22:23 / 21-06-2026
Cenevrədə İran nümayəndə heyəti Amerikalı danışıqçılarla əl sıxmaqdan imtina etdi
22:20 / 21-06-2026
İran nümayəndə heyəti Trampın təhdidləri ilə bağlı ABŞ-a etiraz etdi
22:17 / 21-06-2026
İran Trampa qarşı etiraz olaraq İsveçrədəki texniki danışıqları dayandırdı
22:14 / 21-06-2026
Dmitriyev yadplanetlilərdən Merzi vəzifədən azad etmələrini istədi
22:12 / 21-06-2026
Uşaqlara hücum etməkdə ittiham olunacaq
22:07 / 21-06-2026
Qismən məhdudiyyətlərlə üzləşən üçüncü Moskva hava limanı oldu
22:04 / 21-06-2026
Ukrayna Silahlı Qüvvələrinə səfərbər edilmiş ukraynalı bloqçu Dençik sətəlcəmdən vəfat etdi
20:09 / 21-06-2026
Diesen: "London və NATO ölkələri vətəndaşlarını hədəfə çeviriblər"
20:06 / 21-06-2026
Rumıniya Ukrayna sərhədində dronlar səbəbindən qırıcı təyyarələrini havaya qaldırdı
20:03 / 21-06-2026
4,3 bal gücündə yeni zəlzələ qeydə alınıb
20:00 / 21-06-2026
Tramp İranı daha güclü zərbələrlə hədələyir
19:56 / 21-06-2026
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
19:52 / 21-06-2026
Yaşlı bir qadın ölüb
19:50 / 21-06-2026
Simonyan Rusiyanın Qərbə ultimatum verə biləcəyini etiraf etdi
19:47 / 21-06-2026
Simonyan Avropanın bir vaxtlar özünü demokratik adlandırdığını xatırlatdı
19:44 / 21-06-2026
Simonyan Rusiyaya daxil olan ermənilərin sosial media hesablarının yoxlanılmasını təklif etdi
19:41 / 21-06-2026
Ağac kanat yolunun üzərinə aşıb yeddi nəfəri ilişib qalıb
19:37 / 21-06-2026
"Makron devrildi" deyə, qışqıran fransız təqaüdçü jandarmlara atəş açdı
19:35 / 21-06-2026
Tramp ABŞ-ın Hörmüz boğazından keçən tankerlər üçün neft rüsumu ala biləcəyini irəli sürdü
19:32 / 21-06-2026
Azərbaycan yaxınlığında Xəzər dənizində neft dağılması
19:28 / 21-06-2026
Tramp Starmerin istefa verəcəyini söylədi
19:26 / 21-06-2026
İki balıqçı həlak olub
21:04 / 18-06-2026
Sürücü yol polisi əməkdaşının həyatı və sağlamlığını təhdid etməkdə təqsirli bilinib
21:01 / 18-06-2026
ABŞ İrana neft güzəştlərini əhəmiyyətsiz hesab edirdi
20:56 / 18-06-2026
Zaxarova Ermənistandakı hərbi təlimləri təhlükə adlandırdı
20:51 / 18-06-2026
İran suverenliyini müdafiə edərək qalib gəldi, amma ABŞ-dan gələn 300 milyard dollar sual altındadır
20:48 / 18-06-2026
Qonşusunu öldürdüyünə görə 8 il müddətinə koloniyasında cəza çəkəcək
20:45 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni AB sanksiyalarına sərt reaksiya ilə bağlı xəbərdarlıq etdi
20:43 / 18-06-2026
Heqset Polşada daimi hərbi baza yaratmaq planlarını dəstəklədi
20:36 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi: Heç bir hava hücumundan müdafiə sistemləri NATO ölkələrini cavab zərbələrindən xilas edə bilməz
20:34 / 18-06-2026
2 kq narkotik daşıyan kuryer saxlanılıb
20:30 / 18-06-2026
İsrailin keçmiş kəşfiyyat rəisi Netanyahunun həbs olunacağını etiraf etdi
20:27 / 18-06-2026
Beynəxalq Beynəxalq Beynəxalq Federasiyasının Prezidenti Rusiya müxalifətinə görə istefa verir
20:24 / 18-06-2026
Məhkəmə bir qadını anasının ölümündə günahkar bilib
20:22 / 18-06-2026
Bir qadın uşaqlarını götürüb Suriyada terrorçular tərəfində döyüşməyə gedib
20:19 / 18-06-2026
ABŞ-da polis əməliyyatında uşağın ölümündən sonra etirazlar başlayıb
20:17 / 18-06-2026
Zaxarova avropalı diplomat Kaja Kallasın yalan danışdığını iddia etdi
20:13 / 18-06-2026
Ögey atasını döyməkdə təqsirli bilinib; o, aldığı xəsarətlərdən ölüb
20:11 / 18-06-2026
Çayda batmış oğlanı təxminən 4000 nəfər axtarır
20:09 / 18-06-2026
Netanyahu bildirib ki, İsrail bütün təhdidlər aradan qaldırılana qədər Livanı tərk etməyəcək
BU NƏĞMƏM SƏNƏDİR, DOĞMA NAXÇIVAN!-İbrahim Yusifoğlunun .şeirləri Sabaha-inamla.az-da
Tarix: 06-02-2021 22:38 | Bölmə: Ədəbiyyat

“Naxçıvan … Azərbaycanın cənubuna bitişik, şimalından yad nəfəsiylə ayrılmış qədim, ulu Vətən torpağı! Dadlı-duzlu, bərəkətli, cövhərli torpaq! Ulu tarixi abidələrin, böyük sənətkar, alim övladların - güvənclərin öz yerində! Sənin yenə də ümidin - Vətən eşqini bayraq-bayraq başı üstə qaldıran qaynar təbiətli, narahat ürəkli, ayıq-sayıq oğullarındır. Sənə tərəf çoxdan boylanan, indisə yumruğuna dirənən yağı dişləri qıcana-qıcana qalıb. Sən gərildikcə, sıxıldıqca qranit yumruğa dönmüş Odlar torpağısan”.
Naxçıvan elinin Şərur torpağında yaşayan şair-publisist İbrahim Yusifoğlu Naxçıvan Muxtar Respublikasının yaranması münasibətilə “Bu nəğməm sənədir, doğma Naxçıvan” adlı poema və silsilə şeirlər yazmışdır. Onlardan bir neçəsini oxucularımıza təqdim edirik.
Sabaha-inamla.az
Bütün istəyinə çatıb Naxçıvan
Bu gün yer kürəsi öz məhvərində,
Ulu bir diyarla öyünür hər an.
Dünyanın döyünən düz ürəyində
Özünə yer tutub, durur Naxçıvan.
Tanrıdan pay gələn sərvət-varı var,
Tükənməz qoynunda gövhəri-zəri.
Boyca kiçik olan müqəddəs torpaq,
Bəxş edib cahana böyük Heydəri.
Elə o dühayla ən ağır anda,
Zamanla üz-üzə durdu Naxçıvan.
Heydər Əliyevin davamçısıyla,
Yeni günlərini qurdu Naxçıvan!
Qəlblər ovsunlayır torpağı, daşı,
Şəfəqə bələnir doğulanda dan.
Çox qədim olsa da tarixdə yaşı,
Gənclik libasını geyib Naxçıvan!
Şərqin qapısıdı, Nuhun yurdudu,
Nəsillər yaşayır “Gəmiqaya” da.
Məğrur “Əlincə” di, qalib ordudu,
Sədərək sınmadı düşmənə, yada.
Mənim Naxçıvanım Odlar Yurdunun,
Qeyrət qalasıdı, ər balasıdı.
Günəş qürub çağı büsbütün onun,
Çöhrəsi Şahbuzun dağ lalasıdı.
Bol nemət yetirən varlı elləri,
Kəhraba üzümlü, heyva, narlıdı.
Sevinc təknəsidi gələn illəri,
Ordubad bəhrəli, Şərur barlıdı.
Qoynunda çağlayan “Qızlar bulağı”,
Sevən ürəklərə məhəbbət ələr.
“Sirab”, “Badamlı” tək əvəzsiz varı,
Çoxları dərdinin dərmanı bilər.
Memar Əcəminin gənc nəvələri,
Tikirlər, qururlar, gözəlləşibdi.
Müstəqil günündən ta üzü bəri
Gözəl məmləkətə bərabər – birdi.
... Ay kimi nur saçar, ulduztək yanar,
Çiçək dənizidi qoynunda hər yan.
Onu hər kim görsə bəxtəvər sanar,
Bütün istəyinə çatıb Naxçıvan.
Ş Ə R U R U N
Dədə Qorqud gəzən Oğuz elimdi.
Uludu torpağı, daşı Şərurun.
Dili Türkün dili - ana dilimdi,
Qədimdən-qədimdi yaşı Şərurun.
Burda arxalanıb dağlara dağlar,
Dərın dərələrdə çayları çağlar.
Torpağı göynəsə göyləri ağlar,
Arpaçay sayılır qaşı Şərurun.
Tanrı özü bilən dərd göndəribdi,
Neçə fəlakəti sərt göndəribdi,
Nanərdin önünə mərd göndəribdi,
Bəlalar çəkibdi başı Şərurun.
Ürək ovsunludu baharı, yayı,
Mavi səmasında Ulduzu, Ayı.
Yoxsa da sərvətdə payızın tayı,
Zərgər naxışlıdı qışı Şərurun.
Gəzdikgə görərsən barlı düzləri.
Zəhmətlə nurlanan gülər üzləri.
Tanrı yaradandan ta üzü bəri,
Yeyilir ellərdə aşı Şərurun.
Yeraltı, yerüstü varı tükənməz,
Zirvədən qartalı , qarı tükənməz ,
Çiçəyin üstündən arı tükənməz ,
Ətrindən tanınır balı Şərurun.
Min büsat qurulur hər bucağnda,
Güllər ətir saçır tər qucağnda,
Ömrünün gəncləşən səhər cağında,
Qəlblər ovsunlayır halı Şərurun,
Dədə Qorqud gəzən Oğuz elidi,
Dili ana dili _ türkün dilidi.
Məğrur Naxçıvanın d u r n a telidi,
Qədimdi, uludu yaşı Şərurun.
Ə L İ N C Ə
Ürəkdə qan coşar, ilham çağlayar,
Bu qədim qalanı seyrə gəlincə.
Hər kəsi özünə qəlbən bağlayar,
Qurur mənbəyimiz məğrur Əlincə.
O adi dağ deyil, Nəqşicahanın,
Bütövlük, mətinlik, güc simvoludu.
Namərdlər önündə dik tutub başın,
Əyilməzlik rəmzi, haqqın yoludu.
Əlincə ən acgöz, zalım şahları,
Tanrıdan güc alıb, bələyib qana.
Bədniyyət, qaniçən Miranşahları
Qoymayıb illərlə girə qoynuna.
Qalada igidlər döyüş anında,
“Cəngi” səsləndirib, söz söyləyiblər.
Kimin gücü olub hələ canında,
Düşmənin üstünə od ələyiblər.
Burda sipər olub hər daş, hər qaya,
Düşmənin yolunu bağlayıbdılar.
Barıt qarışsa da torpağa, çaya,
Güllər öz ətrini saxlayıbdılar.
Daha qorxusu yox yad qüvvələrdən,
Bu yurda göz dikmək çətinləşibdi.
Bu günkü qayğıdan, saf məhəbbətdən,
Əlincə daha da mətinləşibdi!
Günnütüm
26 il ermənilərin nəzarətində qalan Şərur rayonunun Günnüt kəndinin azad olunması münasibəti ilə yazılan şeir
Salam, Oğuz eli, Vətən toprağı,
Salam, Dədə Qorqud gəzən Günnütüm.
Düşmən caynağında qalan çağları,
Halı qəlbimizi üzən Günnütüm.
Sən türk torpağısan, türk dillisən sən,
Babam Xətainin sevdiyi yersən,
“Koroğlu” zağalı tarixsən, sirsən-
Həm dağlı, təpəli, düzən Günnütüm.
Ömrün şən nəğməli gənclik illəri,
Dərdik qoynundakı əlvan gülləri.
“Başbulaq” başında atıb dərd-səri-
Süfrəyə bal, qaymaq düzən Günnütüm.
Gəlmişik, sarılaq bu gün boynuna,
Gəlmişik, son qoyaq namərd oynuna,
Kövrəlmə, yaxşı bax coşan qoynuna,
Nəvələr əl tutub süzən Günnürüm.
Əsgər oğulların “Qızılqaya”da,
Baxırlar Arpaya, Arpaçaya da,
Düşmən gizlənsə hində, tayada,
Dinərsə olacaq süzən, Günnütüm.
Küskün taleyinlə barışacaqsan,
Doğma el-obana qarışacaqsan,
Cocuq-Mərcanlıyla yarışacaqsan-
Milli naxışlarla bəzən, Günnütüm.
…Salam, Naxçıvanın əzəl toprağı,
Salam, Xan çinarın solmaz yaprağı,
Ən uca zirvəndə Vətən bayrağı -
Düşməni köksündən əzən Günnütüm,
Qeyrəti dillərdə gəzən Günnütüm!
OĞUZ TORPAĞIDIR ÖZÜ KƏRKİNİN
Şair dostun Vaqif Məmmədovun “Kərki xəritədən niyə silinib”
adlı məqaləsinə cavab
Adı xatırlanmır,dərdi çəkilmir,
Deyilmir dünyada sözü Kərkinin.
Bir nöktə boyda da şərti çəkilmir,
Yoxdu xəritədə özü Kərkinin.
Yağıya Tejgartək dağı qalıbdı,
Almalı,heyvalı bağı qalıbdı,
Nehrədə çalıanan yağı qalıbdı,
Sönüb köksümüzdə odu Kərkinin.
Baxır ,Sədərəyə görə bilməyir,
Söyür,söydüyünü söyə bilməyir,
Dizinə ,başına döyə bilməyir,
Tutulub hər iki gözü Kərkinin.
Qalıbdı köməksiz yad caynağında,
Çəkir ürək yaxan dad caynağında,
Yaşayır gavurun ad caynağında,
Yamanca tutqundu üzü Kərkinin.
Adına ən gözəl kənd salınsada da,
Hər bir övladına ev alınsa da.
Boyu xəritədən lap salınsa da,
Oğuz torpağıdır özü Kərkinin.
Halı xatırlanmır ,dərdi çəkilmir,
Tarlası şumlanmır,düzü əkilmir,
Nə günah eyləyib ,şəkli çəkilmir,
Yoxdu xəritədə sözü Kərkinin.
Axura kəndi
Şərur rayonunun Axura kəndinə yazılan şeir
Şərur ellərinin gen qucağında,
Dağlara sığındın, söylə, nədəndi?!
Tanrının payıdı, hər bucağında,
Bulaqlar çağlayır, Axura kəndi!
Qoynun sərvətlidi, tükənməz varın,
Günəşin nurludu, bəmbəyaz qarın,
Buluda dayanan şiş qayaların,
Göyləri saxlayır, Axura kəndi!
Çayların qovuşur dərələrində,
Pələnglər nərildər meşələrində,
Ceyranlar, cüyürlər bərələrində,
Ürəklər ovlayır, Axura kəndi!
Oğuz igidləri “Qazan bağı” nda,
“Danaqalası” nda, “Haçadağ” ında,
Vətənin qorxulu, ağır çağında,
Düşməni oxlayır, Axura kəndi!
Qoynunda lalələr qan rəngindədi,
Qızların bənizi dan rəngindədi,
Gülün ətirlisi çələngindədi,
Sevənlə qoxlayır, Axura kəndi!
“Noxudlu” düzündə kəkliklər səkir,
Arılar güllərin ətrini çəkir,
Adamlar qoynunda min nemət əkir,
Bol məhsul toplayır, Axura kəndi!
“İydəli dərə” nin iydəsi sarı,
Bağında alması, heyvası, narı,
Sevib-seviləndi kənd adamları,
Cənnətə oxşayır Axura kəndi!
Şapur bulağı
(Şərur rayonunun Şahbulaq kəndində çağlayan
“Şapur bulağı” na yazılan şeir)
Sirdi, möcüzədi burda kahalar,
Yamyaşıl ormandı dərəsi, dağı.
Ovsunlu qəlblərə sərinlik yayar,
Şahbulaq kəndinin Şapur bulağı.
Qaynın altından çağlayıb axır,
Körpə cüyür kimi ağlayıb, axır,
Dadını-tamını saxlayıb axır,
Şahbulaq kəndinin Şapur bulağı.
Qoynunda gur ocaq çatar qonağa,
Bal ilə qaymağı Qatar qonağa,
Daş üstə süfrəni açar qonağa,
Şahbulaq kəndinin Şapur bulağı.
Yol gedir, axarı haradan-hara,
Dönür ən qiymətli sərvətə, vara,
Hər qarış torpağı yetirir bara,
Şahbulaq kəndinin Şapur bulağı.
Baxış sayı: 1 593
Bölməyə aid digər xəbərlər
Tarix: 06-02-2021 22:38 | Bölmə: Ədəbiyyat

“Naxçıvan … Azərbaycanın cənubuna bitişik, şimalından yad nəfəsiylə ayrılmış qədim, ulu Vətən torpağı! Dadlı-duzlu, bərəkətli, cövhərli torpaq! Ulu tarixi abidələrin, böyük sənətkar, alim övladların - güvənclərin öz yerində! Sənin yenə də ümidin - Vətən eşqini bayraq-bayraq başı üstə qaldıran qaynar təbiətli, narahat ürəkli, ayıq-sayıq oğullarındır. Sənə tərəf çoxdan boylanan, indisə yumruğuna dirənən yağı dişləri qıcana-qıcana qalıb. Sən gərildikcə, sıxıldıqca qranit yumruğa dönmüş Odlar torpağısan”.
Naxçıvan elinin Şərur torpağında yaşayan şair-publisist İbrahim Yusifoğlu Naxçıvan Muxtar Respublikasının yaranması münasibətilə “Bu nəğməm sənədir, doğma Naxçıvan” adlı poema və silsilə şeirlər yazmışdır. Onlardan bir neçəsini oxucularımıza təqdim edirik.
Sabaha-inamla.az
Bütün istəyinə çatıb Naxçıvan
Bu gün yer kürəsi öz məhvərində,
Ulu bir diyarla öyünür hər an.
Dünyanın döyünən düz ürəyində
Özünə yer tutub, durur Naxçıvan.
Tanrıdan pay gələn sərvət-varı var,
Tükənməz qoynunda gövhəri-zəri.
Boyca kiçik olan müqəddəs torpaq,
Bəxş edib cahana böyük Heydəri.
Elə o dühayla ən ağır anda,
Zamanla üz-üzə durdu Naxçıvan.
Heydər Əliyevin davamçısıyla,
Yeni günlərini qurdu Naxçıvan!
Qəlblər ovsunlayır torpağı, daşı,
Şəfəqə bələnir doğulanda dan.
Çox qədim olsa da tarixdə yaşı,
Gənclik libasını geyib Naxçıvan!
Şərqin qapısıdı, Nuhun yurdudu,
Nəsillər yaşayır “Gəmiqaya” da.
Məğrur “Əlincə” di, qalib ordudu,
Sədərək sınmadı düşmənə, yada.
Mənim Naxçıvanım Odlar Yurdunun,
Qeyrət qalasıdı, ər balasıdı.
Günəş qürub çağı büsbütün onun,
Çöhrəsi Şahbuzun dağ lalasıdı.
Bol nemət yetirən varlı elləri,
Kəhraba üzümlü, heyva, narlıdı.
Sevinc təknəsidi gələn illəri,
Ordubad bəhrəli, Şərur barlıdı.
Qoynunda çağlayan “Qızlar bulağı”,
Sevən ürəklərə məhəbbət ələr.
“Sirab”, “Badamlı” tək əvəzsiz varı,
Çoxları dərdinin dərmanı bilər.
Memar Əcəminin gənc nəvələri,
Tikirlər, qururlar, gözəlləşibdi.
Müstəqil günündən ta üzü bəri
Gözəl məmləkətə bərabər – birdi.
... Ay kimi nur saçar, ulduztək yanar,
Çiçək dənizidi qoynunda hər yan.
Onu hər kim görsə bəxtəvər sanar,
Bütün istəyinə çatıb Naxçıvan.
Ş Ə R U R U N
Dədə Qorqud gəzən Oğuz elimdi.
Uludu torpağı, daşı Şərurun.
Dili Türkün dili - ana dilimdi,
Qədimdən-qədimdi yaşı Şərurun.
Burda arxalanıb dağlara dağlar,
Dərın dərələrdə çayları çağlar.
Torpağı göynəsə göyləri ağlar,
Arpaçay sayılır qaşı Şərurun.
Tanrı özü bilən dərd göndəribdi,
Neçə fəlakəti sərt göndəribdi,
Nanərdin önünə mərd göndəribdi,
Bəlalar çəkibdi başı Şərurun.
Ürək ovsunludu baharı, yayı,
Mavi səmasında Ulduzu, Ayı.
Yoxsa da sərvətdə payızın tayı,
Zərgər naxışlıdı qışı Şərurun.
Gəzdikgə görərsən barlı düzləri.
Zəhmətlə nurlanan gülər üzləri.
Tanrı yaradandan ta üzü bəri,
Yeyilir ellərdə aşı Şərurun.
Yeraltı, yerüstü varı tükənməz,
Zirvədən qartalı , qarı tükənməz ,
Çiçəyin üstündən arı tükənməz ,
Ətrindən tanınır balı Şərurun.
Min büsat qurulur hər bucağnda,
Güllər ətir saçır tər qucağnda,
Ömrünün gəncləşən səhər cağında,
Qəlblər ovsunlayır halı Şərurun,
Dədə Qorqud gəzən Oğuz elidi,
Dili ana dili _ türkün dilidi.
Məğrur Naxçıvanın d u r n a telidi,
Qədimdi, uludu yaşı Şərurun.
Ə L İ N C Ə
Ürəkdə qan coşar, ilham çağlayar,
Bu qədim qalanı seyrə gəlincə.
Hər kəsi özünə qəlbən bağlayar,
Qurur mənbəyimiz məğrur Əlincə.
O adi dağ deyil, Nəqşicahanın,
Bütövlük, mətinlik, güc simvoludu.
Namərdlər önündə dik tutub başın,
Əyilməzlik rəmzi, haqqın yoludu.
Əlincə ən acgöz, zalım şahları,
Tanrıdan güc alıb, bələyib qana.
Bədniyyət, qaniçən Miranşahları
Qoymayıb illərlə girə qoynuna.
Qalada igidlər döyüş anında,
“Cəngi” səsləndirib, söz söyləyiblər.
Kimin gücü olub hələ canında,
Düşmənin üstünə od ələyiblər.
Burda sipər olub hər daş, hər qaya,
Düşmənin yolunu bağlayıbdılar.
Barıt qarışsa da torpağa, çaya,
Güllər öz ətrini saxlayıbdılar.
Daha qorxusu yox yad qüvvələrdən,
Bu yurda göz dikmək çətinləşibdi.
Bu günkü qayğıdan, saf məhəbbətdən,
Əlincə daha da mətinləşibdi!
Günnütüm
26 il ermənilərin nəzarətində qalan Şərur rayonunun Günnüt kəndinin azad olunması münasibəti ilə yazılan şeir
Salam, Oğuz eli, Vətən toprağı,
Salam, Dədə Qorqud gəzən Günnütüm.
Düşmən caynağında qalan çağları,
Halı qəlbimizi üzən Günnütüm.
Sən türk torpağısan, türk dillisən sən,
Babam Xətainin sevdiyi yersən,
“Koroğlu” zağalı tarixsən, sirsən-
Həm dağlı, təpəli, düzən Günnütüm.
Ömrün şən nəğməli gənclik illəri,
Dərdik qoynundakı əlvan gülləri.
“Başbulaq” başında atıb dərd-səri-
Süfrəyə bal, qaymaq düzən Günnütüm.
Gəlmişik, sarılaq bu gün boynuna,
Gəlmişik, son qoyaq namərd oynuna,
Kövrəlmə, yaxşı bax coşan qoynuna,
Nəvələr əl tutub süzən Günnürüm.
Əsgər oğulların “Qızılqaya”da,
Baxırlar Arpaya, Arpaçaya da,
Düşmən gizlənsə hində, tayada,
Dinərsə olacaq süzən, Günnütüm.
Küskün taleyinlə barışacaqsan,
Doğma el-obana qarışacaqsan,
Cocuq-Mərcanlıyla yarışacaqsan-
Milli naxışlarla bəzən, Günnütüm.
…Salam, Naxçıvanın əzəl toprağı,
Salam, Xan çinarın solmaz yaprağı,
Ən uca zirvəndə Vətən bayrağı -
Düşməni köksündən əzən Günnütüm,
Qeyrəti dillərdə gəzən Günnütüm!
OĞUZ TORPAĞIDIR ÖZÜ KƏRKİNİN
Şair dostun Vaqif Məmmədovun “Kərki xəritədən niyə silinib”
adlı məqaləsinə cavab
Adı xatırlanmır,dərdi çəkilmir,
Deyilmir dünyada sözü Kərkinin.
Bir nöktə boyda da şərti çəkilmir,
Yoxdu xəritədə özü Kərkinin.
Yağıya Tejgartək dağı qalıbdı,
Almalı,heyvalı bağı qalıbdı,
Nehrədə çalıanan yağı qalıbdı,
Sönüb köksümüzdə odu Kərkinin.
Baxır ,Sədərəyə görə bilməyir,
Söyür,söydüyünü söyə bilməyir,
Dizinə ,başına döyə bilməyir,
Tutulub hər iki gözü Kərkinin.
Qalıbdı köməksiz yad caynağında,
Çəkir ürək yaxan dad caynağında,
Yaşayır gavurun ad caynağında,
Yamanca tutqundu üzü Kərkinin.
Adına ən gözəl kənd salınsada da,
Hər bir övladına ev alınsa da.
Boyu xəritədən lap salınsa da,
Oğuz torpağıdır özü Kərkinin.
Halı xatırlanmır ,dərdi çəkilmir,
Tarlası şumlanmır,düzü əkilmir,
Nə günah eyləyib ,şəkli çəkilmir,
Yoxdu xəritədə sözü Kərkinin.
Axura kəndi
Şərur rayonunun Axura kəndinə yazılan şeir
Şərur ellərinin gen qucağında,
Dağlara sığındın, söylə, nədəndi?!
Tanrının payıdı, hər bucağında,
Bulaqlar çağlayır, Axura kəndi!
Qoynun sərvətlidi, tükənməz varın,
Günəşin nurludu, bəmbəyaz qarın,
Buluda dayanan şiş qayaların,
Göyləri saxlayır, Axura kəndi!
Çayların qovuşur dərələrində,
Pələnglər nərildər meşələrində,
Ceyranlar, cüyürlər bərələrində,
Ürəklər ovlayır, Axura kəndi!
Oğuz igidləri “Qazan bağı” nda,
“Danaqalası” nda, “Haçadağ” ında,
Vətənin qorxulu, ağır çağında,
Düşməni oxlayır, Axura kəndi!
Qoynunda lalələr qan rəngindədi,
Qızların bənizi dan rəngindədi,
Gülün ətirlisi çələngindədi,
Sevənlə qoxlayır, Axura kəndi!
“Noxudlu” düzündə kəkliklər səkir,
Arılar güllərin ətrini çəkir,
Adamlar qoynunda min nemət əkir,
Bol məhsul toplayır, Axura kəndi!
“İydəli dərə” nin iydəsi sarı,
Bağında alması, heyvası, narı,
Sevib-seviləndi kənd adamları,
Cənnətə oxşayır Axura kəndi!
Şapur bulağı
(Şərur rayonunun Şahbulaq kəndində çağlayan
“Şapur bulağı” na yazılan şeir)
Sirdi, möcüzədi burda kahalar,
Yamyaşıl ormandı dərəsi, dağı.
Ovsunlu qəlblərə sərinlik yayar,
Şahbulaq kəndinin Şapur bulağı.
Qaynın altından çağlayıb axır,
Körpə cüyür kimi ağlayıb, axır,
Dadını-tamını saxlayıb axır,
Şahbulaq kəndinin Şapur bulağı.
Qoynunda gur ocaq çatar qonağa,
Bal ilə qaymağı Qatar qonağa,
Daş üstə süfrəni açar qonağa,
Şahbulaq kəndinin Şapur bulağı.
Yol gedir, axarı haradan-hara,
Dönür ən qiymətli sərvətə, vara,
Hər qarış torpağı yetirir bara,
Şahbulaq kəndinin Şapur bulağı.
Baxış sayı: 1 593
Bölməyə aid digər xəbərlər
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!













