23:39 / 24-10-2025
Ərdoğan: "BMT Təhlükəsizlik Şurasının sülh və təhlükəsizlik üçün islahatlara ehtiyacı var"
23:29 / 24-10-2025
Həmyerlisinin qətli ilə bağlı iki miqrant həbs edilib
23:26 / 24-10-2025
LRT: Vilnüs və Kaunas hava limanları hava şarları səbəbindən fəaliyyətini dayandırdı
23:23 / 24-10-2025
Federal Penitensiar Xidmət karvana hücum barədə məlumatları təkzib etdi
23:19 / 24-10-2025
Von der Leyen Rusiyaya təzyiqi artırmağa çağırdı
23:17 / 24-10-2025
Məsciddə baş verən yanğında iki kişi xəsarət alıb
18:28 / 24-10-2025
Dəmir yolu stansiyasında törədilən terror aktına görə 11 il müddətinə azadlıqdan məhrum edilib
18:24 / 24-10-2025
Vilnüs hakimiyyəti Morgensternin arzuolunmaz şəxslər siyahısına əlavə edilməsini tələb edib
18:22 / 24-10-2025
Piyadanı vuran hakim Futbol Milli Liqasında (FNL) oyunları idarə etməkdən kənarlaşdırılıb
18:18 / 24-10-2025
Reperin qətlinə görə 8 il müddətinə azadlıqdan məhrum edilib
18:15 / 24-10-2025
"Bloomberg": Vitkov Zelenskini ərazi güzəştlərinə getməyə çağırdı
18:12 / 24-10-2025
Ekspert Koltaşov: "ABŞ sanksiyalarına baxmayaraq, Rusiya neft ticarəti dayanmayacaq"
18:03 / 24-10-2025
Vüqar Rəhimzadə: "Azərbaycan və qazax xalqlarını eyni soykökə əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir"
17:58 / 24-10-2025
Vüqar Rəhimzadə: "Qubadlının azad olunması 44 günlük Vətən müharibəsinin gedişində əhəmiyyətli dönüş nöqtəsi oldu"
17:52 / 24-10-2025
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
17:47 / 24-10-2025
Prezident ona ali hərbi rütbə verib - Rəis təyin etdi
17:41 / 24-10-2025
“Biz də istəyirik ki, müəllimlərin maaşı artsın” - Nazir müavini
07:11 / 24-10-2025
Fransız velosipedçi Tayland vasitəsilə Rusiyadan vətənə uçdu
07:06 / 24-10-2025
Zelenski Çinin Ukraynanı dəstəkləməkdə tərəddüd etməsindən şikayətləndi
07:04 / 24-10-2025
Makqreqor: "Britaniya Rusiyaya qarşı 30.000-ə qədər əsgər göndərə bilər"
07:01 / 24-10-2025
Pul mənimsədiyinə görə həbs edilib
06:58 / 24-10-2025
Virciniya ştatı bağlanma və aclıq təhlükəsi səbəbindən fövqəladə vəziyyət elan etdi
06:54 / 24-10-2025
Kilinkarov: "Dünyada iki təhlükə var - nüvə müharibəsi və ABŞ-ın köməyi"
06:50 / 24-10-2025
Buryatiya Səhiyyə Nazirliyi: Ulan-Udedə qida zəhərlənməsi hallarının sayı 165-ə çatıb
06:46 / 24-10-2025
Məhkəmənin 8 il 7 ay həbs cəzasına apelyasiya şikayəti verməyib
02:01 / 24-10-2025
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23:05 / 23-10-2025
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
21:14 / 23-10-2025
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20:18 / 23-10-2025
Yeniyetmə mübahisə zamanı atasını bıçaqlayaraq öldürüb
18:59 / 23-10-2025
Voitolovski: "ABŞ Ukraynadakı münaqişəni Rusiya ilə NATO arasında müharibəyə çevirmək istəmir"
18:47 / 23-10-2025
Alaudinov: "ABŞ sakinlərinin Rusiyanın müharibə istəmədiyini başa düşmək vaxtıdır"
18:45 / 23-10-2025
"Fakt": Rubio Trampa Putinlə görüşü ləğv etməyi məsləhət görüb
18:26 / 23-10-2025
Tramp: "İsrail İordan çayının qərb sahilini ilhaq etməyəcək və ya ABŞ-ın dəstəyini itirməyəcək"
18:23 / 23-10-2025
Dövlətə xəyanətdə təqsirli bilinib
18:16 / 23-10-2025
Rusiyalı gimnast dünya çempionatında çoxnövçülükdə qızıl medal qazanıb
15:39 / 23-10-2025
Dələduzluq etdiyinə görə həbs edilib
QƏLƏM GƏLDİ ƏLİMƏ, ARAZ GƏLİR DİLİMƏ…-RAMİZ QASIMOV-14 oktyabr MƏMMƏD ARAZIN DOĞUM GÜNÜDÜR
Tarix: 14-10-2021 21:47 | Bölmə: Ədəbiyyat

Azərbaycan ədəbiyatının büyük simalarından olan Xalq şairi Məmməd Arazın yaradıcılığında Araz mövzusu çox əhəmiyyətli yer tutur. Arazı özünün şairlik imzasına çevirən Xalq şairinin bədii irsində Araz adi mənasından çok milli tale və istiqlaliyyət mənası daşımaqdadır.
Çox dəqiq və dürüst müşahidədir ki, Məmməd Araz yaradıcılığında Araz mövzusu qırmızı xətlə keçir. Görkəmli elm adamı akademik İsa Həbibbəyli bu xüsusda yazırdı: “Böyük rus yazıçısı Mixail Şoloxov üçün Sakit Don, Xalq şairi Səməd Vurğun yaradıcılığında Kür qırağı, Qarayazı..., Şərqi Avropa yazıçılarına görə Mavi Dunay, rus ədəbiyyatının böyük bir nəslinin təsəvvüründə Volqa çayı hansı əhəmiyyətə malikdirsə, Məmməd Arazdan ötrü də Naxçıvan – Xan Araz həmin mənaları daşıyır. Məmməd Arazın yaradıcılığında Çadırdaş ətəyindən, Nursu bulağından başlanan poetik təəssüratlar, kövrək notlar xan Arazın tərənnümünün timsalında yüksək vətəndaşlıq mahiyyəti ilə zənginləşərək tamamlanır”.
Məmməd Arazın yaradıcılığında Araz mövzusu milli istiqlal və bütövlük ideyalarına xidmət edir. Məmməd Arazın Vətən anlayışında Araz həsrəti, nisgili və yarası özünəməxsus yer tutur. Azərbaycanın bütövlüyünü pozan sərhədlər sənətkarın xəyal gücü ilə bir göz qırpımında aşılır, ayrılıqlar, sərhədlər ortadan götürülür, məhəbbət nifrətə, ədalət zülmə, azadlıq əsarətə, birlik ayrılığa qələbə çalır. Beləliklə, Araz nisgili sənətkarın yaradıcılığında aparıcı yer tutur. Xalq şairi Məmməd Araz yaradıcılığının mövzu-mündəricəsini təşkil edən Araz mövzusu onun ədəbi möhürünə, təxəllüsünə çevrilir. Şairin “Arazın nəğməsi”, “Bu gecə yuxumda Arazı gördüm”, “Araz üstə çinar gördüm”, “Yənə Arazı gördüm”, “Arazın işıqları”, “Mən Araz şairiyəm” və başqa şeirləri, “Araz axır” poeması məhz Araz mövzusuna həsr olunub. Bu əsərlərdə şair Məmməd Arazın Azərbaycanın dərin nisgili, qəlbindən axan üzüntüsü özünə yer alıb. Buna görə də Xalq şairi özü haqda şeirlərindən birində “Sən məqamı gələndə Araza bənd olansan” - deyə yazacaq və özünün Araz şairi olmasını təsdiq edəcəkdi. Habelə Xalq şairi “Qələm gəldi əlimə, Araz gəlir dilimə” dəyərkən də Araz mövzusunun yaradıcılığının sənət kredosuna çevrildiyini etiraf və ifadə edəcəkdi.
“Araz” şairi kimi tanınan görkəmli sənətkar Məmməd Araz öz yaradıcılığında daha konkret, daha qətiyyətli şəkildə Azərbaycanın ikiyə bölünməsi səbəbini göstərmiş və bu səbəbləri kəskin qınaq və tənqidə də məruz qoymuşdu. Bu baxımdan professor Y.Qarayev tərəfindən haqlı olaraq deyilən fikirdir ki, “Poeziyanın dumduru, şəffaf bulağı başına o, Arazın bulanıq və paralı sahilindən ayrılıb gəldi, özü ilə poeziyaya Arazın dərdini, ağrısını da gətirdi”. Şair öz yaradıcılığında Araz mövzusunun mahiyyətinə, işlənmə məqsədi, bədii məramına da izah gətirərək yazmışdı:
…Araz deyəndə mən,
Yalnız çay düşünmürəm.
O, tarixdir, baxıram…
Və yaxud:
Araz çay deyil yalnız
Araz neçə milyonluq
İnsanlardır, eldir o.
“Mən Arazın səsiyəm” deyən şair Araz mövzusu ilə Azərbaycanın parçalanma tarixinə nəzər saldığı kimi, onun birləşəcəyi ümidlərini də bir ideya, ideal olaraq yaşatmağa nail olmuşdur. Görkəmli şair Məmməd Araz həm də ona görə “Böyük Azərbaycan”çı şairdir ki, Araza həsr olunan əsərlərində Azərbaycan sözünü işlətmədən belə azərbaycançılıq məfkurəsini əks etdirməyə nail olmuşdur.
Xalq şairi Məmmməd Arazın Araza həsr olunan bütün əsərləri azərbaycançılıq məfkurəsini özündə yaşadan və əks etdirən qiymətli sənət nümunələridir. Çünki şair özü də dediyi kimi, Araza təkcə bir çay kimi baxmır, o daha çox Araza bir vətəni iki bölən sərhəd kimi, şovinist, istilaçı siyasətin şahidi, bir tarix kimi baxır və onu bütöv Azərbaycanın açarı, bütöv vətən idealının simvolu kimi görür. Buna görə də şairin yaradıcılığında Araz çox zaman obrazlaşır: Araz özünün dərdli, həsrətli, bəlalara, ayrılıqlara salınmış taleyi, əzəmətli xarakterilə yer alır və dil açıb danışır, hətta bir lider kimi də əks olunur. Bu baxımdan Araz Məmməd Arazın yaradıcılığında həm Azərbaycandır, həm bir ölkənin, vətənin tarixi, taleyi, bir xalqın,
millətin ayrılıq dərdi, həsrətidir, həm də bir vətəndaş-şairin nisgili, qəlb yarası, sənət mövzusudur. Filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl haqlı olaraq yazır ki: “Azərbaycan nəzm və nəsr ədəbiyyatının bir çox nümayəndələri Araz çayına xitab edərək şeirini onun vəsfinə yönəltmişlər. Bəzən bu çayı bir xalqı ikiyə bölən qəddar bir sədd kimi qiymətləndirənlər, bəzənsə vahid Azərbaycan probleminin baisi, səbəbkarı, qınaq yeri kimi də müraciət edənlər az olmayıb. Amma Məmməd Araz yaradıcılığında Araz nə zavallı, nə də günahkardır, Araz hər zaman məğrurluq rəmzidir”. Prof.V.Yusifli də çox doğru ifadə edib ki, Məmməd Araz yaradıcılığında Təbriz bütün bir vətəni təmsil edərkən Araz da böyük amalın və idealın adı olaraq ələ alınmışdır. Bu mənada Araz həm də Məmməd Araz yaradıcılığında özünü Azərbaycanın istiqlaliyyətinə həsr etmiş mübariz sərkərdələr olan Xətaidir, Səttarxandır, Pişəvəridir, Xiyabanidir, Heydər Əliyevdir. “Bu gecə yuxumda Arazı gördüm” şeirində Araz məhz bir lider kimi çıxış edir:
Bu gecə yuxumda Arazı gördüm…
Arazı bəxtindən çox razı gördüm.
Üstündən yol atdı: “Cəsarətlə keç!”
Dedi:…Cəsarət üstümdə şahə qalxmasa,
Təbriz itirəcək Təbrizliyini.
Məmməd Araz azərbaycançılığın tərkib hissəsi olan bu mübarizə idealını “Araz axır” əsərində çox uğurla davam etdirmişdir. Bu əsərində artıq şairin xəyali bir mübarizə savaşı, Təbriz uğrunda fədakar mübarizə idealı öz əksini tapmışdır. “Araz çay deyil yalnız, Araz neçə milyonluq insanlardır, eldir o” - deyən şair: “O axır, dağlar yarıb məcrasını tapacaq”, – deyə bu elin öz birliyi, bütövlüyü uğrunda mübarizə açacağı ümidlərini ifadə etmişdir. Həm də maraqlıdır ki, bu əsər daha çox rəmzi obrazlar və gerçəkçi ideyalar üzərində qurulub. Əsərdə şairin sevgilisi Ayrıgül obrazı adından tutmuş bədii mahiyyətinə qədər şairin vətən sevgisinin mərkəzində dayanan bütöv vətənin tərkibindən qoparılmış Cənubi Azərbaycandır. Əsərin qəhrəmanı, şairin lirik məni sevgilisi Ayrıgülü dimdiyi qanlı qartalın – qanlı istilaçının caynağından xilas etmək üçün onun ardınca qaçır. Şair bu təsvirdə klassik aşiq-məşuq süjetinə oxşar bir şəkildə özünün vətən sevgisini obrazlı olaraq təqdim etmişdir. Şair klassik əsərlərdəki başı dumanlı dağları, coşub-daşan çayları, divləri bu əsərdə müasir şəkildə təsbit edərək vermişdir. Lakin bu əsərdə klassik düşmən obrazları olan divlərdən fərqli olaraq sərhəd keşiyi çəkən hissiz, duyğusuz, əmr qulu olan əsgər təqdim olunmuşdur. Şair sevgilisi Ayrıgülün ardınca qaçıb keçmək istədiyi vətənə yadelli düşmənləri qovmaq istəyən bir döyüşçü olaraq gedir, savaşda iştirak edir, döyüşür və düşmənləri qovan müzəffər bir ordunun əsgəri kimi təsvir olunur. Şair sonralar həmin yurda ev tikmək, yurd salmaq, ocaq yandırmaq üçün bir mühəndis olaraq yol alır. Əsərin sonunda isə sənətkar rəmzi olaraq “Yubanırsan, vətəndaş! Yatma, oyan, vətəndaş”, – deyə bütöv Azərbaycan uğrunda azərbaycançılıq məfkurəsinin mübarizə şüarını səsləndirmiş, oyanıqlığı bütün nəsillərin diqqətinə çatdırmışdır.
Xalq şairi Məmməd Araz Araz həsrətli ayrılıq dərdi, bütövlük nigaranlığını ustad Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyara həsr etdiyi “Şəhriyar gəlmədi” şeirində də təsirli, qabarıq ifadə etmişdir. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 250 illik yubiley tədbirinə dəvət almasına rəğmən İran rejiminin razılıq vermədiyi üçün gələ bilməyən Şəhriyar həsrətinə böyük məzmun, ciddi məna qataraq təqdim etmişdir. Şair bir xalqın ikiyə bölünmək dərdindən tutmuş aralarındakı yolsuzluğa qədər bütün dərdlərini bu şeirdə ümumiləşdirmişdir:
Yalan danışın, yalan!
Bütün qəzəblərə su səpən yalan,
Bütün əsəblərə mum təpən yalan.
Bir ölkə düzəldin: yalandan yalan!
Yazın, nə gözəldir: yalandan yalan!
Böyük şairini yola salır bax,
Havada yellənir min əl, min papaq,
Marallar qoşulub dartır qatarı.
Qardaşı qardaşa qonaq aparır.
Şəhriyar yollanır Azərbaycana,
Yol hanı, yol hanı Azərbaycana?!..
Öz ölkəsinin paralanmış “o tay” hissəsinə yol arayan, yol axtaran bütövlük ideallı şair qadağaların hökm sürdüyü bir dönəmdə xəyalən, qəlbən hər zaman Arazla – Azərbaycanı ayıran, həm də birləşdirən bir simvolla söhbətləşirdi, özlərinə məxsus bir dillə danışırdı. Xalq şairi Məmməd Araz Azərbaycan nağılları və klassik irsində tez-tez rast gəlinən və çoxlarının bilmədiyi bir anlayışla Araz çayı ilə öz aralarındakı söhbətin dilinə “quş dili”, “daş dili”, “Araz dili”, - deyə müraciət edirdi. Vaxtilə yazdığı ilk şeirlərdən olan “Arazın nəğməsi” adlı əsərində:
Nə qədər ağırmış dərdin, möhnətin,
Ağrıdır sinəmi acı xəyallar.
Araz, dilin olsa, sözün, söhbətin,
Min il yazılası bir dastan olar –
deyə Araza dil arzulayaraq onun həyat hekayəsindən, çarpış-vuruş dastanından bəhs etməyi düşünürdüsə, sonralar ərsəyə gətirdiyi çoxsaylı “Arazüstü çinar gördüm”, “Oxuyan Təbriz”, “Bu gecə yuxumda Arazı gördüm”, “Araz dili” və başqa əsərlərini ortaya qoyaraq bu əsərlərdə artıq “Araz dili”ndən bəhs açmışdır. Şairin “Araz dili” şeiri məhz bu ideyanı poetik vüsətlə ortaya qoyan ən sanballı nümunələrdən biridir. Arazla olan dərdləşmənin şairanə forması olaraq “Araz dili”ndən bəhs etmişdir:
Mən neçə yol danışmışam Arazla...
Hansı dildə danışmışam? –
Bilmirəm.
Quş dilində danışmışam? –
Bilmirəm.
Daş dilində danışmışam? –
Bilmirəm.
Mən neçə yol danışmışam Arazla...
…Araz dili: ürək dili, göz dili,
Torpaq dili, hava dili, göy dili.
Mən nəçə yol danışmışam Arazla.
Şeirdən də göründüyü kimi, şairin poetik kəşfi olan “Araz dili” həsrət dilidir, dərd dilidir, kədər dilidir, bir birinə yetmək istəyən iki qardaşın sevda dilidir. Bir xalqın tarixi, etnik-mədəni birliyi və taleyi, həsrəti, dərdi, kədəri, ayrılıq səbəbi, vüsal arzusu, ümididir “Araz dili”.
Xalq şairi Məmməd Araz vaxtilə İstisu yaylaqlarında Aşıq Hüseyn Cavanla görüşəndən olan təəssüratında da maraqlı simvolizə etməklə onun dinən sazını “oxuyan Təbriz” deyə ümumiləşdirmişdir:
Aşıq Cavan sarılmışdı sazına,
Toy qurmuşdu dünəninin yasına.
O, dərdini ya sındıra, ya sına,
Qəzəbi köklənib dağın-daşın da,
Təbriz ağlayırdı dağlar başında.
...Gərək dil susanda əllər danışa,
Əllər bağlananda dillər danışa.
Ələ danışalar, əllər danışa...
Dəli gülüşlərim ağlar başımda,
Təbriz ağlayırdı dağlar başında .
Şeirdə olduqca maraqlı poetik ifadələr, ümumiləşdirmələr var. Bu hadisənin şahidi olan şairin ömür-gün yoldaşı Gülxanım Fətəliqızı (Yaxınlarda Allahın rəhmətinə qovuşan Gülxanım xanımı rəhmətlə anırıq – R.Q.) bu münasibətlə xatirələrində yazmışdı: “Aşıq Cavan üç saata yaxın saz çalıb oxudu. …Məmməd “Təbriz oxuyurdu dağlar başında” şeirini bu hadisənin təsiri ilə yazdı. Kəlbəcərin işğalından söz düşəndə həmişə ürək ağrısıyla deyirdi ki, Kəlbəcər kimi muzey əlimizdən gətdi”. Əlbəttə, bu sətirlərin kontekstində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Milli Ordusunun şücaətli döyüşlərindən sonra Kəlbəcər də, Şuşa da digər işğal altında olan ərazilərimizlə bərabər azad edildilər. İndi o yerlərdə özü olmasa da Aşıq Cavanın ruhu yenə çalıb-oxuyur, Məmməd Arazın ruhu dinləyir…
Araz sevdalısı Xalq şairi Məmməd Araz bütn həyatı boyu Azərbaycanın birləşəcəyinə böyük ümid və inamla yanaşırdı. Onun yaradıcılığında bu üzdən Araz kədəri, həsrəti, ayrılıq dərdi təzahür etsə də, inam və ümid də az deyildi. Bu da çox böyük maraq doğurur ki, şair Məmməd Arazın 1986-cı ildə yazdığı “Böyüklər, uşaqlar…” adlı şeirində:
İnandım: hər uşaq bir od parçası!
İnandım: səngiməz bu od, bu ocaq!
Təbrizlə Naxçıvan arasındakı
Çəpəri yıxan da bunlar olacaq, –
deyə bir gün Azərbycanın bütövlüyünü pozan sərhədlərin götürüləcəyi ümidləri ifadə edilmişdi. Artıq 1992-ci ildə yazdığı “Sərhəd çəpərləri” şeirində isə sərhəd hərəkatının sayəsində gerçəkliyə qovuşan Cənubi Azərbaycanla sərhəd çəpərlərinin sökülməsi hadisəsini öyə-öyə təsvir etmişdi.
Ümumiyyətlə, Xalq şairi Məmməd Araz özünün vətən məzmunlu şeirləri, əsərlərilə azərbaycançılıq məfkurəsinin təbliği və Azərbaycan istiqalılana görkəmli xidmət göstərmiş əbədiyaşar sənət adamıdır. Onun Araz mövzulu əsərlərilə bərabər “Ayağa dur, Azərbaycan”, “Ata millət, ana millət ağlama”, “Bizi vətən çağırır”, “Ulu şahım, qılıncına söykənim mən” və b. şeirləri milli istiqlal şeirimizin ən tutarlı nümunələrini təşkil edir. Məmməd Araz sənəti və sənətkarlığı əbədi və ədəbi bir vətəndaşlıq tərbiyəsi məktəbidir. Bu bir həqiqətdir ki, Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatının Vətən və vətəndaş şairidir. Onun yaradıcılığı ilk sözündən tutmuş son sözünə qədər vətən üzərinə deyilmiş vətən nəğmələri, vətəndaşlıq himnləridir. Ümid edirik ki, bir gün bu Xalq şairinin bu vətəndaşlıq himnlərini Arazın qovuşdurduğu Azərbaycan bir ağızdan oxuyacaq! Və “Haqqın var, Məmməd Araz, Haqqın var yaşamağa” deyəcək!
RAMİZ QASIMOV,
filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Baxış sayı: 897
Bölməyə aid digər xəbərlər

1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır
12-10-2024, 19:55
Azərbaycan Universitetində Mirzə Ələkbər Sabir irsi və ədəbi dilə həsr olunmuş tədbir keçirilib
12-10-2024, 10:47
Ədəbiyyat müəllimi erotik fotolara görə töhmət alıb
28-09-2024, 21:57
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
28-09-2024, 21:51
Vüqar Əhməd: "Allahımızın üzü dönüb"
2-08-2024, 14:53
Mirzə Ələkbər Sabir Fondu yeni layihənin icrasına başlayıb