19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
VƏTƏNLƏ MƏN ARASINDA-İsa HƏBİBBƏYLİ-"Vərəqlərin günahı" kitabına ön söz
Tarix: 07-11-2021 09:38 | Bölmə: Ədəbiyyat

Sabaha-inamla.az tanınmış şairə Xalidə Nurayın yeni çapdan çıxmış "Vərəqlərin günahı" kitabına akademik İsa Həbibbəylinin yazdığı ön sözü təqdim edir:
VƏTƏNLƏ MƏN ARASINDA
Dünya-vətən-insan… Bu anlayışların fövqündə dayanan düşüncələr… Və bu düşüncələrin obrazlı şəkildə poetik hisslərinə gedən yol… Bu yolu çoxları gedə bilər, amma hər kəs ictimai fikrin təzahüründə mətləb və arzuların poetikləşməsinə nail ola bilməz. Bunun üçün mənəvi aləmin bütövlüyü və dünyəviliyi önəm daşıyır. Şairlər bu önəmin məncə ən gözəl biliciləridir.
Bu mənada düşünürəm ki, istedadlı şair Xalidə Nurayın zəngin poeziyası bu bütövlüyün əks-sədasından yoğrulmuş poetik dəyərin möhtəşəm nümunəsidir. Onun dünyaya baxışında haqqın-ədalətin harayı, həqiqətin nizam-intizamı yer alır.
Müəllif dünyaya gəlişimizi “öz köynəyindən” keçirərək söz dünyasında bir şair kimi gözəl tərənnüm etməklə onu haqqın mizanına çəkir:
Doğruların yalan olub,
Yalanların palan olub,
Haqsıza əl çalan olub,
Dünya, haqdan qaçma belə!
Yalanları üstündə bizi də köklədiyi və qəmini-dərdini bizə libas etdiyi dünyanı şair baxışı ilə məşhər ayağına çəkməklə, “vəfasız dünya” motivindən çıxış edərək əbədiyyəti yenidən canlandırmağa çalışır Xalidə xanım. Dünya mövzusuna poetik baxışları ilə orijinal olduğu qədər düşündürücü və əhəmiyyətli yanaşması şair mənini etiva edir. Dünyanı “acgöz bir dəyirman”a bənzətməsi, “üyünərsən ələyində” kimi danlağı, insanlığın haqqa-ədalətə qayıdışına işarə etməsi şairin bütün dünya gözəlliklərinin həyat fəlsəfəsinə uyarıdır.

Ümumiyyətlə, insanlıq üçün yaxşı nə varsa hamısını dünyanın ədalətində axtarmaq və dünya nizamına insanlığın səadəti kimi baxmaq düşüncəsi Xalidə Nurayın poetik dünyasında öz əks-sədasını unudulmaz xalq şairi Məmməd Arazın məşhur “Mən belə dünyanın nəyindən küsüm” şeirinin notlarında tapır. Və o, Məmməd Arazın “Mən belə dünyanın nəyindən küsüm” şeirində mənalandırdığı motivləri özünün poetik əlavələri ilə bir daha təsdiqləyir və təzələyir. Dünya haqqındakı baxışlarındakı genişlik, obrazlılıq və yenilik “Nəyindən küsüm” adı fərqli bir şeirin meydana çıxması ilə nəticələnir:
Tərbiyə bilməyən ədəb öyrədir,
Sualı bilməyən cavab öyrədir,
Nadanlar aqilə savad öyrədir,
“Mən belə dünyanın nəyindən küsüm?!”
Xalidə Nurayın bir insan və şairə kimi fərdi özünəməxsusluğu daha qabarıq şəkildə onun “Məni dünyamda gəzin” şeirlər silsiləsində ifadə olunmuşdur. Bu şeirlər silsiləsi onun şairəlik və insanlıq pasportudur. Şairənin təzadlı dünya, həyatın qəribəlikləri, fərqli insan simaları, təbiət hadisələri, mənəvi dəyərlər haqqındakı düşüncələri pak və bütöv bir əqidəyə malik kamil bir insan qəlbinin poeziyasıdır.
İnsan gülüşlə göz yaşları arasında dolaşan bir varlıqdır. Gülüşümüzlə, göz yaşlarımızın arasındakı olumla, ölüm yaxınlığı qədər doğmalığı dünyanın sərtliyində, oğeyliyində axtarsaq da, taleyimizlə barışmaz olan bir varlıq kimi dünyanı dərk etmək qədər gücümüzün zəifliyini də etiraf etməliyik. Şair qəlbinin dünyagörüşü isə tamam fərqlidir. O, bu oğeyliyin səbəbini, insani hisslərin gücünü insanlıq elmində təzahür etməsini önə çəkir. Və düzlükdə axtardığı öz dünyasını tapan şairə belə haray çəkir:
Yelkənsizəm, axtarıram öz dünyamı,
Çox aradım, tapammadım düz dünyamı,
Xalidəyəm, vərəqləyin söz dünyamı,
Görün, baxın, dəyər verin siz, dünyamı-
Haqqa doğru sıralanıb mənim dünyam!
Haqqın girdabında bulunan Xalidə Nurayın vətənə olan sevgisi, vətən haqqında düşüncələri şeirlərinin ana xəttindən qırmızı işıqla keçir. Bu, onun tükənməz vətən sevdası ilə bir yerdə, həm də vətənə şairanə münasibətin ifadəsidir. Bənzərsiz vətən sevdalı misralarında, aşkar hiss olunur ki, vətən sevgisində yazıb-yaradan bütün şairlərlə həmrəy olub, onlarla vahid mövqedə birləşən şairə vətən anlayışının, Azərbaycan andının, torpaq sevgisinin, dogma ana dilin poetik cəhətdən mənalandırılmasında özünəməxsus vətənnamə mənzərəsi yarada bilir. Bu mənada şairə Azərbaycan poeziyasına fərqli poeziya çələngi təqdim edir.
Müqəddəs Azərbaycan bayrağına həsr etdyi “Azərbaycan bayrağı” şeiri vətənpərvərliyin, vətənə və onun bayrağına olan sevginin bariz nümunəsidir:
Vətən qibləgahısan, əbədi şan yerimiz,
Sabaha doğan günəş, sabaha dan yerimiz,
Azadlığa səslənən tökülən qan yerimiz,
Tükənməz varlığınla ol yurdumun dayağı,
Azərbaycan bayrağı!
Xalidə Nurayın şeirlərinin şah damarı olan vətən mövzusu vətəndaşlıq duyğusunun və şairanə baxışların bənzərsiz şəkildə mənalandırılması deməkdir. Onun “Azərbaycan” şeirində Ana yurdunu “müqəddəslik məbədinin qibləgahı, zirvəsi”, “dinən həqiqət səsi” kimi mənalandıraraq tərənnüm etməsi Azərbaycan obrazı yaratmaq niyyətini ortaya qoyur. Bundan başqa “Səni sevənlərin özü vətən” misraları vətən məsələsinə münasibətinin dərinliyini əks etdirir.

Şairin ana dilimizə olan sevgisi, bu müqəddəsliyin tarixi köklərinə səyahət, daş yaddaşımızı misra-misra səhifələmək, vətən yaddaşını təzələmək kimi missiyası gələcək nəslə çatdımaqla şair etibarını, vətəndaş sədaqətini nümayiş etdirir.
Ana dilinə poetik baxışları bu ənənəvi şərəfli mövzuya nə qədər ürəkdən və dərindən bağlı olduğunu və mövzunu hansı bucaqdan mənalandırmaq istedadını meydana qoyur...
Qüdrətli Türk soyumuzun, daş yaddaşı,
Tarixləri silkələyən, nərəsidi.
Xətaidən nəsillərə miras qalan,
Qəhrəmanlıq səlnaməsi,
Xəlil Rza harayından,
Qopub gələn hür səsidi...
Haqsızlığı, cəhaləti, daşa basan,
Mirzə Cəlil dühasının,
Fəth olunmaz zirvəsidi...
Ana dilim!
Ana dilinə ana vətənin “söz günəşi” kimi məna verən şairə xanım onun dərin mahiyyətini və müqəddəsliyini özünəməxsus obrazlı düşüncələrlə ifadə edərək, milli qürur hissi ilə ana dili sevgisinin vəhdətini ilhamla tərənnüm etmişdir. Bu mənada “Ana dili” şeiri Azərbaycan poeziyasının Ana dili serialının fərqli bir səhifəsi kimi səslənir.
Xalidə Nurayın şeirləri yalnız Azərbaycanı ürəklə tərənnüm etməklə qalmır, vətənlə bir yerdə nəfəs alır. Doğma vətənin sevincləri də, ağrıları da onun şeirlərində əsil övlad-vətəndaş düşüncəsi ilə eyniləşir. O, “baş qoyub vətənin hər qarışında”, “eldə dastan olan Şərur elimiz”dən, “qərinələr yaddaşı, qeyrət qalası” Naxçıvandan, işğal altında qaldığı illərdə ermənilər tərəfindən dağıdılaraq siması dəyişdirilən Laçından, “Şuşasız vətən və vətənsiz Şuşa” ağrılarından, “dağlarının dumanı, çəni çəkilməyən” Qarabağ nisgilindən söz açmaqla dünənimizin, bu günümüzün vətən tarixini səhifələyərək, gələcəyə ümid duyğularını iç-içə təsvir etməyi zəruri sayır. Məsələnin bu cəhəti də Xalidə Nurayın poeziyasındakı bütövlük motivinin tərkib hissi kimi tamamlanır:
Qarabağda zühr edib qalibiyyət günəşi,
Qulac-qulac qolların sarıyıb sərt qışına.
Şəhidlik zirvəsindən zəfər yağışı yağır,
Qeyrət tacını qoyur yurdun qan yaddaşına.
Mövzuya bu cür davamlı bir prosesin poetik ifadəsi kimi yanaşmaq Xalidə Nurayın Qarabağda qazanılan tarixi zəfəri bütün fəlsəfəsi ilə, dərindən, əsaslı şəkildə dərk etməsinə və orijinal bədii vasitələrlə şərh etməsinə imkan yaradır. Buna görədir ki, qələbə mövzusunda yazdığı şeirlər dərkolunmuş bir gerçəkliyin poetik ifadəsi kimi mənalanır.
Azadlıģa çıxan məhbus "Qarabağım" adlı şeirində “Torpağın hər qarışında şəhid olur igidlərin gözlərindəki vətən sevdalı həsrətli gülüşlər” adlı poetik fikri hər şeyə aydınlıq gətirir. Və başına gətirilən faciələri sadalamqla məhbus həyatını dilə gətirməklə, Qarabağ dərdini misra misra ağlayır. Lakin bu ağlamaqda sevinc yaşları da var. Azadlıq sevinc yaşları… “Mənim Məkkəm, Mədinəm, İslamiyyət günəşi doğan qibləmsən Vətənim!”-deyən şairə son anda vətən sevincini ərşə çəkir.
"Laçına bənzəmir" şeirində Laçın dərdlərini şeir-şeir sıralayn şair vətən ağrılarına ağu deyir. Onun gözəlliklərini ruhunun gözəllikləri ilə eyniləşdirir;
Dağların harayı saçımı yolur,
Xatirəm saralır,ümidim solur,
Hocaz dağ yanğısı canımı alır,
Düşmənə əsirdir yamacım-yalım,
Buralar Laçına bənzəmir oğlum.
Qarabağ uğrunda gedən vətən savaşının əsas məqamlarına ayrı-ayrı şeirlər həsr edən şairə hələ torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ədalətli və inadlı mübarizənin davam etdiyi günlərdə Azərbaycanın bu tarixi diyarında qalibiyyət günəşinin doğacağına dərin inamını ifadə edən şeirləri qələbə soraqlı bədii nümunələr olmaqla bərabər, həm də ilhamlandırıcı, ruhlandırıcıdır:
Qoy dünya şahid olsun bu tarixi savaşa,
Ali Baş Komandanım zəfərlə vursun başa,
Fəth eyləyək zirvəni Ulu Türkümlə qoşa,
Qarabağım bürünsün qələbə yağışına.
Xalidə Nurayın şeirləri sırasında təqdim etdiyi “Gözü yaşlı xoşbəxtlik” əslində liro-epik poemadır. Qarabağ savaşından bir ay sonra yazılmış bu poemada doğru olaraq xalqımızın qazandığı tarixi qələbə obrazlı şəkildə “gözü yaşlı xoşbəxtlik” adlandırılmışdır. Şairin təqdimatında bu ifadə otuz illik həsrətdən sonra sevincli göz yaşları ilə qarşılanan zəfər mənasını ifadə edir. Poemada torpaqlarımızın namərdcəsinə işğal edildikdən sonra otuz il ərzində dağıdılmasından, məşəqqətlərlə dolu olan qaçqın-köçkünlük həyatından, ən təsirlisi isə altı yaşlı uşağın qanlı müharibə təəssüratlarından bəhs edilməsi yaddaqalan epik təsvirlər vasitəsi ilə canlandırılır. Altı yaşlı uşaq artıq 36 yaşlı döyüşkən igiddir. Yalnız divarları qalmış evlərinə baxaraq 6 yaşında ikən gözünün önündə bu həyətdə ermənilərin atasını, anasını, bacı və qardaşını necə öldürülməsi səhnəsini acı hisslərlə xatırlayır.
Onda mən uşaq idim...
Altı yaşım var idi.
Ha qışqırdım, ağladım...
Atamı öldürməyin,
Mərhəmətsiz kafirin
qana batmış çirkablı,
ayağından asıldım.
Silahın qundağıyla
vurub məni susdurdu,
Anam nalə çəkirdi...
Naləsi göy üzündən
buludları dağıdıb
üstümüzə çökürdü.
"dəyməyin o körpəmə"
Deyə anam qışqırdı...
Bu məqamlarda Xalidə xanım erməni vəhşiliyinin səhnələrini təsvirsiz yaratmağa müvəffəq ola bilmişdir. Yaralanmış atanın sevərək əkib böyütdüyü çinar ağacından asılması, altı yaşlı uşağın isə mərhəmətsiz kafirin qana batmış çirkablı ayağından tutub dartması hadisəsi şairin yaratdığı ibrətamiz müharibə səhnəsidir.
Poemadakı üç yaşlı qız uşağının “bənövşə yanağı”nın, “qərənfil dodağı”nın qana boyadılması detalı da canlı və təsirlidir. Bütün bunlardan sonra Qələbə sevincinin “bir gözü ilə ağlayıb, bir gözü ilə gülmək” kimi mənalandırılması əsil insan duyğusu ilə ümumiləşir. “Gözü yaşlı xoşbəxtlik” anlayışı uzun illər işğal ağrısını yaşamış bir insanın qələbə sevincindən doğan göz yaşlarının poetik ifadəsidir.
Fikrimizcə, “Azərbaycan əsgəri” şeiri də Xalidə Nurayın vətən müharibəsi mövzusunda yazılmış ən yaxşı poetik nümunələrdən biridir. Haqqında çox yazılmış, hətta barəsində uğurlu mahnılar yaradılmış bu mövzuda da X. Nuray yeni obrazlı söz deyə bilmişdir. Şairənin vətən müharibəsində böyük cəsarət, şücaət və mərdlik nümunəsi olan Azərbaycan əsgəri haqqında yazdığı bu şeiri Müzəffər Ali Baş Komandanın əsgəri haqqında deyilmiş və yazılmış hazır mahnı mətnidir. Şeir obrazlılığı və orijinallığı ilə seçilir:
Yoğrulub öz qanıyla,
Ağrısına tən oldu.
Can verib torpağına
Müqəddəs Vətən oldu!
Qeyrətimin sipəri,
Azərbaycan əsgəri!
... Döyüşdə cəsarəti,
Bəllidi yad ellərə.
Şuşada savaşıyla,
Düşdü dildən-dillərə.
Oğuz, Türk nəvələri,
Azərbaycan əsgəri!
Boz qurdlar oylağında,
Şimşəyə dönüb çaxdı,
Ən hündür zirvələrə
Zəfər bayrağı taxdı
Tarixin daş əsəri,
Azərbaycan əsgəri!
“Atalı-analı dünyam” şeirləri ata ocağına sədaqət hissini əsil mənəvi dəyərə çevirən övladın nəsil-şəcərə qarşısındakı poetik hesabatıdır. Şairənin “Sevgili dünyam” şeirlər silsiləsi bənzərsiz məhəbbət şeirləri çələngidir. Bu şeirlərdə əsil insan üçün zəruri olan sədaqət, ləyaqət, etibar, vəfa kimi mənəvi dəyərlər poetik şəkildə mənalandırılmışdır. Bu şeirlər ata-övlad münasibətləri və sevgi-sədaqət motivləri haqqında şairin mənəvi aləmini ifadə edən və onun özünə məxsus olan təsirli və yaddaqalan monoloqlarıdır.
Fikrimizcə, bu şeirlərin içərisindən aydın bir qırmızı xətlə keçən əsl qadınlıq haqqında yazılmış ibrətamiz şeirlər, düşündürücü misralar qadın dünyasının fəlsəfəsini şeirlə mənalandıran mükəmməl poetik tezislərdir. Dünyaya gələcək yeni uşaq gözləyən analara həsr edilmiş “Qeybdən gələn sevgi” şeirindəki
Bir bədəndə iki ürək döyünür,
biri ana, biri bala ürəyi,
hər ürəkdə birgə sevgi böyüyür,
həm ananın, həm balanın gərəyi- misraları yaşanmış əsl ana düşüncəsinin təkrarsız şeiriyyətidir.
“Yaşayarkən ölən qadın” şeiri “unudub öz həyatın övladının acısıyla damla-damla əriyərək sönən”, “taleyilə barışaraq şükranlarla qarşılayan qədərini-qiymətini bilən”, “sevgi dolu səadəti kədərində, nisgilində bölən qadın”ların aydın və mənalı avtoporitetidir. Nəhayət, “Utanan qadın” şeiri Azərbaycan poeziyasında yaradılmış və hərtərəfli şəkildə işlənmiş mükəmməl qadın portreti hesab oluna bilər. Bu şeirdə müqəddəs anaların özünəməxsus bənzərsiz cizgiləri istedadla rəsm edilmişdir. “Utanan qadın” şeirinin konturları əsasında rəssamlarımız əsil bir ana obrazı yarada bilər:
İsməti, mənliyi öndə yeriyər,
Dərdini dərdiylə ölçər, kiriyər,
Gileyli bəxtinə yenə baş əyər,
Qara taleyndən utanan qadın!
Beləliklə, şairə Xalidə Nurayın şeirləri onun vətənlə özü, mənəvi dünyası, həyata və insana baxışları arasında olan saf, təmiz, səmimi duyğuların obrazlı bədii ifadəsindən ibarət olan ibrətamiz poetik nümunələridir. Oxuculara təqdim etdiyim “Özüntək yaşa” şeiri vətən qarşısında, özü ilə daxili-mənəvi dialoqunda, sənətə münasibətində də şairənin obrazını aydın şəkildə təsəvvür etməyə imkan verir:
Çalış ədəbinlə qazan hörməti,
Özünə sərf etmə kin-küdurəti,
Başından uca et sən ləyaqəti,
Həyatda gözəllik düz olmaqdadır.
Doğrusu, uzun illər etibarını gördüyüm qədim bir dostumdan Xalidə Nurayın şeir kitabına ön söz yazmaq təklifi alanda imzasına az rast gəldiyim bu müəllif haqqında hər hansı bir elmi bir söz demək üçün xeyli dərəcədə tərəddüt etmiş, nəhayət, dost sözündən çıxmamaq üçün ümumiləşmiş bir yazı yazaraq mənəvi borcumu yerinə yetirməklə vəziyyətdən çıxmaq qərarına gəlmişdim. Lakin Xalidə Nurayın “Vərəqlərin günahı” kitabının əlyazması ilə yaxından tanış olduqdan sonra müasir Azərbaycan şeirində öz dəsti-xətti, bənzərsiz obrazlı şeiriyyət aləmi, vətən, dünya və insan haqqında yetkin bədii söz demək qabiliyyəti olan bu ciddi qələm sahibinin əsərlərini geniş oxucu auditoriyasına təqdim etməyin zəruri olduğuna inandım. Və yeni çıxacaq kitab haqqında təəsuratlarımı yazıb, rahatlıqla öz imzamı qoydum.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru,
Millət vəkili, akademik
21 avqust 2021-ci il
Baxış sayı: 1 378
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR