Bütün xəbərlər
Təyyarə planlaşdırılmamış eniş etdi
Tarix: 26-10-2025 10:17 | Bölmə: Karusel

Sankt-Peterburqdan Maqnitoqorska uçan təyyarə Orenburqda planlaşdırılmamış eniş etdi.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat verib.
NordWind Hava Yollarına məxsus təyyarə 26 oktyabr bazar günü səhər hava limanına eniş edib.
"Maqnitoqorskda əlverişsiz hava şəraiti səbəbindən NordWind Hava Yollarına məxsus 341 nömrəli reysi Sankt-Peterburq-Maqnitoqorsk marşrutu üzrə Orenburq Hava Limanına planlaşdırılmamış eniş edib", - deyə, idarənin Telegram kanalında bildirilir.
Təyyarədə 181 sərnişin olub; hazırda onlar Fakel otelində yerləşdiriliblər. Onların 26 oktyabrda yerli vaxtla saat 14:05-də səyahətlərinə davam etmələri gözlənilir.
Nəqliyyat prokurorluğu onların hüquqlarına riayət olunmasına nəzarət edir.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər