22:23 / 21-06-2026
Cenevrədə İran nümayəndə heyəti Amerikalı danışıqçılarla əl sıxmaqdan imtina etdi
22:20 / 21-06-2026
İran nümayəndə heyəti Trampın təhdidləri ilə bağlı ABŞ-a etiraz etdi
22:17 / 21-06-2026
İran Trampa qarşı etiraz olaraq İsveçrədəki texniki danışıqları dayandırdı
22:14 / 21-06-2026
Dmitriyev yadplanetlilərdən Merzi vəzifədən azad etmələrini istədi
22:12 / 21-06-2026
Uşaqlara hücum etməkdə ittiham olunacaq
22:07 / 21-06-2026
Qismən məhdudiyyətlərlə üzləşən üçüncü Moskva hava limanı oldu
22:04 / 21-06-2026
Ukrayna Silahlı Qüvvələrinə səfərbər edilmiş ukraynalı bloqçu Dençik sətəlcəmdən vəfat etdi
20:09 / 21-06-2026
Diesen: "London və NATO ölkələri vətəndaşlarını hədəfə çeviriblər"
20:06 / 21-06-2026
Rumıniya Ukrayna sərhədində dronlar səbəbindən qırıcı təyyarələrini havaya qaldırdı
20:03 / 21-06-2026
4,3 bal gücündə yeni zəlzələ qeydə alınıb
20:00 / 21-06-2026
Tramp İranı daha güclü zərbələrlə hədələyir
19:56 / 21-06-2026
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
19:52 / 21-06-2026
Yaşlı bir qadın ölüb
19:50 / 21-06-2026
Simonyan Rusiyanın Qərbə ultimatum verə biləcəyini etiraf etdi
19:47 / 21-06-2026
Simonyan Avropanın bir vaxtlar özünü demokratik adlandırdığını xatırlatdı
19:44 / 21-06-2026
Simonyan Rusiyaya daxil olan ermənilərin sosial media hesablarının yoxlanılmasını təklif etdi
19:41 / 21-06-2026
Ağac kanat yolunun üzərinə aşıb yeddi nəfəri ilişib qalıb
19:37 / 21-06-2026
"Makron devrildi" deyə, qışqıran fransız təqaüdçü jandarmlara atəş açdı
19:35 / 21-06-2026
Tramp ABŞ-ın Hörmüz boğazından keçən tankerlər üçün neft rüsumu ala biləcəyini irəli sürdü
19:32 / 21-06-2026
Azərbaycan yaxınlığında Xəzər dənizində neft dağılması
19:28 / 21-06-2026
Tramp Starmerin istefa verəcəyini söylədi
19:26 / 21-06-2026
İki balıqçı həlak olub
21:04 / 18-06-2026
Sürücü yol polisi əməkdaşının həyatı və sağlamlığını təhdid etməkdə təqsirli bilinib
21:01 / 18-06-2026
ABŞ İrana neft güzəştlərini əhəmiyyətsiz hesab edirdi
20:56 / 18-06-2026
Zaxarova Ermənistandakı hərbi təlimləri təhlükə adlandırdı
20:51 / 18-06-2026
İran suverenliyini müdafiə edərək qalib gəldi, amma ABŞ-dan gələn 300 milyard dollar sual altındadır
20:48 / 18-06-2026
Qonşusunu öldürdüyünə görə 8 il müddətinə koloniyasında cəza çəkəcək
20:45 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni AB sanksiyalarına sərt reaksiya ilə bağlı xəbərdarlıq etdi
20:43 / 18-06-2026
Heqset Polşada daimi hərbi baza yaratmaq planlarını dəstəklədi
20:36 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi: Heç bir hava hücumundan müdafiə sistemləri NATO ölkələrini cavab zərbələrindən xilas edə bilməz
20:34 / 18-06-2026
2 kq narkotik daşıyan kuryer saxlanılıb
20:30 / 18-06-2026
İsrailin keçmiş kəşfiyyat rəisi Netanyahunun həbs olunacağını etiraf etdi
20:27 / 18-06-2026
Beynəxalq Beynəxalq Beynəxalq Federasiyasının Prezidenti Rusiya müxalifətinə görə istefa verir
20:24 / 18-06-2026
Məhkəmə bir qadını anasının ölümündə günahkar bilib
20:22 / 18-06-2026
Bir qadın uşaqlarını götürüb Suriyada terrorçular tərəfində döyüşməyə gedib
20:19 / 18-06-2026
ABŞ-da polis əməliyyatında uşağın ölümündən sonra etirazlar başlayıb
20:17 / 18-06-2026
Zaxarova avropalı diplomat Kaja Kallasın yalan danışdığını iddia etdi
20:13 / 18-06-2026
Ögey atasını döyməkdə təqsirli bilinib; o, aldığı xəsarətlərdən ölüb
20:11 / 18-06-2026
Çayda batmış oğlanı təxminən 4000 nəfər axtarır
20:09 / 18-06-2026
Netanyahu bildirib ki, İsrail bütün təhdidlər aradan qaldırılana qədər Livanı tərk etməyəcək
QAX-SARIBAŞ YOLUNDA VƏ YA UMUDA TƏRK EDİLMİŞ YURD- Ələsgər Talıboğlu
Tarix: 09-09-2021 02:44 | Bölmə: Ədəbiyyat

İllər öncə Qaxlı qardaşım Adil ilə birgə " Günəşli" müalicə ocağında eyni otaqda qalası olduq. Bu yaxınlıqdan sonra onunla aramızda dostluq münasibəti yarandı. O,Bakıya gəldiyində bizdə, mən isə Qaxa getdiyimdə onlarda binələndim.
İyunun əvvəllərində isə Adil qardaşım telefon açdı: " Ayə, bu istidə nə oturmusan Bakıda...Baxmayıb vara, yoxa, Qaxa gəl, Qaxa...İndi buralarda gülün gülü, çiçəyin çiçəyi hayladığı zamandı. Bir neçə günlüyünə olsa da, gəlin, bir az havanızı dəyişin. İnsana gəzmək qalacaq..." Dedim: "Qardaşımız Hacı Elşadla birgə məsləhətləşib gələrik". ( Adil iş yoldaşım Hacı Elşadla da eyni ilə mənim kimi " Günəşli" müalicə ocağında birgə olmuşdu).
İki yerdə işlədiyim üçün işlərimin qızğın çağı idi. Qardaşım Hacı Elşadla ölçüb- biçdik ki, qurban bayramına qədər hər iki yerdə, işlərimi düzənə salım və gedək. Elə də oldu. İyunun 26- sı səhər saat 5- də Hacının ağ dəmir kəhəri ilə yola düşdük. Respublikamızın sağı- solu yaşıllıqlarla bələnmiş əl içi - ayna kimi yollarla şütüyə- şütüyə Şamaxını arxada buraxıb gəlib çıxdıq İsmayıllıya. Burada bir yerdə azacıq dincəldikdən sonra yol aldıq Qəbələyə. İsmayıllı və Qəbələnin gözəllikləri haqqında eşitmişdim, lakin görməmişdim. İndi isə yol boyu bu yerlərin ilahi gözəlliklərini əyani şəkildə - öz gözlərimlə gördüyümdə bu yerlərin füsunkarlığının canlı şahhidi oldum. Bu sehir dolu gözəlliklərin önündə qəlbim necə də heyrətlənməyə bilərdi. Çünki bu yerlərin ilahi gözəllikləri könlümü körük kimi körükləyib öz yuvasından havalandırırdı. Şair duyğularım qanad taxmışdı özünə... Məni yandırırdı sevdasının közünə...
Qəbələdə yol kənarında səhər yeməyini yedikdən - kəmərimizin altını bərkitdikdən sonra yol aldıq Oğuza və ordan da Şəkiyə. Kiş çayının üzərindən keçib hər yerdə yaşıl çalmalı dağların ətəklərindən keçən sağlı- sollu yaşıl ağaclarla bülənd olan yolla Şəkinin və Qaxın göz doyuran kəndlərindən keçə- keçə gəlib çıxdıq Qaxa. Könlümüzü şirin duyğulara boyaya- boyaya... həzin, kövrək hisslərlə yaxa- yaxa...
Önümüzdə idi Qax
Adil qardaşımız bizi Qaxın girişində - dörd yolda gözləyirdi. Bu bizim Qaxa ikinci səfərimiz idi. Qaxda 2018- ci ilin avqustun son ,sentyabrın isə ilk günlərində olmuşduq. O zaman Qaxa qatarla gəlib, qatarla da qayıtmışdıq.
O zaman da Qax bizim üçün əfsunlu olmuşdu. Bu gün isə iki qatına əfsunlu idi. Evə gəlib " xoş- beşdən" sonra günorta yeməyimizi yeyən kimi İlisuya yola düşdük. Yol boyu könül oxşayan mənzərələrin seyrinə dala- dala İlisuya gəldik. Ağçaya, Kürmük çaya baş vurduq. Bu çayların sularında axası olduq ürək dolusu... həzz ala- ala... Keçən səfərimizdə orada olduğumuz üçün təkcə İlisu şəlaləsinə getmədik. Lakin keçən səfərimizdə getmədiyimiz, unutduğumuz Səngər qalasına baş çəkməyi özümüzə borc bildik. On yeddinci əsrin bu möhtəşəm tarixi abidəsi önündə ruhumuzu qanadlandıra- qanadlandıra babalarımıza əhsən dedik, minnətdarlıq şükranları ilə xatirələrini yad etdik.
Növbəti gün isə bir xeyirxah iş üçün Zaqatalaya gedəsi olduq. Zaqatalaya getməyimizin ən böyük savabı isə o oldu ki, heç zaman görmədiyimiz Vətən torpağının bir gözəl parçasını da görmüş olduq. Qaxdan Zaqatalaya olan bu otuz kilometrlik məsafədə Qaxın və Zaqatalanın biri- birində necə də gözəl kəndlərini yaşıllıqlarla adalanmış dağətəyi kəndlərinin sehrinə daldıq. Min- min əlvan boyalara boyanmış oldu könlümüz... Qaxa geri dönərkən Qum kəndini də ziyarət edəsi olduq. Könül açan mənzərələri ilə tanışdıq. Nərdərə çayının sularında arınıb darandıq.
Yolumuz Sarıbaşadı
"Şair indi bəs hara?" - deyə soruşdu Adil qardaşım .Dedim ki, Sarıbaşa... əgər mümkünsə... Gəldik İlisuya. Sarıbaşa enən yolda dayanıb soruşduq ki, Sarıbaşa necə getmək olar.Dedilər ki, qalxın yuxarıya, şəlaləyə gedən yerdən ancaq mümkündür. Gəldik deyilən yerə. Kimə yaxınlaşdıqsa, yeddi kilometrlik yola altmış manat deyib, sonunu əlli manatda dayandı. Mən fikrimi dəyişdim. Çünki bu qiymət mənim aldığım aylıq əmək haqqının beşdən biri idi. Lakin Adil qardaşım bir ixtiyar sürücünün saqqızını necə oğurladısa, onunla necə dil tapdısa, sağ olsun, bizi otuz manata aparmağa razılaşdı. Bu ixtiyar sürücünün " ixtiyar"da "Vilisi"nə- "Qaz 69"- na oturub yola düşdük Sarıbaşa. Çünki iki diferli maşınlar yalnız Sarıbaşa rahatlıqla gedə bilirdi.
Bəs bu Sarıbaşa məndə sevgi haradan yaranmışdı ki, ora belə can atırdım? Əvvala, keçən səfərimizdə Sarıbaş yolunda Rüstəm adlı bir gənc atlı ilə görüşdük. Sarıbaşın dağları, bulaqları, həyat şəraiti haqqında ilk məlumatı ondan almış oldum. Bir şeirimdə də qeyd etdiyim kimi "Sarıbaşı görməsəm də, Kürmük çayının suları ilə üzü yuxarı axdım, ona Rüstəm balamın gözləri ilə baxdım"... İkincisi isə 2019- cu ilin sonlarında rəssam dostum. Nazim Şah məni yaxından tanıdığım Nazim Məmmədov və Fərhad Yalquzaq kimi gözəl rəssamlarımızın Mədəniyyət və Turizm nazirliyinin xətti ilə təşkil olunmuş bir sərgisinə dəvət etdi. Mən də tənbəllik etməyib getdim. Sen demə, bu rəssam qardaşlarımız uzun müddət Sarıbaşda olmuş, Sarıbaşdan əllidən artıq əsər çəkmişdilər. Hamısı da biri- birindən bənzərsiz. Bu gün məni Sarıbaşa çəkən də daha çox o duyğular idi.
Bu qocaman ustanın "qocaman" sarı kəhəri ilə yol aldıq Sarıbaşa... Bu "qocaman" kəhər çox böyük çətinliklə, daşlı- qayalı yolu eşə- eşə, torpağın bağrını deşə- deşə addım- addım Kürmük çayının məcrası boyu irəliləyirdi üzü yuxarı, düşüncələrimin isə Sarıbaşaydı axarı. Yolu hardasa yarı etmişdik ki, maşınımızın qarşısını iki gənc oğlan kəsdi. Xahiş etdilər ki, bizi də Sarıbaşa götürün. Bunlar sən demə, Qax rayonunun yol idarəsinin sürücüləri Məhərrəm Əkbərov və Əbülfət Rəsulov idilər.Sarıbaşı görməyə gedirdilər. Gəlib çıxdıq çayın içindən keçiləcək yerə, sonsuz zorluqlar görə- görə...Haradan ki, keçəcəkdik bir maşın batıb qalmışdı orda- oturmuşdu çaya.Sürücüyə dedik ki, bəlkə ona yardım edəsən? Dedi sevə- sevə edərdim, çəkməyə kəmər olsaydı.Nə onlarda, nə də bizdə kəmər olmadığı üçün yardım edəmmədik heyf ki... Oradan çayın içi ilə iyirmi- otuz metr yuxarı qalxıb- ikinci və daha zor bir yerdən özümüzü çaya vurduq.Mən düşündüm ki, artıq oturduq. Lakin bu "azman kəhər" - "Qaz-69" sağa- sola ləngər vura- vura bizi o biri sahilə çıxardı. Qarşıda hələ bir çay da varıydı. Kürmük çayına töküldüyü yerdən on- onbeş metr yuxarıdan Dəyirman çayını keçib yuxarıya Sarıbaşa qalxmalı idik. Bu çayı qismən rahatlıqla keçdik. Dəyirman çayını keçərkən biraz yuxarıda bizə əl eyləyən beş-altı nəfər on- on iki yaşlı uşağı çayda çimən gördük, könlü gülşən- çəmən gördük. Könlümüz atlandı... Nəhayət dolanbac yolu qalxaraq yeddi kilometrlik yolu bir saata gəlib çıxdıq
Sarıbaşın mərkəzi sayılan bulağın başına.
Umuda tərk edilmiş Sarıbaş
Sarıbaş kəndinin çox gözəl coğrafi mövqeyi var. Belə ki, bu kəndin solundan Dəyirman çayı, sağından isə Kürmük çayı axır. Bu kənd dəniz səviyyəsindən 1600- 1800 metr yüksəklikdə bu iki çayın qovuşuğunda yerləşir. Sarıbaş kəndi dörd bir tərəfdən Hovur dağı, Alagözü dağı, Kömürbulaq dağı, Çalayer dağı kimi dağlarla adalandığından ətrafı seyr etdikcə heyrətlənməyə bilmirsən. İki göz yaşı kimi qaynar bulağının suyundan içməklə doymaq olmur.Təkcə özün deyil, könlüm də sərinləyir, rahatlıq tapır.
Sovet dövründə üç yüzdən yuxarı ailə yaşayıb Sarıbaşda. Bu kəndin öz məktəbi olub. Üç yüzdən artıq şagird təhsil alıb. 2017- ci ildən məktəbin fəaliyyəti tamamilə dayanıb. İndi o məktəbin bir neçə sinif otağında hidrometrologiya mərkəzi yerləşir. Sovetin zamanında bu kəndə "Ural" tipli avtobuslar işləyib.
Bu gün bu kənddə yaşamağa həyat şəraiti olmadığından kənd sakinlərinin yüzdə doxsanı demək olar ki, kəndi tərk edib. Hazırda yay dövründə bu kənddə iyirmi, qışda isə on iki ailə yaşayır. Əsasən, məşğuliyyətləri qoyunçuluq və maldarlıqdır. Qışda bura çoxlu qar yağdığından o iş də özünəməxsus çətinliklər yaradır. Bu kəndin ən qocaman sakini Zahid baba səksən beş yaşında, Güllü nənə isə yetmiş yeddi yaşındadır.
Bu kənd rəspublikamızın Rusiya Federasiyası ilə sərhəd nöqtəsində olduğundan bu kənddə sərhədçilərimiz yerləşir. O kəndin sakinləri kimi, sərhədçilərimizin də ora gediş- gəlişinin nə qədər zor olduğunun mənzərəsi yəqin ki, hər kəsə aydındır.
Sarıbaşı dolaşdıqca,burdakı evlərə nəzər yetirdikcə illər öncə tərk edilmiş ayrı bir kənd haqqında yazdığım bir şeirdən aşağıdakı misralar yaddaşımdan süzülməyə başladı.
İşə bax ,daş evlər daşlaşıb sanki,
İllərdi gələni,gedəni yoxdu.
Yollara dikilib sönük baxışlar,
Həsrəti,qəmi bol,nisgili çoxdu.
Nə qədər kimsəsiz,nə qədər yalqız,
Nə qədər tənhadı,nə qədər təkdi.
Toxunsan,elə bil,haray salacaq,
Fəryad qoparacaq,hönkürəcəkdi.
...Qoymayın beləcə boşalsın kəndlər,
Qoymayın yurdumuz dağılsın ev-ev.
Ey Vətən övladı,ey Vətən oğlu,
Sev öz torpağını,yaxşı-yaxşı sev.
Hər iki səfərimizdə də Qax rayonunda olarkən rayonun ayrı- ayri kəndlərində aparılan yüksək səviyyəli tikinti abadlıq işlərinin canlı şahidi olduq. Lakin bu Sarıbaş kəndini isə sanki rayon rəhbərliyi bu illər boyunca unudub- bir sözlə, taleyin umuduna buraxıb. Görünür o kəndin ziyalıları, baş bilənləri də öz doğma yurdlarına qarşı laqeyiddirlər ki, yuxarı orqanlar qarşısında problemləri zamanında qabartmayıblar.
Respublikamızın maddi - texniki bazasının bu qədər dayanıqlı olduğu bir zamanda Sarıbaşa gedən bu yeddi kilometrlik yolun əsaslı təmiri və körpü salınması məncə o qədər də zor olmamalıdır. Yetər ki, ürək istəsin.
Axı bu kəndi istər yay, istərsə də qış turizm məkanına çevirmək üçün orada olduqca böyük imkanlar- maddi baza vardır. Təəssüf ki, bu günə qədər bu təməldən, özüldən istifadə olunmayıb. İnanıram ki, tezliklə respublikamızın ayrı- ayrı bölgələrindəki olan ucqar kəndlərimiz kimi, Sarıbaşın da üfüqündə günəş doğacaqdır. Bu yurd yerimizin həqiqi sahibləri qızınmaq üçün o günəşin şöləsinə bir daha yığışacaqlar.
Biz o "qocaman kəhər"imizlə Sarıbaşdan ayrılanda qızılı günəş qüruba doğru enməkdəydi. Şair könlümdən isə bu cür şirin duyğular axmaqdaydı: "Ey, taleyin umuduna tərk edilmiş yurd yerim, hər batan günəş sabah yenidən - mütləq ... və mütləq bir də doğacaqdır..."
28-29.08.2021
Ələsgər Talıboğlu,
Şair- publisist, AYB- nin üzvü,
Məmməd Araz mükafatı laureatı
Olmuşam mən aşiq sözünə, Dədə
Hələ yeniyetmə, məktəb yaşından
Olmuşam mən aşiq sözünə, Dədə.
Hər ülvi duyğunun, şirin kəlmənin
Düşmüşəm ləprinə, izinə, Dədə.
İlk eşq şərbətini səndən içmişəm.
Könlümə səpdiyin dəndən içmişəm...
Kim deyər uzaqdan gendən içmişəm.
Yanmışam çatdasın közüne, Dədə.
Axmışam sözünün axarı ilə,
Min şəhdi- şirəli baxarı ilə.
Zamana yön verən çıxarı ilə
Matam astarına, üzünə, Dədə.
Qalxdığın zirvəyə vurğun kəsildim,
Sənə xor baxana qırğın kəsildim.
Sözünün önündə durğun kəsildim,
Baxdım ilhamının gözünə, Dədə.
Sənət məbədinin dədəsi oldun.
Gözünün bəbəyi, didəsi oldun.
Talıboğlu, şamı, ədası oldun,
Ondan könül verdim özünə, Dədə.
21.08.2021
Baxış sayı: 1 017
Bölməyə aid digər xəbərlər

4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!