21:51 / 01-07-2025
"Baza": Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanılıb
21:47 / 01-07-2025
Dujarrik: "BMT Putin-Makron danışıqlarını alqışlayır"
21:41 / 01-07-2025
“Dənizkənarı Bulvar İdarəsi” PHŞ-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib
21:01 / 01-07-2025
Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
20:52 / 01-07-2025
Mask deportasiya təhlükəsinə baxmayaraq, Trampla münaqişəni gərginləşdirmək istəmir
20:46 / 01-07-2025
Putin və Makron sülhün qorunmasında Rusiya və Fransanın xüsusi məsuliyyətini qeyd ediblər
20:40 / 01-07-2025
Tramp etiraf edib ki, o, Rusiya Silahlı Qüvvələrinin Sumı bölgəsində irəliləyişini izləyir
20:38 / 01-07-2025
Bir nəfər uçurumdan yıxılaraq ölüb
14:24 / 01-07-2025
Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin rəisi saxlanılıb
14:20 / 01-07-2025
Pikap sənətçisi Leslinin davamçısı xırda xuliqanlıqda günahlandırıldı
11:16 / 01-07-2025
“Mançester Siti” “Əl-Hilal”a məğlub olaraq klublararası dünya çempionatını tərk edib
11:13 / 01-07-2025
Məsciddə terror aktı hazırlayan yeniyetmə saxlanılıb
11:10 / 01-07-2025
Şəhər ətrafında gəzən ayı zərərsizləşdirilib
11:07 / 01-07-2025
Ağacın aşması nəticəsində xəsarət alıb
11:04 / 01-07-2025
Su İdmanı Federasiyasının suya tullanma üzrə Avropa çempionatında hakimliklə bağlı sualları var
11:01 / 01-07-2025
Kameralar və satıcılar qarşısında utanmadan zərgərlik mağazasını qarət edib
10:57 / 01-07-2025
Kollec direktoru 1,3 milyon rubldan çox rüşvətə görə mühakimə olunacaq
10:54 / 01-07-2025
FSB: Ukrayna Silahlı Qüvvələri BMT Konvensiyasının qadağan etdiyi kimyəvi silahlardan istifadə edir
10:51 / 01-07-2025
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə gəlib
10:03 / 01-07-2025
Uzaq dağlıq ərazilərdə meşə yanğınları ilə mübarizə aparırlar
10:00 / 01-07-2025
Tramp Maska “dükanı bağlamağı və Cənubi Afrikaya evə getməyi” tövsiyə edib
09:55 / 01-07-2025
Bir nəfər tarlada qumbara tapıb
23:45 / 30-06-2025
Ağ Ev: Tramp Suriyaya qarşı sanksiyaları ləğv edən sərəncam imzalayacaq
22:04 / 30-06-2025
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
22:00 / 30-06-2025
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
21:53 / 30-06-2025
Orban: "NATO üzvlərinin əksəriyyəti Rusiya ilə münaqişə etmək istəmir"
21:48 / 30-06-2025
Mişustin Aleksey Lavrovu Rusiya Federasiyası maliyyə nazirinin müavini vəzifəsindən azad edib
21:43 / 30-06-2025
Ərdoğan: "NATO-nun 2026-cı il sammiti iyulda Ankarada keçiriləcək"
20:31 / 30-06-2025
Vüqar Rəhimzadə: "Rusiyada digər millətlərə qarşı şovinizm, diskriminasiya siyasəti sistemli hal alıb"
20:30 / 30-06-2025
Tramp "Forbes" redaktorlarını “iyrənc insanlar” adlandırdı
20:25 / 30-06-2025
"Soyuz-2.1a" raketində "Apollon-Soyuz" simvolu ROSKOSMOS daşıyır
20:21 / 30-06-2025
Rostov AES-in 4-cü bloku təmirdən sonra qrafikdən əvvəl şəbəkəyə qoşulub
20:04 / 30-06-2025
BMT 170 məhbusun işgəncəyə məruz qaldığını qeyd edib
19:55 / 30-06-2025
Uşağı öldürən taksi sürücüsü ev dustaqlığına buraxılıb
19:52 / 30-06-2025
Rusiyanın sərbəst güləş üzrə yığmasının keçmiş məşqçisi SVO zonasında dünyasını dəyişib
DİLİMİZ MİLLİ VARLIĞIMIZDIR-Leyla Səfərova
Tarix: 01-08-2021 17:01 | Bölmə: Ədəbiyyat

Hər bir xalqda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə ana dilimizə qarşı bir sıra haqsızlıqlar, təzyiq və təhriflər olmuşdur. Bütün bunların aradan qaldırılması üçün bu gün ölkəmizdə kifayət qədər şərait və imkanlar mövcuddur. Lakin bu şərait özü-özünə, asanlıqla yaranmamışdır. Qeyd etmək lazımdır ki, hər bir dili yaşadan və inkişaf etdirən onun mənsub olduğu xalq olduğu kimi, dilin hərtərəfli zənginləşməsi, inkişafı, beynəlxalq səviyyədə nüfuz qazanması isə xalqın böyük övladlarının adı ilə bağlıdır. Tarix boyu Azərbaycanın yetirdiyi belə şəxsiyyətlərin ən öndə gedəni xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Dahi liderimizin xalqımıza irs qoyduğu bu münbit şəraiti və imkanları asanlıqla deyil, şəxsi və siyasi həyatını təhlükəyə atmaq bahasına da olsa böyük şücaətlə və mübarizlik əzmi ilə yaratmışdır.
Ulu öndərimiz istər Sovetlər dönəmində, istərsə də müstəqillik dövründə Azərbaycan ədəbiyyatına, incəsənətinə, dilinə daim xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Hər bir sahə ilə dərindən maraqlanan və məlumatlı olan dahi lider bütün bu sahələrlə bağlı heç bir zaman öz nəzəri əhəmiyyətini itirməyən fikirlər söyləmişdir.
Dilimizin hamisi olan Ümummilli liderimizin dil siyasəti dövlət siyasətinin tərkib hissəsi kimi daima onun diqqətində olmuş, bu məsələ ilə bağlı dəfələrlə tarixi əhəmiyyətli qərarlara imza atmışdır. Dilimizin yaranma tarixinə, onun keçdiyi inkişaf yoluna və gəlib çatdığı bugünkü imkanları yoluna kiçik bir ekskursiya etsək, dil sahəsində dahi Heydər Əliyevin xidmətlərinin nə qədər misilsiz olduğunu açıq-aydın görmüş olarıq.
Qədim və zəngin tarixə malik türk dilləri ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi uzaq keçmişlərə söykənir. Ayrı-ayrı türk boy birləşmələrinin ümumi ünsiyyət vasitəsi olan bu dil IV–V əsrlərdən etibarən ümumxalq danışıq dili kimi işlənməyə başlamışdır.
Azərbaycan dili dialekt və şivələrinin bütün Avrasiya məkanında yayılan türk xalqlarınındil xüsusiyyətləri ilə çox yaxın olmasının da başlıca səbəbi qədim dövrlərdən bu torpaqlarda etnik baxımdan eyni köklü türk etnoslarının yaşamasıdır. Şifahi xalq ədəbiyyatı nümunələriAzərbaycan şifahi ədəbi dilinin erkən formalaşması və təkamülü üçün zərurət yaratmışdır. Azərbaycan yazılı ədəbi dilinin məhz ümumxalq dili əsasında təşəkkül tapmışdır. Xalq şifahi şəkildə yaratdıqlarını yazıya köçürmüşdür, beləliklə, bu, yazı dilinin təşəkkülü və sabitləşməsində mühüm rola malik olmuşdur. Bu baxımdan “Kitabi-Dədə Qorqud” dastanı olduqca böyük əhəmiyyət kəsb etmişdir.Ölkəmizin ərazisində qədim əlifbaların mövcudluğu, həmçinin, mükəmməl yazı dilimizin olması qaynağını uzaq keçmişdən alan Azərbaycan dilinin qədim tarixi köklərə malik olduğunu bir daha sübuta yetirir.
XVI əsrdə Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dilinin mövqeyi möhkəmlənərək dövlət dili səviyyəsinə qalxmış, rəsmi və dövlətlərarası yazışmalarda işlədilmişdir. Səfəvilər dövründə Azərbaycan dili sarayda və orduda tam hakim mövqe tutaraq dövlət dili kimi rəsmiləşmişdi.
XVII–XVIII əsrlərdə şifahi xalq ədəbiyyatının bədii dilə təsiri ilə inkişaf edən xalq şeir yaradıcılığında gedən proseslər ədəbi dilə təsir göstərmiş, sadəliyə, canlı danışıq elementlərinə meyli güclənmiş, Azərbaycan dilinin yeni inkişaf mərhələsi başlanmışdır. Bu dövrdə Azərbaycan ədəbi dili üslub baxımından da zənginləşmişdir. Elmi üslubun təşəkkülü üçün şərait yaranmış, ayrı-ayrı elm sahələrinə dair bir çox əsərlər meydana gəlmişdir.
XIX əsrdə Azərbaycanın ikiyə parçalanması və nəticədə iki ayrı dövlətin tabeçiliyində bir-birindən fərqli mədəni mühitdə yaşamağa məhkum olması nəticəsində ədəbi dilimizin inkişafı xalqımızın həyatında köklü dəyişikliyə səbəb oldu.Rusiyanın Şimali Azərbaycanda müstəmləkəçilik siyasəti ilə yanaşı, xalqın mədəni səviyyəsinin yüksəlməsində xüsusi rol oynamış, başqa elm sahələri kimi, dilçiliyin də inkişafına zəmin yaratmışdır. XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri meydana gəlmişdir.
Azərbaycan dilinin saflığı məsələsi XIX əsrdən ziyalıları və dilçi alimləri daha çox düşündürməyə başlamışdır. XIX əsrdə alman və fransız dillərindən lüzumsuz yerə rus dilinə axın olduğu üçün rus dilçi alimləri, ziyalıları bu məsələyə öz etirazlarını bildirdiyi kimi, Azərbaycan alim və mütəfəkkirləri də dilimizə olan axına qarşı çıxırdılar. Bu məsələyə geniş diqqət yetirən M.F.Axundov qeyd edirdi ki, yalnız zərurət olduğu zaman başqa dillərdən söz almaq lazımdır: “Müxtəlif bilikləri öyrənmək üçün biz məcburuq ki, Avropa xalqlarının dillərindən istənilən mənanı verən saysız-hesabsız sözlər və terminlər alaq və öz dilimizdə işlədək.”
Göründüyü kimi M.F.Axundov məcburiyyət, zərurət olarsa, əcnəbi sözlərin dilimizdə işlədilməsini mümkün hesab edirdi. Bu ondan irəli gəlir ki, dilimizdə olmayan əşya və anlayışlar dilimizə keçən zaman faydalı da ola bilər və dilin zənginləşməsində mühüm rol oynaya bilər. Lakin zərurət olmadan başqa dillərdən alınan sözlər ana dilimizi anlaşılmaz edir. Axundov “proqres”, “liberal”, “despot”, “fanatizm”, “dram”, “revolyusiya” və bu kimi bir sıra sözləri ilk dəfə dilimizdə işlədənlərdən olmuşdur: bu sözlərdən bəziləri dilimizin lüğət tərkibinə daxil olsa da, əksəriyyəti geniş yayıla bilməmişdir.
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda elmin, mədəniyyətin inkişafında, dilimizin saflığı uğrunda böyük rola malik olan maarifçilərimizdən biri olan F.Köçərli ərəb-fars sözlərinin dilimizə gətirilməsinə qarşı çıxaraq yazırdı: “Və lakin ərəb və fars kəlmə və ibarələrinin şövq və həvəsində olub, ehtiyac olmadığı halda onları ana dilinə qatıb qarışdırmaq bizim əqidəmizcə böyük səhvdir.” Məhz bu prizmadan yanaşdıqda aşağıdakı qənaətlərə də gəlmək olur: düzdür, dilimizə ərəb və fars dillərindən keçmiş, dilimizin fonetik qanunlarına tabe olmuş və vətəndaşlıq hüququ qazanmış bir çox sözlər dilimizi zənginləşdirir və dilimizdə qaynayıb qarışaraq bir mənanı tam şəkildə ifadə edir. Lakin dərin fikirləri ifadə etmək üçün heç bir dildən geri qalmayan və bütün imkanları olan Azərbaycan dilinə lüzumsuz yerə gətirilən sözlər dilimizi ağırlaşdıraraq onu mənasız edib, qəzetlərin oxunaqlı olmasına əngəl olur.
XX əsrin əvvəllərində ana dilimizin saflığı uğrunda gedən mübarizənin başında böyük yazıçı və ictimai xadim, dilimizin saflığı və hətta varlığı uğrunda mübariz mövqedə çıxış edərək onlarla felyeton yazan Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə nəşr olunan “Molla Nəsrəddin” jurnalının ətrafında birləşən ziyalılar – “mollanəsrəddinçilər” dayanırdılar. Məhz elə bu səbəbdən də “Molla Nəsrəddin”in ilk nömrəsində Cəlil Məmmədquluzadə yazırdı: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım... Bircə üzürümüz var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən siz ilə türkün açıq ana dili ilə danışacağam.”
Azərbaycan ziyalılarının hərəsi bir yolla dilimizin saflığı uğrunda mübarizə aparırdı. Cəlil Məmmədquluzadə isə felyetonlarında “obrozovannı”larımızı satirik tənqid hədəfinə çevirmişdi. Ədib məşhur “Tərcümeyi-halım”da Qori seminariyası ilə bağlı yazırdı: “Türk dilinin proqramda varlığı yoxluğuna bərabər idi. Beş ilin müddətində əgər qabaqlarda molla yanında bir şey oxumamış olsaydım, adımı düz yazmaq qədərincə türk dilini öyrənə bilməyəcəkdim.”
Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun da bu sahədə yazdığı felyetonlar onun dilimizin saflığı problemilə əlaqədar apardığı mübarizəyə nümunədir. “O olmasın, bu olsun” adlı komediyasında Rza bəyin osmanlı ləhcəsində danışması və anlaşılmadığı üçün onun nitqinə heç kəsin əhəmiyyət verməməsi bu fikri daha qabarıq əks etdirir.
1905-ci ildən etibarən dilimiz orta məktəblərdə tədris olunmağa başlansa da bu sahədə təcrübə yox idi – dərsi hansı üsulla keçmək, necə və harada oxutmaq kimi problemlər ortaya çıxdı. C.Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” pyesində bu, çox ciddi tənqid olunmuşdur.
Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır. Bu dövrdən etibarən Azərbaycan ədəbi dilinin normalarının müəyyənləşməsində nəzəri-dilçilik ideyaları ortaya çıxmışdır. Mətbuat dili də bu əsrin məhsuludur.
XX yüzillik Azərbaycan ədəbi dilinin çiçəklənməsi dövrüdür. Ədəbi dil məsələsi hələ əsrin əvvəlindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur. Həmin dövrdə ana dilinə dair kitablar hazırlanmış, dərsliklər nəşr olunmuşdur. Azərbaycan dilinin səs quruluşuna və qrammatik sisteminə dair ədəbiyyatlar meydana gəlmişdi. Ana dili uğrunda mübarizənin önündə gedən mətbuatla yanaşıədəbi dil normasının müəyyənləşməsində bütün görkəmli ziyalılar iştirak etmişdilər.
Qeyd etdiyimiz kimi, Səfəvilərin hakimiyyəti dövründə Azərbaycan dili dövlət dili səviyyəsinə qaldırılsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər bu proses uzun bir zaman kəsiyində qırılmışdır. Cümhuriyyət yarandıqdan sonra Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açılsa da Azərbaycan Xalq Cümhuriyyətinin çox qısa, 23 ay ömür sürməsi ana dilimizin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan verməmişdir.
1920-ci ildə hakimiyyət bolşeviklərin əlinə keçdikdən sonra artıq nitqimizdə rus sözləri və ifadələri daha geniş mövqe qazandı. Dilimizi ərəb, fars, türk dillərinin təsirindən çıxardaraq rus dilinin təsiri altına salmağa müvəffəq oldular. Məhz Sovet quruluşunun şovinist siyasətinin nəticəsi olaraq əsrin ortalarına qədər rus dilinin mövqeyi, işlənmə dairəsi daha da geniş vüsət almışdı.
1923-cü ildən latın qrafikalı əlifbaya keçmə prosesi ilə və 1926-cı ildə toplanan I Ümumittifaq türkoloji qurultayından sonra 1 yanvar 1929-cu ildən kütləvi şəkildə latın qrafikasınına keçid, qısa müddət ərzində Azərbaycanda bu əlifbanın işlənməsi geniş kütlə arasında savadsızlığın aradan qaldırılmasına əlverişli zəmin yaratsa da, 1 yanvar 1940-cı ildən kiril yazısı əsasında tərtib olunmuş yeni qrafikalı əlifba ilə əvəz olundu.
Dilimizlə bağlı ən mühüm tarixi hadisə 1969-cu ildə hakimiyyətə gələn ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Təşkilati işlər apararaq, elmi və ziyalı təbəqəni bu işə cəlb edərək öz siyasi taleyini risk altına salmaq bahasına olsa belə, dahi Heydər Əliyev ciddi səylərinin nəticəsində 1978-ci ildə Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırmağa, Konstitusiyanın 73-cü maddəsində təsdiqini tapmasına, Azərbaycan dilinin ilk dəfə olaraq Respublika Konstitusiyasında dövlət dili kimi təsbit olunmasına nail oldu. Bu addımla ulu öndərimiz milli dirçəlişin əsasını qoymuş oldu.
Qeyd etmək lazımdır ki, SSRİ respublikaları içərisində yalnız Azərbaycanın, gürcüstanın və Ermənistanın Konstitusiyasında dövlət dili barədə maddə var idi. Hətta o zaman millətçi respublikalar kimi tanınan Baltikyanı respublikaların konstitusiyalarına da belə bir maddə daxil edilməmişdi.
XX əsrin 80-ci illərində yenidən mövqe qazanan rus dili, demək olar ki, ölkəmizdə bütün sahələrdə liderliyi saxlayırdı. Belə ki, bütün dövlət sənədləri, o cümlədən televiziya və radio verilişlərinin əksəriyyəti rus dilində idi, əhali də rus dilinə çox meyl etməyə çalışırdı, bəziləri rus dilində danışmağı özlərinə fəxr hesab edirdilər. Sözsüz ki, bütün bunlar dilimizə lazım oldu-olmadı, külli miqdarda söz və ifadələrin keçməsinə səbəb olurdu. Beləliklə, dilimizə keçən sözlərin əksəriyyəti nəinki dildə mütərəqqi rol oynayır, hətta dili daha da çətin və anlaşıqsız edirdi.
Lakin sovetlər dönəmində rus dili ölkəmizdə uzun illər öz hakimliyini qoruyub saxlasa da, ana dilində danışanlara qəribə, “aşağı təbəqə” kimi yanaşıılsa da, ulu öndər Heydər Əliyev hər imkan düşdükcə böyük məhəbbətlə bağlı olduğu dilin məziyyətlərindən bəhs etməklə onu təbliğ edirdi. Heydər Əliyev BakıŞəhərinin Təhsil İşçiləri ilə görüşündəkiçıxışında deyirdi:“Bizim məktəblərimiz millidir. Bilirsiniz ki, mən son vaxtlar Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili haqqında bir çox fərmanlar vermişəm. Azərbaycanın latın əlifbasına, latın qrafikasına keçməsi haqqında fərman vermişəm. Bu, artıq avqust ayının 1-dən tətbiq olunubdur. Çox məmnunam ki, mən buna nail oldum. Çünki bəziləri etiraz edirdilər ki, qısa müddətdə buna nail olmaq olmaz. Amma oldu. Bütün dövlət orqanlarında, hakimiyyət orqanlarında, təkcə dövlət, hakimiyyət orqanlarında yox, təhsildə, səhiyyədə, biznes sahəsində, hər yerdə Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili hakim olmalıdır.”
Ölkəmiz müstəqillik əldə etdikdən sonra da dahi liderimiz dilimizlə, onun saflığı, qorunması ilə bağlı mühüm əhəmiyyətli tədbirlər görmüşdür.
1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olunmuşdur. Konstitutsiyanın 21-ci maddəsində deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.
Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi bərpası istiqamətində atılmış vacib addımlardan biri də18 iyun 2001-ci ildə “Dövlət dilinin işinin tətbiqi təkmilləşdirilməsi haqqında” fərmanı olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, onun geniş tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır 9 avqust 2001-ci ildə “Azərbaycan Əlifbası və Azərbaycan Dili gününün təsis edilməsi haqqında” fərmanı ilə bu tarix xalqımızın əlamətdar bayramları sırasına daxil olmuşdur.Ulu öndərin ana dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğundakı ideya istiqamətinin bütün dövrlərdə siyasi baxışlara uyğun səviyyədə aparılması istiqamətində atılmış mühüm addımlardan biri kimi 2 yanvar 2003-cü ildə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Dövlət Dili Haqqında” Qanununu qeyd etmək lazımdır.
Uzun bir tarixi dövrdə ayrı-ayrı şəxsiyyətlərin ana dilimizlə bağlı həyata keçirdiyi tədbirlərin küllünü belə Ümummilli liderimizin fəaliyyəti dövründəki tədbirləri bir tərəzinin gözünə qoymaq qeyri-mümkündür. Çünki dahi liderimiz bu sahədə elə bir zəcir yaratmışdır ki, o zəncirin halqaları zaman keçdikcə nəinki qırılmamış, daha da güclənmişdir. Belə ki, vaxtilə gərgin əmək sayəsində ərsəyə gətirilmiş, dövlətçilik siyasətimizin mühüm bir parçası olan dil siyasəti bu gün prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun ana dilinin dövlət dili kimi maneəsiz işləkliyi üçün göstərdiyi siyasi və milli iradə Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında yüksək mövqe qazanmasına xidmət edir. Prezidentimizin 12 yanvar 2004-cü il tarixli“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 14 yanvar 2004-cü il tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, 30 dekabr 2007-ci il tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ana dilimizə yüksək qayğı zəncirinin qırılmaz halqalarıdır. 23 may 2012-ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan dilinin tətbiqi və inkişafı üçün yeni bir addım olmuşdur. Bu sənəddə Azərbaycan dilinin tarixi əsasları barədə mükəmməl təsəvvür yaradılmış və inkişaf problemləri haqqında sistemli şəkildə bəhs edilmiş, Azərbaycan dilinin mənşəyi ilə bağlı davam edən yanlış konsepsiyaya son qoyulması, tarixi faktlara əsaslanaraq Azərbaycan dilinin dövlət dili kimi yaşaması, inkişaf etdirilməsi üçün həm inzibati, hüquqi-siyasi, həm də elmi-nəzəri istiqamətlər müəyyənləşdirilməsinin zəruriliyi qeyd edilmişdir.
Dövlət başçımızın həyata keçirdiyi bütün bu tədbirlər Azərbaycan dilinin bütün ölkə miqyasında – mədəniyyət, elm, iqtisadiyyat, hərb, səhiyyə, siyasət, tədris və təlim sahəsində tətbiq olunmasına xidmət edir.
Günümüzdə Naxçıvan Muxtar Respublikasında da dövlətimizin dil siyasəti uğurla həyata keçirilməkdədir. Ana dilimizdən düzgün istifadə edilməsi, onun qorunması və təbliği daim Muxtar Respublika rəhbərliyinin diqqət mərkəzindədir. Bunun ən bariz nümunələrindən biri “Ana dili” abidəsidir ki, bu abidənin qoyuluşu dilimizə ən yüksək ehtiramın ifadəsidir. “Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il avqustun 28-də imzaladığı Sərəncam (5)isə ana dilimizin təbliği və inkişafına xidmət edən xüsusi əhəmiyyətli tədbirlərdəndir.
Hazırki dövrdə ölkəmizin dünyaya inteqrasiya etdiyi bir vaxtda demokratiyadan, söz azadlığından istifadə edən bəzi kütləvi informasiya vasitələrinin nümayəndələri və eləcə də bir çox ziyalı da dilimizdə mövcud olan doğma sözlərimizin əvəzinə yeri gəldi-gəlmədi bir çox türk, rus və ingilis sözlərindən istifadə edərək dilimizin saflığına, gözəlliyinə xələl gətirirlər. Lakin yurdunu və xalqını sevən hər bir ziyalı ana dilini sevməli və onu qorumalıdır. İstər dövri mətbuatdakı məqalələrdə, ekranda və efirdə, istərsə də bədii əsərlərdə hər kəs bu məqamlara fikir verməlidir. Çünki dil millətin ən böyük sərvətidir. Məhz bu səbəbdən də bizim hər birimiz dilimizin saflığını qorumaq üçün vətəndaşlıq qeyrəti ilə çalışmalı, zərurət olmadan dilimizin rəvanlığına və axıcılığına anlaşılmaz söz və ifadələrlə xələl gətirməməliyik.
Bəzi hallarda isə ətrafımızda bir çoxları başqa dillərdə, xüsusilə də rus dilində danışmağı özləri üçün müasirlik, şöhrət hesab edərək öz ana dilimizi bəyənmirlər. Ümummilli liderimiz ana dilimizi yüksək qiymətləndirərək deyirdi: “Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. Bəlkə də bu dildə danışmağımıza görə öz dilimizin zənginliyini və gözəlliyini hələ tam dərk edə bilməmişik. Ancaq bilin ki, bu bir həqiqətdir. Ona görə də bunu heç bir şeyə dəyişmək olmaz...”
Göründüyü kimi, milli varlığımıza xidmət edən, onu dünyəviləşdirən, min bir əziyyətlər bahasına bugünkü mövqeyə çatdırılan ən dəyərli varlığımız olan ana dilimizi, dövlət dilimizi qorumaq hər birimizin mühüm siyasi-ideoloji vəzifəmiz, əsas millimarağımız olmalı, Azərbaycan dilinin tarixi hüquqlarını qorumaq, onun mənəvi-siyasi nüfuzunu həm ölkə daxilində, həm də ölkə xaricində yüksəltmək, gələcək nəsillərə ötürmək üçün əməli fəaliyyət göstərməli, dahi liderimizin ağır zəhmətlər hesabına həyata keçirdiyi və bizlərə miras qoyduğudil siyasətini hamılıqla və ləyaqətlə davam etdirməliyik.
Leyla Səfərova,
filologiya üzrə fəlsəfə doktoru,
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi
Baxış sayı: 1 863
Bölməyə aid digər xəbərlər

15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır
12-10-2024, 19:55
Azərbaycan Universitetində Mirzə Ələkbər Sabir irsi və ədəbi dilə həsr olunmuş tədbir keçirilib
12-10-2024, 10:47
Ədəbiyyat müəllimi erotik fotolara görə töhmət alıb
28-09-2024, 21:57
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
28-09-2024, 21:51
Vüqar Əhməd: "Allahımızın üzü dönüb"
2-08-2024, 14:53
Mirzə Ələkbər Sabir Fondu yeni layihənin icrasına başlayıb
1-08-2024, 13:22
“Cəfər Cabbarlı - ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihənin icrasına başlanılıb
12-06-2024, 23:33
Professor Mahirə Hüseynova Turan Elmlər Akademiyasının akademiki seçilib
9-06-2024, 15:53
"Zəfəri yaşadanlar” kitabının təqdimat mərasimindən-VİDEO+FOTOLAR
6-06-2024, 14:52
Sumqayıtda Mikayıl Müşfiqin anım mərasimi keçirilib-VİDEO+FOTOLAR
1-05-2024, 21:08
Rusiya yazıçılarının kitablarının 170-dən çox nadir nəşri Avropa kitabxanalarından yoxa çıxıb
27-04-2024, 00:42
ƏZƏL-AXIR SÖZ QALACAQ DÜNYADA
26-04-2024, 11:47
AMEA NİZAMİ GƏNCƏVİ ADINA İNSTİTUTUN 90 İLLİYİ