Bütün xəbərlər
Paşinyan Vaşinqtonda sazişi imzaladıqdan sonra Ermənistanla Azərbaycan arasında sülhün hökm sürdüyünü bildirib
Tarix: 23-08-2025 12:39 | Bölmə: Siyasət

Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ilə qədər Qarabağ məsələsində güzəştə getmədiyini, çünki bunun ölkə üçün təhlükələri xeyli artıracağına və dövlətçiliyin itirilməsinə gətirib çıxara biləcəyinə inandığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbulunun 35-ci ildönümü ilə bağlı müraciətində 2020-ci ilin payızında Azərbaycanla müharibənin qarşısını ancaq ciddi güzəştlər bahasına almaq mümkün olduğunu izah edib.
"Əsas səbəb o idi ki, bu güzəştlər nəticəsində bütün mövcud təhdidlər və asılılıq (Ermənistan - red.) qeyri-mütənasib şəkildə artacaq ki, bu da Ermənistanın müstəqilliyini və dövlətçiliyini itirməsinə gətirib çıxaracaq", - Paşinyanın Telegram kanalında dərc olunmuş müraciətində deyilir.
Ölkənin baş naziri vurğulayıb ki, “əsl Ermənistan” ideologiyası sayəsində Azərbaycanla sülhə nail olmaq, Türkiyə ilə dialoq qurmaq mümkün olub.
Paşinyan qeyd edib ki, Ermənistan üçün ən mühüm dəyər onun Dağlıq Qarabağsız respublikanın sərhədlərinə uyğun gələn 29 743 kvadrat kilometrlik beynəlxalq səviyyədə tanınmış ərazisi olaraq qalır. Ermənistanın baş naziri əmindir ki, indi Ermənistan əvvəlkindən daha müstəqil və suverendir.
Bundan əvvəl Ermənistan və Azərbaycan ATƏT-dən 1990-cı illərdən Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupunun buraxılmasını istəyib. Bu tələb Ermənistan və Azərbaycan liderlərinin ABŞ-ın vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həllinə dair bəyannamə imzaladıqları üçtərəfli görüşündən sonra verilib. Paşinyan Vaşinqtonda sazişi imzaladıqdan sonra Ermənistanla Azərbaycan arasında sülhün hökm sürdüyünü bildirib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər