhərrəm Şəmkirlinin indiyə qədər nəşr olunan kitablarının içərisində sonuncusu (Müdriklər demişkən axırıncı yox, axarıncı olsun!) “Dil açan körpə də dedi: Qarabağ Azərbaycandır!” kitabı xalqımızın Zəfər sevinci üstündə köklənib və oxucuya nəcib duyğular, tükənməyən həyat eşqi aşılamağı ilə seçilir. Kitabın “Mənsur şeirlər”, “Deyimlər”, “Lətifələr”, “Rəylər”, “Qəhrəmanlar” və “Məqalələr” bölümlərində yer alan çeşidli yazıların demək olar ki, hamısında bu əlamətlər özünü qabarıq şəkildə əks etdirməkdədir...
Deyirlər, yaradıcı insanın iç dünyası ortaya qoyduğu yazılarında üzə çıxır, onun hansı mənəviyyat, ağıl-zəka sahibi olduğunu sərgiləyir. Bu baxımdan müəllifin mənsur şeirlərinə istinad etdikdə, yetərincə önəmli nümunələrə rast gəlmək olur. Oxucuda bitgin təəssürat yaratmaq istəyi ilə aşağıda nümunə olaraq seçib ayırdığım bir neçə mənsur şeirə diqqət edək:
“Dedilər sevginin gözü kor olur. Yaxşını-pisi görmür. İnanmadım sevginin gözünün kor olduğuna. Öz-özümə düşündüm və "sevginin gözü kordur" deyənlərdən soruşdum: Onda deyin görüm, gözü kor olan sevgi bu qədər nuru, işığı qəlbimizə necə verir?!
Cavab verə bilmədilər. Susdular, günah eləmiş kimi.”
(“KOR SEVGİ”)
Və ya:
Mən bir uşaq, dünya ana. Ağlayanda ovudub, kiridə bilmir məni. Bu dünya məni elə beləmi saxlayacaq Allah?! Yarı ac, yarı tox, əyin-baş yox. Başıma bombalar yağır, bir təhər başımı qoruyuram. Yeriyirəm, ayağımın altından yer qaçır. Bu dünyanın yerində, göyündə qoruna bilmirəm. Deyin, yerdən, göydən başqa harda insan kimi yaşaya bilərəm mən? Deyirlər, sev dünyanı! Məni saxlamayan, qorumayan dünyanın nəyini sevim mən? Nəyini?..
( “DÜNYA OVUDA BİLMIR MƏNİ”)
Və yaxud:
Cavan oğlan cavan bir ağaca sevdiyi qızın və özünün adını yazdı. Aradan illər keçdi, ağac böyüdü, ağacın gövdəsindəki "yaralar"da böyüdü. Amma oğlanın qıza olan sevgisi böyümədi ki, böyümədi. Unutmaq lazım deyil ki, böyük sevgilər ağac gövdəsinə yox, ürəyə yazılır.
( “AĞAC BÖYÜDÜ ...)
Nümunə qismində sərgilədiyim mənsur şeirlərin üçündə də daxili lirizm, zərif duyğular, insani keyfiyyətlər, həyat eşqi açıq-aşkar hiss edildiyi kimi, müəllifin az sözlə böyük məna kəsb etmək bacarığı da ən bariz şəkildə özünü biruzə verir.
Kitabın “Deyimlər” bölümündə təqdim edilmiş yazıları isə, mübaliğəsiz olaraq dünyanın hər üzünə bələd olan bir ahıl yazarın kamilliyə-müdrikliyə söykənən və həyatın enişli-yoxuşlu yollarında üzləşdiyi çeşidli olaylara laqeyid qalmamaq istəyindən qaynaqlandığını deyə bilərəm. Bu əlamətlərin təsdiqi naminə hesab edirəm ki, aşağıdakı bir neçə dəyərli kəlama nəzər salmaq kifayətdir:
* * *
“Bu gecə uşaqlığımı gördüm, yuxuda. Bu günüm də elə o günümə bənzəyirdi-yarı ac, yarı tox.”
* * *
“Kədərimə sevinc qatan biri yox, bu nə həyatdır, Tanrım, mənə vermisən!”
* * *
“Dünya kasıblar üçün zindan, varlılar üçün cənnətdir.”
* * *
“O ruh adamını rusun adamı kimi başa düşmüşdü...”
* * *
“Dədəmiz Qorqud bizə ad da verdi, öyüd də. Nə adı doğrultduq, nə də öyüdə əməl elədik!”
* * *
“Qadınına xəyanət elədin, canın cəhənnəmə. Ay zalım, bəs Vətənə niyə xəyanət elədin? Axı, o təkcə sənin deyil!”
Məhərrəm Şəmkirlinin oxucuya nikbin əhval-ruhiyyə, təbəssüm bəxş eləyən yazıları “Lətifələr” bölümündə yer almışdır. İncə-zərif yumor hissiylə “yoğrulmuş” bu yazılardan ikicə nümunə:
“Bir nəfər dövlət idarəsinə gedir. Orada ondan soruşurlar:
-Adın nədir?
-Cahil.
Bu adı sənə kim verib?
-Atam.
-Atanın adı nədir?
-Kamil.
-O kamil deyil, əsl cahildir!”
(“Cahil sən deyilsən.”
* * *
“Bir “ara müğənnisi” arvadını muştuluqlayır:
-Arvad, gözün aydın, mənə əməkdar artist adı verdilər!
-Ay zalım oğlu, onlar verirdi, verirdi, bəs, sən hansı üzlə götürürdün?”
“Sən niyə alırdın?”
Müəllifin “Rəylər” adlandırdığı bölümdə gənc yazarlardan Azər Rəşidoğlu, Şəhla Aslan, tanınmış şair-alim Adilə Nəzər, ünlü şairimiz Əhməd Cavadın ədəbi aləminin tədqiqatçısı, filologiya elmləri üzrə fəlsəfə doktoru Rəhman Salmanın yaradıcılıqlarından bəhs edilir. Burada Asif Ata Ocağının sönməz nurundan, şair Arif Musanın “Könül duyğularım” adlı şeirlər kitabından və AYB Mingəçevir bölməsinin xəttiylə 2016-cı ildə nəşr olunmuş “Uzaqdan gələn səs” almanaxından (Yeri gəlmişkən deyim ki, Məhərrəm müəllim bölmənin 2016-cı ildə işıq üzü görən “Bir ocağın şöləsiyik” almanaxı barədə də yazı yazıb və həmin toplunun həmmüəlliflərindən biridir) söz açan yazılar da maraqla oxunur. Bu bölmədə Vaqif Osmanovun “İşıq tapmaq xoşbəxtliyi”, Vaqif İsaqoğlunun “Həqiqət işığında düşüncələr...” adlı yazıları isə Məhərrəm Şəmkirlinin ədəbi yaradıcılığına ayna tutub...
Kitabın sayca beşinci-“Qəhrəmanlar” adlı bölümündə müəllif torpaqlarımızın bütövlüyü və işğaldan azad edilməsi naminə canlarından keçən ərənləmizin bir neçəsindən,-Azərbaycan Respublikasının Milli Qəhrəmanları Mübariz İbrahimov, Rövşən Əliyev, Əlif Hacıyev, Elşad Yəhyayev və II Qarabağ Müharibəsində şəhid olmuş Mirsəfa Rzayevin vətən sevgilərindən böyük ehtiram hissiylə söz açır.
Məhərrəm müəllimin ayrı-ayrı vaxtlarda qələmə alıb, çeşidli qəzet-jurnal səhifələrində və onlayn mətbuatda dərc etdirdiyi publisistik yazıları sonda,-“Məqalələr” bölümündə yer alsa da, ümimilikdə kitaba əlvan çalarlar, təqdirəlayiq “ab-hava” qatmaq baxımından diqqəti cəlb edir. Bu yazılarda hər şeydən qabaq vətən sevgisini, yurdumuzun sabahı ilə bağlı düşüncələrini ortaya qoymağı bacaran yazar dostumuzun həssas qəlbi döyünməkdədir...
Həcm və məna tutumu baxımdan sanballı yazılar toplusunu oxuyandan sonra ürəyimdən keçənləri hörmətli oxucularla bölüşməyi və ömrünün müdriklik çağlarında belə dəyərli bir kitabı araya-ərsəyə gətirməklə ədəbi aləmə öz töhfəsini verən yazar dostum Məhərrəm Şəmkirliyə bundan sonrakı yaradıcılıq yollarında da uğurlar diləməyi özümə borc bildim. Atalar demişkən, yolçu yolda gərək!
İSMAYIL İMANZADƏ,
Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri

Baxış sayı: 1 310
Bölməyə aid digər xəbərlər

1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR