10:56 / 10-09-2026
UAC Hindistana 100-dən çox "Il-114-300" təyyarəsi çatdıracaq
10:52 / 10-09-2026
ABŞ Nepal kimi bir fəlakətlə üzləşir
10:48 / 10-09-2026
Çayda cəsədi tapılan kişinin şəxsiyyəti müəyyən edilib
10:44 / 10-09-2026
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
10:33 / 10-09-2026
Rusiya ordusu Kiyevdəki logistika nəqliyyat qurğusuna zərbə endirdi
10:29 / 10-09-2026
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
15:41 / 09-09-2026
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
15:36 / 09-09-2026
Milli parkda itkin düşən turist ölü tapılıb
15:33 / 09-09-2026
Güclü yağışlar səbəbindən 2 milyon insan təxliyə olunur
15:30 / 09-09-2026
Dağlarda uçqun nəticəsində ölənlərin sayı 13-ə çatıb
15:26 / 09-09-2026
İki qadının restoranda qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb
15:23 / 09-09-2026
Xidmət avtomobilini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
15:16 / 09-09-2026
Şimali Koreya əsgərləri bir ay ərzində Cənubi Koreya ilə sərhədi 20 dəfədən çox keçiblər
15:13 / 09-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Norveç tərəfindən həbs edilən gəminin demək olar ki, bütün heyəti və sərnişinləri evə qayıdıb
15:11 / 09-09-2026
Fransa Baş naziri nazirlərin maaşlarını azaltmaq istəyir
15:08 / 09-09-2026
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
14:44 / 09-09-2026
Bədən tərbiyəsi dərsi zamanı məktəbli ölüb
14:41 / 09-09-2026
Almaniya Xarici İşlər Nazirliyi Avropanın Rusiya ilə sülh mövzusunda dialoqa hazır olduğunu açıqladı
14:33 / 09-09-2026
"Yak-130M" idarə olunan bombalar, hava-hava raketləri və toplar aldı
14:29 / 09-09-2026
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
12:52 / 09-09-2026
İntiqam almaq üçün internat məktəbinin qapılarını yandırdı
12:49 / 09-09-2026
Türkiyə 2026-cı ildə təxminən 7 milyon rusiyalını qəbul edəcək
12:44 / 09-09-2026
Media xəbərlərinə görə, fon der Leyen AB-dəki iqtisadi böhrana hazır olmaya bilər
12:41 / 09-09-2026
Xəyanət cəhdində ittiham olunan saxlanılıb
19:10 / 08-09-2026
Rusiyadan Vyetnama turist axını artır
19:04 / 08-09-2026
Qətl şübhəsi ilə saxlanılıb
18:57 / 08-09-2026
Ayı əyləncə parkına yaxınlaşaraq insanları qorxudub
18:53 / 08-09-2026
Elektrik yarımstansiyalarında təxribat törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
18:49 / 08-09-2026
Yerevan Rusiya məhdudiyyətlərini aradan qaldırmaq üçün AİB mexanizmlərindən istifadə etməyə ümid edir
18:45 / 08-09-2026
115 yaşlı yapon qadın uzunömürlülüyün sirrini açır
18:35 / 08-09-2026
Keçmiş Gürcüstan prokuroru Rusiyada könüllü hərbi hissəyə rəhbərlik edib
18:32 / 08-09-2026
Zaxarova bildirib ki, Qrossi Zaporojye Atom Elektrik Stansiyasına edilən hücumlarda Kiyevin günahını etiraf etməkdən imtina edir
18:24 / 08-09-2026
Kilsəyə edilən hücumu pravoslavlığın təqibi adlandırdı
18:14 / 08-09-2026
London İsrail yaşayış məntəqələrinə qarşı yeni sanksiyalar elan etdi
Sadəlik və səmimiyyətin poeziyası-Zəkulla Bayramlı
Tarix: 10-10-2021 21:19 | Bölmə: Ədəbiyyat

Naxçıvan ədəbi mühitinin yetirməsi olan İbrahim Yusifoğlu çağdaş Azərbaycan poeziyasında öz yeri, öz səsi olan şairlərimizdəndir. 50 ildən artıq şeir yaradıcılığı və mətbuat aləmində qələm çalan İbrahimn Yusifoğlunun indiyədək 30adda kitabı nəşr olunmuşdur. Gənc yaşlarından müəllim və pedaqoji işçi kimi fəaliyyət göstərsə də, şairlik fitrətinə həmişə sadiq qalmış, ürəyindən keçənləri ardıcıl olaraq poetik yaşantılar şəklində əbədiləşdirməyə çalışmışdır. Elə bunun nəticəsidir ki, çalışdığı pedaqoji mühit və təhsil sahəsində gördüyü, duyduğu və yaşadığı hiss və düşüncələri, qarşılaşdığı çeşidli insan obraz və xarakterlərini müxtəlif janrlarda qələmə aldığı əsərlərində görmək mümkündür.Uşaqlar üçün şeir, poema və mənzum pyeslərin, qabaqcıl müəllim və təhsil işçilərinin həyat və yaradıcılığından bəhs edən çoxcildliyin, vətənimizin azadlığı və bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizin döyüş yolunu əks etdirən nəsr əsərlərinin müəllifi olsa da, fikrimizcə, o, hər şeydən qabaq, lirik şair kimi tanınmaqdadır. Təsadüf deyil ki, bu yaxınlarda çapdan çıxmış “Mənə bircə gilə göz yaşı bəsdi” adlı yeni kitabında barlı-bəhərli şair ömrünün müxtəlif dönəmlərində qələmə aldığı lirik-romantik şeirləri toplanmışdır.
Xalqımızın qeyrətli oğullarının, şanlı ordumuzun azğın düşmənlər üzərində çaldığı möhtəşəm qələbəni müjdələyən “Zəfər nəğməsi” şeiriylə açılan kitabdakı şeirlər 5 silsiləyə bölünüb, qruplaşdırılıb. Akad. İsa Həbibbəyli kitaba yazdığı “İbrahim Yusifoğlunun poetik dünyası və uğurları” adlı çox maraqlı və səmimi ön sözdə şairin bütün yaradıcılığını araşdırır, müxtəlif janrlarda yazılmış əsərləri üzərində maraqlı təhlillər aparır. “İstedadı şeirlərin ruhu və qanadı, zəhməti isə mahiyyəti və bəzəyi” hesab edən görkəmli alimin fikrincə, “qoynunda doğulduğu dağlı-aranlı qədim Şərur çuxurunun, Saralı-Xançobanlı Arpaçayın təbii görkəmi, həyat ritmi İbrahim müəllimin şeirlərində özünün əsl poetik mənasını və bədii obrazını tapa bilmişdir”.Kitabı diqqətlə oxuyan hər kəs bu sözlərin doğruluğuna inanar, şairin doğulub yaşadığı, ömür-gün sürdüyü diyarın, bölgənin və ümumən Azərbaycan təbiətinin təsvir olunduğu rəngarəng şeirlərlə qarşılaşar.
Ürəkdə qan coşar, ilham çağlayar,
Bu qədim qalanı seyrə gəlincə.
Hər kəsi özünə qəlbən bağlayar,
Qürur mənbəyimiz məğrur Əlincə.
“Əlincə”
26 il erməni işğalında qalan Günnüt kəndinin azad edilməsi şairin qəlbini ehtizaza gətirir, bu münasibətlə yazdığı “Günnütüm” şeirində daxili hiss və həyəcanlarını gizlədə bilmir:
Salam, Oğuz eli, vətən torpağı,
Salam, Dədəd Qorqud gəzən Günnütüm.
Kitabda 44 günlük II Qarabağ müharibəsində şanlı ordumuzun zəfər yürüşünü əks etdirən misralar da vardır:
Nəğmələrin müqəddəsi, ulusu,
Meyvələrin ən şirini, sulusu.
Bulaqların ayna kimi durusu,
Zəfər nəğməsi.
“Zəfər nəğməsi”
Qarabağın və ümumən Azərbaycanın baş tacı olan Şuşanın düşmən işğalından azad edilməsi şairi daha çox duyğulandırır, bu möhtəşəm qələbə gününün sevincini “Şuşa” şeirində oxucuları ilə belə paylaşır:
Dünyanın müqəddəs günüdür bu gün,
Xoş müjdə qəlbləri gətirib cuşa.
Gözlər bulaq kimi coşub-çağlayır,
Bu gün anasına qovuşur Şuşa.
Ulu Naxçıvanın düşmən caynaqlarında qalan Kərki kəndinin də hayı-harayı kitabda əks olunub, “Kərki” adının xəritədən silinməsi müəllifi, haqlı olaraq, qəzəbləndirir, bu ədalətsizliyə qarşı öz etiraz səsini ucaldır:
Adı xatırlanmır, dərdi çəkilmir,
Deyilmir dünyada sözü Kərkinin.
Bir nöqtə boyda da şərti çəkilmir,
Yoxdu xəritədə özü Kərkinin.
“Oğuz torpağıdır özü Kərkinin”
30 ilə yaxın düşmən tapdağında qalan bölgələrimizin hava durumu haqqında verilən məlumatlar bir vaxtlar ermənilərin istehzalı gülüşünə səbəb olurdu, “Qarabağın torpağı kimi havasını da almışıq” – deyirdilər. İndi isə hər gün televizorda deyilən hava durumu xüsusi ləzzət eləyir, insana fərqli qürur hissləri yaşadır. Bax, bu kimi adi, əslində adi olmayan gündəlik hadisələr də şeirə çevrilir İbrahim Yusifoğlunun poetik dünyasında. Cəbrayılın, Füzulinin, Ağdərə və Şuşanın gündəlik hava durumunu indi hamımız ayrıca intizarla gözləyirik, iftixarla dinləyirik, çünki indi bu bizə, doğrudan da, hava-su kimi lazımdır.
İbrahim Yusifoğlunun şeirləri içərisində ən çox mənim diqqətimi çəkən onun öz fərdi üslubuna uyğun olaraq qələmə aldığı lirik şeirləridir. Bu şeirdlərdə indi çoxlarının xoşuna gəlməyən romantik bir kədər duyulmaqdadır.
Bir payız günündə gəldim dünyaya,
Təbiət əyninə çəni geyibmiş.
Çoxu sevinsə də tanrı payına,
Sən demə, bu dünya mənlik deyilmiş.
“Sən demə, bu dünya mənlik deyilmiş”
Bəzən bu cür lirik-romantik havalara köklənən şair “Bu həyat mənimlə yola getmədi”, – deyir, bəzən bir az da dərinə gedir, daha bədbin duyğulara qapılır. Nə yaxşı ki, belə məqamlar İbrahim müəllimin nikbin poeziya kəhkəşanında çoxluq qazanmır, ötəri, keçici könül yaşantıları kimi bərq vurur.
Çıxıb gedəcəyəm sənin əlindən,
Dünya, fərq qoymadın ölüyəm, sağam.
Ruhuna qəm hopmuş nəğmələrimlə
Özgə bir dünyada yaşayacağam.
“Çıxıb gedəcəyəm”
Görünür, məhz belə sıxıntılı ömür pillələrində şair O.Sarıvəllinin “Hər kim yüz il yaşamasa, günah onun özündədir” misralarına etiraz edir:
Haqq sözünü haqq eşitmir,
Ürək qalır yana-yana.
Gözlərindən şeytan itmir,
Üz tutsan da biyabana.
“Yaşa, görüm”
Hər yerdə, hər zaman incə ruhlu adamların həyatını zəhərləyən şeytan xislətli ikiayaqlıların üzündən “İstəmirəm belə yüzü”, – deyir, yüz il yaşamaqdan boyun qaçırır. Ümumən götürsək, nikbin poetik duyğular üzərində köklənmiş İbrahim Yusifoğlu poeziyasında, az da olsa, belə düşündürücü kədər motivli misraların varlığı təbii görünür, qapısı hər qonağa açıq olan şair ürəyinin çeşidli çırpıntıları kimi şeirə yansıyır.
Bu kövrək məqamlar, titrək çırpınışlar bəzən şairi ölüm həddinə də aparıb çıxarır; “Dost olmuşam mən ömrümə qənimlə, Mən ölümün qonağıyam, qonağı”, – deyir. Bəzən də hətta özünü ölmüş bilir, öz məzarı başında özünü ağlayır, yəni cismani yoxluğundan mənəvi varlığına tamaşa edir.
İzimi tapmadım torpaq-daşında,
Gözlərim dolaşdı kəndin qaşında,
Mənimçün qazılan məzar başında
Mən özüm-özümü ağlayan gördüm.
“Mən özüm-özümü ağlayan gördüm”
2003-cü ildə qələmə alınmış “Dərdlərin belimi əydi, ay Vətən!” adlı şeirdə vaxtilə hamımızı düşündürən, qayğılandıran, dost-düşmən yanında bizə başıaşağılıq gətirən fikir və duyğular həssas oxucunu kövrəldir, ürəyini ağrıdır, ancaq bu ağrı daha o vaxtkı ağrılardan deyildir, daha belimiz əyri ola bilməz, başımızı dik tutub şax gəzə bilərik.
Nə vaxt igidlərin dinib gələcək?
Sehirli xalçaya minib gələcək?
Ağ atın belinə sinib gələcək?
Dərdlərin belimi əydi, ay Vətən!
Elə həmin dövrlərin məhsulu olan başqa bir şeirdə də yenə kövrək və sınıq ürəyin döyüntüləri özünü göstərir, itirdiyimiz torpaqların, mənəvi dəyərlərin günahını şair özündə görür, buna görə də ilahidən bağışlanmasını xahiş edir:
Getdi əlimizdən vətən torpağı,
Geymədim əynimə kəfən torpağı,
Gücüm yox qaytaram gedən torpağı,
Məni günahıma bağışla, allah!
Əllərim çatmayır paralarına,
Şerimlə duz səpdim yaralarına.
Məni almadılar aralarına,
Məni günahıma bağışla, Allah!
“Məni günahıma bağışla, allah”
“Xəzər dənizinə açıq məktub” şeirində yaşayıb-yaratdığı Şərur bölgəsindənBakıya salam göndərən, Xəzərin üzündən öpmək arzusunda olan şair sonda sanki bütün bölgə insanlarının dilmancına çevrilir, Xəzərin xarici ölkələrə daşınan var-dövlətindən az da olsa pay umur. Özü də bunu uzun-uzadı söz-söhbətə çevirmir, yalnız utanaraq əlinin qaşındığını deyir, başqa heç nə:
Xəbərlərdən eşidirəm,
Sərvətin-varın daşınır.
Utanıram sənə yazam,
Mənim də əlim qaşınır.
İbrahim Yusifoğlunun hələ 1996-cı ildə yazdığı başqa bir şeiri haqqında burada ayrıca söz açmaq istərdim. Bəlkə də şairin özünün və çoxlarının o qədər də diqqət yetirmədiyi bu kiçik şeirdəki kədərli doğmalıq, nisgilli həssaslıq adamın əlindən tutub qəribə duyğular səltənətinə aparır:
Bu da bir taledi, başım üstündən
Bulud çəkilmədi, günəş doğmadı.
Heç nə istəmirəm Tanrıdan ki, mən
Ruhuma bircə bu yağış doğmadı.
...Mənim qismətimə ağrıyan qarı,
Dövrü lənətləyib qarğıyan qarı.
Ümidi Tanrıya bağlayan qarı,
Ruhuma bircə bu qarğış doğmadı.
Mənim şeirlərim yanğılarımdı,
Onlarda məhəbbət, kədər varımdı.
Qəlbimdən ələnən yağışlarımdı,
Ruhuma bircə bu yağış doğmadı.
“Ruhuma bircə bu yağış doğmadı”
“İbrahim Yusifoğlunun palitrasında baharın tacı sayılan bənövşənin və badam ağacının rəng çalarları üstünlük təşkil edir.Adama elə gəlir ki, İbrahim Yusifoğlu Şərurun qonur, çılpaq dağlarını və Arpaçay vadisini alaseyrək çiçəkli badam ağacı sifətində görür. İbrahim Yusifoğlunun təbiət şeirləri sanki badam ağacında bənövşə çiçəyidir”. – Bu da akad. İ.Həbibbəylinin sözləridir, olduqca maraqlı və qəribə bənzətmədir, deyilmi? Görünür, elə bu gözəl sözlər də şairi bu mövzuda yeni bir şeir yazmağa ruhlandırmışdır:
Uzaq dağ kəndində bir yaz günündə,
Təbiət qəlbimi ovsunlamışdı.
Çopur qayalar da gözüm önündə,
Günəşdən xoşlanıb yosunlamışdı.
...Şərur çuxurunda baharın tacı,
Gül-çiçək könlümü məst eləmişdi.
Gözlərim önündə badam ağacı
Bənövşə çiçəyi çiçəkləmişdi.
“Bənövşə çiçəkli badam ağacı”
Yuxarıda İbrahim Yusifoğlunun uzun müddət pedaqoji mühitdə olduğunu, müəllimlərlə işlədiyini demişdik. “Safdır, müqəddəsdir müəllim ömrü” misrasıyla bitən bir şeiri o illərin ən yadda qalan, ən unudulmaz poetik yaşantısı kimi indi də xatırlanır. Bəlkə də həmin dövrün ədəbi məhsullarından biri olan aşağıdakı şeir də haqqında danışdığımız kitabda diqqətimizi çəkdi.
Yox, yox, bu titrəyiş meh ola bilməz,
Hələ qəlb isidən gün gəlməyibdi.
Bəlkə də mələkdi...eh, ola bilməz,
Heç kim məni belə kövrəltməyibdi.
...Bu sənsən, önümdə necə həvəslə,
Şeir oxuyursan titrək bir səslə.
“Şeir oxuyursan titrək bir səslə”
Bu yerdə kitabın adına çıxarılan şeirdən də danışmamaq olmaz. “Mənə bircə gilə göz yaşı bəsdi”. Bu şeir də yuxarıda qeyd etdiyimiz kimi, müəllifin sadə və səmimi dillə yazılmış ən yaxşı lirik şeirlərindəndir.
Göylərin üzünü aldı buludlar,
Qəlbimi ürpədən külək də əsdi.
Mənim səndə xeyli əmanətim var,
Qaytarsan...bir gilə göz yaşı bəsdi.
Bu gün ömrünün müdrik çağlarını yaşayan, uzun və məhsuldar həyatının zirvəsindən öz keçmişinə boylanan, olanını-qalanını saf-çürük edən şair bir şeirində özü də deyir ki, “Düz bir qərinədi yol gəlir şeirim”. Ən maraqlısıodur ki, o, hələ öz şeirini yazmadığını, yəni hələ ürəyində çox sözlərinin olduğunu və bunları gələcəkdə yazacağını dilə gətirir:
İllərdir qələmlə külüng çalıram,
Hələ Fərhad arxı qazmamışam mən.
Göylərdən, yerlərdən ilham alıram,
Hələ öz şeirimi yazmamışam mən.
“Hələ öz şeirimi yazmamışam mən”
Neynək, təki elə olsun, İbrahim müəllim, elə əvvəlki kimi də yazıb-yaradın, lap “payız şeirləri” olsa da. Bizə isə son olaraqsizə“öz şeirlərinizi yazmaqda” yalnız can sağlığı və uğurlar diləmək qalır.
Zəkulla Bayramlı,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 1 335
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR