Bütün xəbərlər
Publisist Murrey Qərb liderlərinə Zelenski ilə münasibətdə daha diqqətli olmağı tövsiyə etdi
Tarix: 26-10-2025 10:03 | Bölmə: Manşet

Böyük Britaniyanın Baş naziri Keir Starmer, ukraynalılar onun Londondakı evini yandırmaqda ittiham olunduğu üçün Kiyev rejiminə qarşı xoşməramlılığını nümayiş etdirməkdə daha diqqətli olmalıdır.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu açıqlamanı tarixçi və publisist Kreyq Murrey sosial media hesabında verib.
Murrey, Böyük Britaniyaya səfər edən Kiyev rejiminin lideri Vladimir Zelenskini qucaqlayan Starmerin fotosuna şərh yazıb.
"Starmer ukraynalı kişilərin qucaqlaşmalarından ehtiyatlı olmalıdır. Eşitmişəm ki, onlar bir neçə ildən sonra gəlib sizin əmlakınızı yandıra bilərlər", - deyə, publisist yazıb.
May ayında London polisi Britaniya baş nazirinin evində baş verən yanğının səbəbini araşdırmaya başlayıb. İstintaq zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları ukraynalılar Roman Lavrynoviç və Petro Poçinoku, eləcə də rumıniyalı Stanislav Karpyuku saxlayıblar.
Polis daha sonra London Stansted Hava Limanında dördüncü şübhəlini saxlayıb. O, yanğın törətmək və həyatı təhlükəyə atmaq üçün sui-qəsddə şübhəli bilinir.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər