Bütün xəbərlər
Fransada etiraz edən fermerlər buzov cəsədini ağacdan asıblar
Tarix: 14-12-2025 18:12 | Bölmə: Dünya

Fransada fermerlər mal-qaranın kəsilməsinə etiraz olaraq Avropa Kənd Təsərrüfatı Nazirinin keçmiş ofisinin qarşısında ağacdan buzov cəsədi asıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "İci" radiostansiyası məlumat verib.
Etiraz "Kənd Yerlərinin Koordinasiyası" həmkarlar ittifaqı tərəfindən təşkil edilib və simvolik xarakter daşıyırdı.
Nümayiş zamanı etiraz edən fermerlər yerə tabut qoyub və üzərində "Dövlət tərəfindən kəsilən inəklərimizə hörmət" yazısı olan taxta xaçlar düzəldiblər. Mitinqdə 15 polis əməkdaşı iştirak edib, lakin heç bir toqquşma baş verməyib. Hazırda ölkənin cənub-qərbində etirazlar davam edir.
Fransada fermerlərin kütləvi etirazları 12 dekabrda başlayıb. Heyvandar fermerlər Ariege departamentindəki hakimiyyət orqanlarının yoluxucu xəstəlik olan topaklı dəri xəstəliyi diaqnozu qoyulmuş 200-dən çox inəyi kəsmək qərarına etiraz edirlər.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər