19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
BƏDİİ İFADƏNİN USTAD SƏNƏTKARI-RAMİZ QASIMOV
Tarix: 12-06-2021 10:38 | Bölmə: Ədəbiyyat

Azərbaycan aşıq şeirinin ən qüdrətli nümayəndələrindən biri Aşıq Ələsgərdir. Aşıq Ələsgər özünün sənətkarlıq qüdrətilə sayılıb-seçilən, Azərbaycan aşıq şeirini zənginləşdirən və onu yeni üfiqlərə daşıyan ustad sənətkarlardandır. “Hər elmdən halıyam” deyən sənətkarın sözündə nə qədər haqlı olduğu onun yaradıcılığının gözəlliyi, dərinliyi və şirinliyində özünü təzahür etdirir.
Aşıq Ələsgərin sənətkarlıq qüdrətini onun yaradıcılığında müşahidə etdiyimiz müxtəlif sadə və mürəkkəb məcazlar sistemində də görmək mümkündür. Məmmədhüseyn Təhmasib böyük ustad sənətkar haqqında bəhs edərkən yazırdı ki: “Ələsgər geniş mənalı məcazların bütün formalarından, çeşidlərindən, hətta çalarlarından məharətlə istifadə edən sənətkarlardandır. ...Onun bütün təsvirlərində bədii icad əsas rol oynayır ki, Ələsgərdə bədii icad olmayan şeir yoxdur. Bu, onda çoxlarına müyəssər olmayan bir qabiliyyətdir”. Ustad sənətkar nəinki sadə, hətta elə mürəkkəb məcazlar yaradıb ortaya qoymağa müvəffəq olmuşdur ki, obrazlı fikrin ifadəsində sonradan bu örnəklər də ənənəviləşərək qəlib məcazlar kimi istifadəyə düşmüşdür. Onun olduqca maraqlı, məzmunlu epitetləri, təşbehləri, metaforaları və b. nəzər diqqəti cəlb edir.
Məlumdur ki, müxtəlif hiss və duyğuların tərənnümündə məcazlardan daha çox istifadə edilir. Gözəlliklərin təsviri, təbiətin tərənnümü, kədərin, sevincin dilə gətirilməsi və s. üçün epitetlər, təşbehlər, metaforalar daha çox işə yarayır. Bu qüdrətli sənətkar da bədii təsvir və ifadə vasitələrindən çox məharətlə yararlanır, canlı, ecazkar təbiət mənzərələri, təsirli, yaddaqalan obrazlar, qəlbləri riqqətə gətirən hiss və duyğular təsvir və tərənnüm edir. Aşıq Ələsgər sevgi motivli şeirlərində, gözəlləmə nümunələrində məcazların ən kamil nümunələrini yaradır.
Maraqlı və orijinal epitetlər yaradan ustad sənətkar həm qəlib məcazlar, həm də özünəməxsus yaradıclıq nümunələri olan orijinal epitetlər ortaya qoyur. Bu epitetlərin həm orijinallığı, həm də mürəkkəbliyi nümunələrdə aydın ehtiva olunur:
Epitet:
Büllur buxaq, lalə yanaq, ay qabaq,
Şahmar zülfü pərişanlar dolanır;
***
İnnabı ləbləri can dərmanıdı;
***
Zəmzəm zümzüməli göllərin, dağlar!
Nümunələrdəki “şahmar zülfü pərişan”, “ahu gəzən şahmar”, “meyli-məzəli dodaqlar”, “innabı ləblər” və sair kimi nümunələrdə ustad aşığın böyük istedad və nadir məharəti özünü nümayiş etdirir. Əlbəttə, asan müqayisə olunan bənzətmə və ya epitet yaratmaq çətin deyil və hər bir şairin, ədibin yaradıclığında rast gəlmək olar. Lakin heç ağla gəlməyən, qeyri-adi münsibətlərə, məntiqi bağlılığa dayanan nümunələr üzərində məcazlar yaratmaq Aşıq Ələsgər kimi istedadlı sənətkarların payına düşür. Bunu epitetlərdən başqa Aşıq Ələsgərin yaradıcılığından topladığımız çoxsaylı təşbeh, metafora nümunələrində də aydın müşahidə etmək mümkündür:
Təşbeh:
Sona kimi cumub eşqin gölünə;
***
Fərə kəklik kimi xoş avazından;
Metafora:
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar!;
***
Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib xətrinə dəyməz.
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar!;
***
Çalxalanır sonalar, çığrışır qazlar.
Bütün bu kimi istedadla yaradılmış nümunələrin və aparılan təhlillərin fövqündə qətiyyətlə demək olar ki, Aşıq Ələsgərin yaradıcılığı bütün vüsəti və sənətkarlığı ilə Azərbaycan dilinin qüdrətini təzahür etdirir. Bu barədə ustad Aşıq Ələsgərin dilinin üslubi xüsusiyyətlərindən bəhs edən alim dosent Zülfiyyyə İsmayıl yazır: “Aşıq Ələsgərin dili Azərbaycan dilinin gözəlliyidir və öz təntənəsi, təbiiliyi, dəbdəbəsi və səmimiyyəti ilə gözəlliyin dilidir. Bu dilin sanbalı ondadır ki, o, dərin fəlsəfi fikirlərlə müdriklik və zəngin bədii qayə ilə həyati mətləbləri açmağa qadirdir”.Azərbaycan dilinin imkanlarından istifadə məharəti məhz Aşıq Ələsgərə böyük ustalıqla cinaslar yaratmağa imkan vermiş, hətta dodaqdəyməz və dildönməz kimi aşıq şeirinin tamamilə yeni şəkillərini yaratmağa müvəffəq olmuşdur. Azərbaycan dilinin fonetik sistemini mükəmməl bilmədən belə kamil istifadə örnəkləri də ortaya qoymaq mümkün olmazdı. Omofonlardan istifadə yolu ilə ustad aşıq elə məharətli cinaslar yaradır ki, bunlar gəlib-keçmiş aşıq şeiri tarixində öz orijinallığı ilə seçilir.
Aşıq Ələsgərin müəyyən mənada ana dilimizin inkişafı sahəsində göstərdiyi xidmətlərdən də haqlı olaraq danışmaq olar. Aşıq Ələsgər o sənətkardırdır ki, həm özünəqədərki qəlib məcazları, janrları böyük məharət və ustalıqla istifadə etmiş, həm də tamamilə bənzərsiz, orijinal məcaz nümunələri ortaya qoymuş, yeni janrlar ərsəyə gətirmişdir. Onun təcnisləri, dodaqdəyməz və cığalı təcnisləri Ələsgərin həm hər elmdən, həm də söz elmindən nə dərəcədə dərin bildiyinin əyani təzahürüdür. Ustadın bağlamaları, deyişmələri, həcvləri, hərbə-zorbaları, müxəmməs və divaniləri onun nə qədər zəhmətkeş və yaradıcı, məhsuldar, ustad bir sənətkar olmasının sübutudur. Doğrudur, onun dili şifahi idi, amma Aşıq Ələsgər o sənətkarlardan idi ki, ana dilinin tələblərini öndə tutar, ərəb-fars mənşəli, alınma sözləri ana dilinin tələblərinə uyğun istifadəyə üstünlük verərdi, nəinki ana dilini alınan sözlərin orijinallığını qorumaq kimi tələblərini pozmaq və kirlətməklə lazımsız bir işə qeyrət göstərərdi. Bu mənada onun yaradıcılıq dilində Azərbaycan-türk dilinin tələblərinin nə qədər dəmir qanunlar çərçivəsində qorunduğunun şahidi ola bilirik. Məhz buna görə Azərbaycan dili uzun bir tarixi yora və dizə çəkərək bugünkü inkişaf zirvəsinə qədər gəlib çata bilmişdir. Professor Məhərrəm Hüseyov yazır: “Ana dilindən daha səmərəli faydalananmaq istiqamətində inkişaf Aşıq Ələsgərin yaradıcılığında xüsusi intensivlik qazandı və nəticədə onun əsərləri mükəmməl poetik hadisəyə çevrildi, poetik üslubunun nüfuzu artdı. Aşıq şeirində deyim boyatlığına, şablonlaşmış obrazlı söz və ifadə sisteminə yeni çalarlar, yeni poetik ovqatın məhsulu olan təravətli təsvir vasitələri qabarıqlaşdı”. Aşıq Ələsgər yaradıcılığında biz: atəş-ataş, dəhan-dahan, lalə-lala, Rüstəm–Urustam, xəta-xata, nəbat-nabat, rizvan-irizvan, rəhbər-irəhbər və s. kimi alınma sözlərin Azərbaycan dilinin fonetik hadisə və qanunlarına uyğun işləndiyini müşahidə edirik. Əslində elə bu da onun yaradıcılıq dilini daha da xəlqiləşdirir, onun yaradıcılığını həm də xalq dilinin mövcud vəziyyətinin müşahidəsi kimi ciddi mənbəyə çevirir. Böyük sənətkarın yaradıcılığında müşahidə edilən belə dil faktları həm də ana dilinin daxilində gedən dilçilik hadisələrinə qarşı daha çox xəlqi və milli mövqedən yanaşmaq zərurətini ortaya çıxarır. Çünki onun prkatik olaraq ortaya qoyduğu və nümunəsini yaratdığı ana dilindəki poeziya örnəkləri öz dilinin şirinliyi, axıcılığı, melodikliyi, ovsunlayıcı təsiri və bir sıra məziyyətlərilə diqqət mərkəzinə gəlir. Bu mənada onun dilindəki dil təzahürü ana dilimizin üslubi imkanları və poetik istifadəliliyini kamilliklə təzahür etdirir. Aşıq Ələsgər Azərbaycan dilinin fonetik imkanlarına dərindən bələdliyi sayəsində aşıq şeiri tərzində cinaslardan istifadənin yeni mükəmməl faktlarını ortaya çıxara bilmişdir. Əlbəttə, omonimliyin müxtəlif səviyyələrdəki təzahürünə praktik olaraq bələdliyin verdiyi imkanlardan yararlanaraq ustad Ələsgər ən maraqlı cinaslar və cinaslı qafiyələr, rədiflər müəyyənləşdirə bilmiş, olduqca sanballı örnəklərini yaratmışdır. Daha çox omofon adlanan, xalq ədəbiyyatında qulaq cinası, qulaq qafiyəsi qadı altında işlədilən yalnız deyilişinə görə səsuyğunluğu daşıyan qafiyə və ya rədiflərdən istifadə ilə cinas yaratmaq Aşıq Ələsgərin məharətli dilində qabarıq nəzərə çarpır. Aşıq Ələsgər həm də bu imkanlardan faydalanma sayəsində dodaqdəyməz və dildönməz kimi yeni şeir şəkillərini yaratmışdır. Adı belə çox da asan təsir bağışlamayan bu janrlarda şeir nümunələri yaratmağın nə qədər çətin, həm də təcrübə və bilik tələb etdiyini aydın başa düşmək mümkündür. Buna görə də Aşıq Ələsgərin bu sahədə nə qədər ustad, bilici və məharətli olduğu dəqiq aydınlaşır. Bu mənada Aşıq Ələsgər özü bir müəllim, ustad, yaradıcılığı isə bir məktəb, bir təlim dərsliyidir.
Ustad olaraq Aşıq Ələsgər təkcə xalq düşüncə tərzini, xalq müdrikliyini, xalqın dərin təcrübəsindən irəli gələn hikmət və nəsihət dolu qanadlı sözlərini yaxşıdan yaxşı bilmirdi, həm də onun ustalıq və məharətli tətbiqləri sayəsində müəllifin özünəməxsus hikmətli sözləri ortaya gəlmişdi. Həmid Araslı haqlı olaraq bu haqda yazırdı:“Aşıq Ələsgər klassik aşıq şeirimizi mükəmməl bilən, yazılı ədəbiyyatımıza yaxından bələd olan, aşıq şeirinin incəliklərini gözəl mənimsəmiş, dərin müşahidəli, xalq dilini bütün zənginliyi ilə öz əsərlərində məharətlə işlətməyi bacaran nadir bir istedad olmuşdur. Məlumdur ki, Azərbacan dili öz idiomatik ifadələri və ibarələri ilə son dərəcə zəngindir. Bu ibarələrdən yerli-yerində ustalıqla faydalanan sənətkar özü də dillər əzbəri ola biləcək atalar sözü kimi ikmətli, dərin mənalı misralar yarada bilir”. Aşıq Ələsgərin “Haqq-nahaq seçilər haqq divanında” kimi onlarla, yüzlərlə xalq hikməti tərzində deyilmiş fikirləri özündən sonra dillər əzbərinə çevrilərək işlədilmiş, həm də qəlibləşmiş ustad fikirlərə çevrilmişdir. Ustadın “Aşıq olub” başlıqlı şeiri başdan-ayağa hikmət və nəsihət üzərində qurulan bir əsər kimi bütövlükdə aşıqlıq sənəti və aşıq əxlaqı barədə konsepsiyanı özündə ehtiva edir.
Beləliklə, Azərbaycan torpaqlarında xüsusi inkişaf yolu keçən aşıq sənəti onlarla ustad sənətkarı bəxş etmişdir. Aşıq Ələsgər də özünün istedad üzərində qurulan yaradıclığı ilə aşıq sənətinə və yaradıclığına zənginlik qatmış və bir sıra yeniliklər gətirmişdir. Onun yaradıcılığı dillər əzbərinə çevrilməkdən başqa mənəvi sərvət və xəzinəmizin də ən qiymətli hissəsini təşkil etmişdir. Nümunələrindən birində “Özün getdin sözün qaldı dünyada!” dediyi kimi də, Aşıq Ələsgər özünün hikmət təamlı, şirinlik və gözəllik geyinmiş sözlərilə əbədiyaşarlıq qazanaraq yaddaşlara əbədi yer tutur.
RAMİZ QASIMOV,
filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri
Baxış sayı: 1 110
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR