22:26 / 23-08-2025
Yeniyetmələr saxlanılıb
Bütün xəbərlər
60-a yaxın reys pilotsuz təyyarələrin hücumu təhlükəsi səbəbindən təxirə salınıb
Tarix: 23-08-2025 18:21 | Bölmə: Karusel

Sankt-Peterburqun Pulkovo hava limanında dron hücumu təhlükəsi ilə əlaqədar müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Bununla əlaqədar 60-a yaxın reys təxirə salınıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb. Hazırkı məlumatlara görə, Bakı, Batumi, İrəvan və Sanyaya uçuşlar da daxil olmaqla 29 reys gecikib. 30 eniş gecikib, üç reys ləğv edilib.
Bundan əvvəl Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko hava hücumundan müdafiə qüvvələrinin Tosnenski rayonunda düşmənin bir pilotsuz təyyarəsini vurduğunu bildirib. Fövqəladə hadisə nəticəsində xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər
20-08-2025, 18:13 İki alpinist həlak olub